Məhkəmə qərarları › İş №2(108)-82/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-82/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-82/2021 06.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh itmiş malın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(111)-17/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh itmiş inəyin dəyəri olan1900 (bir min doqquz yüz) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) man at, cəmi 1930 (bir min doqquz yüz otuz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin (sədrlik edən Z.Ə.Əhmədov) xx xxxxxx 2021-ci il tarixli, 2(111)-17/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1430 (bir min dörd yüz otuz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 22.57 (iyirmi iki, əlli yeddi) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh xx xxxxxx 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(111)-17/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamə ilə razılaşmadığını onunla əsalandırmışdır ki, Kəngərli Rayon Məhkəməsində mülki işə baxılan zaman iddianı qəbul etmədiyini, iddiaçının beş inəyini otardığını, hər ay gördüyü işə görə zəhmət haqqı aldığını, 2020-ci ilin sentyabr ayında iddiaçının bir baş inəyini canavar yediyini, yerli adətənənəyə görə canavar yediyi heyvanın dəyərinin 700-800 manat olduğunu, lakin işə baxan Kəngərli Rayon Məhkəməsi tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3 yaşındakı inəyin orta bazar qiymətinin 1430 (bir min dörd yüz otuz) manat məbləğində olması barədə rəyinə əsasən iddianın qismən təmin olunduğunu, yal nız iddiaçının məhkəmədə verdiyi izahatına əsaslanaraq iddia tələbinin qismən təmin olunması nəticəsinə gəldiyini, qətnamə qəbul edilərkən işin həqiqi hallarının ətraflı araşdırılmadığını, məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tədbiq olunmadığını, maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən bəhs olunan 777-ci maddəsinin müddəalarına və Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsindən bəhs olunun 21-ci maddəsinin müddəalarına istinad olunduğunu, tətbiq ediləcək hüquq norması kimi Mülki Məcəllənin 1096-cı maddəsinin müddəalarının tətbiq edilməli olduğunu, malı canavarın yediyini və malın ölümündə onun heç bir təqsirli hərəkəti olmadığını, Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinin müddəalarını nəzərə alaraq Kəngə rli Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(111)-17/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahatında Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(111)17/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini, Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(111)-17/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını kollegiyadan xahiş etmişdir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını, şikayətin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir. Cavabdeh verdiyi apellyasiya şikayətində Kəngərli Rayon Məhkəməsində qətnamə qəbul edilərkən işin həqiqi hallarının ətraflı araşdırılmadığını, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tədbiq olunmadığını, maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsindən bəhs olunan 777-ci maddəsinin müddəalarına və Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsindən bəhs o lunun 21-ci maddəsinin müddəalarına istinad olunduğunu, tədbiq ediləcək hüquq norması kimi Mülki Məcəllənin 1096-cı maddəsinin müddəalarının tədbiq edilmədiyinə dair göstərdiyi dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi tərəflər arasında aylıq xidmət haqqı 13 manat olmaqla 5 baş iribuynuzlu heyvanı yazda otarmaq üçün dağa aparıb payızda gətirmək şərti ilə tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, İddiaçı hər ay üzərinə düşən öhdəliyi yerinə yetirərək Cavabdeh göstərdiyi xidmət qarşılığında hər ay 13 manat pul ödəmiş, bununla da nəticə etibari ilə tərəflər arasında bağlanmış şifahi müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin müddəları ilə uy ğunluq təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İş mate riallarından və tərəflərin izahatlarından göründüyü kimi qanunvericiliyin tələbinə əsasən tapşırıq müqaviləsi ilə müəyyən edilmiş öhdəliyi vəkalət alan, yəni Cavabdeh ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə, yəni iddiaçıya dəyən zərər (maddi ziyan) üçün məsuliyyət daşıyır. Kollegiya Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 1096-cı maddəsinin müddəalarının tədbiq edilmədiyinə dair göstərdiyi dəlilini müakirə edərək əsassız hesab edir və qeyd edir ki, Cavabdeh iddiaçı ilə şifahi şəkildə bağlamış olduğu tapşırıq müqaviləsini ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməmiş nəticədə cavabdehə maddi zərər dəymişdir. Həmin zərərin ödənilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinin tələbləri deyil həmin məcəll ənin 21-ci maddəsinin tələbləri tədbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, buna görə də mübahisənin hüquqi həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı laşır. Apellyasiya şikayətində göstərilən dəlil qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən kоllеgiyа yuxarıda qeyd olunanları nəzərə аlаrаq bеlə nəticəyə gəlir ki, birinci instаnsiyа məhkəməsi mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərinə düzgün əməl еtməklə zərərin əvəzinin ödənilməsi ilə bağlı düzgün qənаətə gəlmişdir. Оnа görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun оlduğundаn apellyasiya şikayəti təmin edilməməli, Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(111)-17/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiymə ti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunan prosessual qanunverciliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393, 404-1ci maddələrini rəhbər tutub kollegiya qət etdi: Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(111)-17/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(111)-17/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Hakimlər: İlqar Mirzəyev Vüqar Quliyev Sənan Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar