Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-84/2022 20.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh iştirakı ilə Kəngərli Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(111)-57/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Kəngərli Rayon Məhkəməsinin (sədrlik edən hakim Z.Ə.Əhmədov) 07 aprel 2022-ci il tarixli, 2(111)-57/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış evindən məcburi çıxarılma” tələbinə dair iddiası təmin edilərək Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı mü lkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, cavabdehə iddiaçı ilə aralarında (fərdi yaşayış evinin nisyə alğı-satqısı haqqında) bağlanmış müqaviləyə əsasən ona ödədiyi pul vəsaitinin qaytarılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 29 aprel 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv olunub iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Cavabdeh apellyasiya şikayətinə əsasən baxıl ması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 01 noyabr 2018-ci il tarixində İddiaçı ilə öz aralarında fərdi yaşayış evinin nisyə alqı-satqısı haqqında müqavilə bağlamışlar. Həmin müqavilə yazılı şəkildə tərtib olunmaqla hər ikisinin imzası ilə təsdiq olunmuşdur. Aralarında bağlanmış müqaviləyə əsasən İddiaçı öhdəsinə götürmüşdür ki, Naxçıvan şəhəri, Hüseyn Cavid 28A ünvanında yerləşən fərdi yaşayış evini nisyə alqısa tqı müqaviləsi əsasında hər ay üzrə 600 manat olmaqla, hər ilin sonunda 10000 manat almaqla 5 il (60 ay) müddətinə, ümumilikdə 60000 manata cavabdehə satılmasına razılıq vermişdir. Həmçinin evdən istifadə etməyi, yaşamağa şərait yaratmağı və müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin yalnız tərəflərin razılığı ilə mümkün olmasının mümkünlüyünü öhdəsinə götürmüşdür. Həmin müqaviləni və ərizələrin surətlərini izahatına əlavə edir. Naxçıvan şəhəri, Hüseyn Cavid 28A ünvanında yerləşən fərdi yaşayış evinin nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmasına İddiaçı vərəsələri X5 və X7 yazılı şəkildə ərizə yazaraq müqaviləyə əlavə etmişdilər. Həmin ərizələrdən də aydın şəkildə görsənir ki, onlar Naxçıvan şəhəri, Hüseyn Cavid 28A ünvanında yerləşən fərdi yaşayış evini nisyə alqı-satq ı müqaviləsi əsasında cavabdehə satılmasına etirazları yoxdur və analarının vərəsəsi kimi həmin fərdi yaşayış evi ilə bağlı indi və gələcəkdə heç bir tələb və ya şikayətləri olmayacaqdır. Aralarındakı müqavilədən yaranan öhdəlikdən irəli gələrək o, ailə və uşaqları ilə birlikdə 2018-ci ilin noyabr ayından Naxçıvan şəhəri, Hüseyn Cavid 28A ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və evlə bağlı bütün məsələlərdə təsərrüfat subyekti kimi o çıxış edir. Həmçinin müqavilə şərtlərinə uyğun olaraq hər ay 600 manat olmaqla, hazırki vəziyyətdə 28000 (iyirmi səkkiz min) manat pulu ödəmə qəbzləri əsasında İddiaçı hesabına ödəmişdir. Yalnız 2021-ci il tarixində 4 ay maddi vəziyyətinə görə vaxtında ödəniş edə bilməmişdir. Lakin sonradan 2500 manat bir dəfəyə ödəməklə 4 aylıq borcunu bağlamışdır. Ondan sonra isə İddiaçı ilə razılaşmışlar ki, aylıq olaraq cavabdeh ona 600 manat yox, 300 manat versin. İlk vaxtlar Aytən xanım buna razılaşsa da, 2021-ci ilin noyabr ayından ümumiyyətlə ödəniş etməyini dayandırmağı cavabdehdən tələb edərək evin özünə qaytarılmasını istəmişdir. 2021-ci ilin noyabr ayından başlayaraq keçən bu 3 aylıq müddətdə onun tələbi əsasında cavabdeh ona ödəniş etməmişdir. Cavabdeh yalnız onun pul ödənilməməsi, evimi istəyirəm tələbindən sonra keçən 3 ayın pulunu Aytən xanıma ödəməmişdir. Aytən xanım ona bildirir ki, mənim evimin dəyəri yüksəkdir, sən mənə yekun olaraq 60000 manat deyil, daha artıq pul ödəməlisən. Onun fikrincə bu gün evlərin qiyməti qalxıb və cavabdehə satdığı evin qiyməti daha bahadır. Cavabdeh də ona öz növbəsində dəfələrlə bildirmişdir ki, onların evin dəyərilə bağlı razılıqları 60000 manat olmuşdur. Bu qiymətdən artığını ödəniş etməyə maddi gücü çatmır. Aytən xanım da bildirir ki, onda evimi qaytar ver özümə, çıx ordan. Keçən müddət ərzində o həmin ev üçün 28000 manat pulu Aytən xanıma artıq ödəniş etmişdir. O, cavabdehi evdən məcburi qaydada çıxardığı halda birinci növbədə o və ailəsinin yaşamağa yeri yoxdur, ikinci növbədə isə onun evin alqı-satqısı üçün ona ödədiyi 28000 manat pulu onun özünə geri qaytarmır. Beləliklə də, Aytən xanım bu hərəkətləri ilə onu və ailəsini çıxılmaz vəziyyətə salır. Birinci instansiya məhkəməsi sübutları obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən tərəflərin məhkəmə baxışında iştirakını təmin etmədən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən Kəngərli Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(111)-57/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında İddiaçı ilə aralarında fərdi yaşayış evinin nisyə alqı-satqısı ilə bağlı 5 illik saziş (müqavilə) bağladıqlarını, müqaviləyə əsasən aralarında hər ay 600 manat pul ödəməyə razılaşdıqlarını, müqavilənin notariat kontorunda bağlanmadığını, notariusun pulun hamısını gətir sonra müqaviləni bağla dediyini, pulun demək olar ki, 50 faizini ödədiyini, bir müddət bir az çətin vəziyyətə düşdüklərini, buna görə də iddiaçıya hər ay 300 manat ödəmək imkanının olduğunu, iddiaçının əvvəlcə buna razılıq verərək sonra bundan imtina etdiyini, 2021-ci ilin noyabr ayından ödəniş etmədiyini, doqquz a y ərzində yaranan borcu bank kredit verərsə ödəyə biləcəyini, hazırda iddiaçıya 32 min manat borcu olduğunu, qarşı tərəflə razılaşmaq istədiyini, qarşı tərəf razılaşsa sazişi təzələyib hər ay 600 manat yox, 300 manat ödəmək imkanının olduğunu, bu barədə birinci instansiya məhkəməsində də bildirdiyini, aralarında ümumi razılaşma əldə etmədiklərindən iddiaçıya ödədiyi 28 min manat pulun qaytarılması barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında İddiaçı ilə Cavabdeh arasında fərdi yaşayış evinin nisyə alğısatqısı barədə öz aralarında müqavilə bağlandığını, müqavilənin notariat kontorunda qeydiyyata alınmadığını, müqaviləyə əsasən Cav abdeh İddiaçı bu günə kimi 28 min manat pul ödədiyini, müqavilənin müddətinin bitməsinə az vaxt qaldığını, cavabdehin qalan pulu bu vaxt ərzində ödəyə bilməyəcəyini, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını, Kəngərli Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(111)-57/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respubl ikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsin in tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə yoxlayaraq aşağıdakı qənaətə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2018-ci il tarixdə Naxçıvan şəhəri Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evini nisyə alqı-satqı müqav iləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat almaqla 5 il (60) ay müddətinə, ümumilikdə 60000 (altmış min) manata Kəngərli rayonunun Təzəkənd sakini X1, cavabdehin ailə üzvləri ilə birlikdə köçüb mənzildə məskunlaşdıqlarını, aralarında bağlanmış fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin şərtləri pozulduğu təqdirdə Cavabdeh maddi və mənəvi məsuliyyət daşıyacağını, müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürdüyünü, cavabdehin 01 noyabr 2018-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək ona 24 (iyirmi dörd) ay müddətinə 14400 (on dörd min dörd yüz) manat, iki ay isə 5000 (beş min) və 2000 (iki min) manat verdiyini, Eyvazın 01 noyabr 2021-ci il tarixədək ona cəmi 25899 (iyirmi beş min səkkiz yüz doxsan doq quz) manat verdiyini, aralarında 34101 (otuz dörd min yüz bir) manat pul vəsaitinin qaldığını, lakin cavabdehin noyabr 2021-ci il tarixdən ödəməni dayandırdığını, öhdəliyi pozduğunu, ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq pulu ödəməkdən boyun qaçırdığını, özü isə həmin evi satdığına görə Bakı şəhərində kreditlə götürdüyü evin borcunu verə bilmədiyini bildirərək Cavabdeh onun ailə üzvlərinin mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxa rışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında 0.0130 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 55.74 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 18/22 nömrəli reyestr kitabının 4338 nömrəli vərəqində 07 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 №-li Sahə İƏDÜN-nin 25 noyabr 2021-ci il tarixli, 01/4431 nömrəli arayışına əsasən İddiaçı həqiqətən ünvan 5 ünvanda yaşamır. İş materiallarında olan İddiaçı AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, o, ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 7 İƏDÜN-nin 06 dekabr 2021-ci il tarixli, 11 nömrəli arayışına əsasən Cavabdeh həqiqətən Kəngərli rayon Təzəkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan 01 noyabr 2018-ci il tarixli Sazişdən (fərdi yaşayış evinin nisyə alğı-satqısı haqqında müqavilə) görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, İddiaçı Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evini nisyə alğı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 (altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat almaqla 5 il (60 ay) müddətinə, ümumilikdə 60000 (altmış min) manata Cavabdeh satılmasına razılıq verməyi, onun evdən istifadə etməyini, yaşamağa şərait yaratmağı, Cavabdeh isə X2 Naxçıvan şəhəri, Hüseyn Cavid, 28A-da yerləşən fərdi yaşayış evini nisyə alqı-satqı müqaviləsi əsasında hər ay üzrə 600 ( altı yüz) manat olmaqla, hər ilin sonunda 10000 (on min) manat ödəməklə 5 il (60 ay) müddətinə, ümumilikdə 60000 (altmış min) manata almağı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci (müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları) maddəsinin tələbini tam şəkildə yerinə yetirməyi, müqavilə öhdəliklərindən irəli gələn tələblərin pozulduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət etməyi, məhkəmə orqanlarında iddiaçı və ya cavabdeh qismində mülki işin tərəfi kimi iştirak etməyi, müqavilənin şərtlərini pozduğu təqdirdə maddi və mənəvi məsuliyyət daşıyacaqları və yuxarıda göstərilən şərtlər müqabilində, müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirməyi öz öhdələrinə götürmüşlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət t ərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir (Konstitusiyanın 13-cü və 29-cu maddələri). İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində verilmiş anlayışına görə bu hüquq subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olma q, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394 -cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) n əzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya qeyd edir ki, İddiaçı və Cavabdeh 01 noyabr 2018-ci il tarixdə fərdi qaydada yaşayış evinin nisyə alqı-satqısı barədə Saziş (müqavilə) bağlayaraq həmin sazişlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci (müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları) maddəsinin tələbinin tam şək ildə yerinə yetirilməsi, müqavilə öhdəliklərindən irəli gələn tələblərin pozulduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət edilməsi, müqavilənin şərtlərini pozduğu təqdirdə maddi və mənəvi məsuliyyət daşıyacaqları, müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirilməsinə dair öz üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Lakin işin araşdırılmış hallarından, cavabdehin birinci instansiya məhkəməsi və kollegiyada verdiyi izahatından da aydın olur ki, cavabdeh bağlanmış sazişin şərtlərini yerinə yetirməyərək öz üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etməmişdir. İddiaçı və cavabdehin bağladıqları sazişin şərtləri cavabdeh tərəfindən pozularaq cavabdeh hər ay ödənilməli olan 600 (altı yüz) manat pulu 2021-ci ilin noyabr ayından bu günədək İddiaçı ö dəməmişdir. Göstərilənlərə əsasən kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuş, Cavabdeh və onun ailə üzvlərinin İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Hüseyn Cavid 28 A ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılması barədə iddiaçının iddia tələbi düzgün olaraq təmin edilmişdir. Buna görə də Cavabdeh apellyasiya şikayətinin təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar yoxdur. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi İddiaçı 28000 manat pulu cavabdehə geri qaytarmaması ilə əlaqədar dəlilinə münasibətdə isə qeyd edir ki, işin araşdırılmış hallarından və cavabdehin kollegiyadakı izahatından aydın olur ki, cavabdeh fər di yaşayış evinin nisyə alqı-satqısı ilə əlaqədar İddiaçı ödədiyi həmin məbləğdə pulun qaytarılması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırmışdır. Buna görə də kollegiya cavabdehin bu dəlilini əsassız hesab edir. Kollegiya işin araşdırılmış hallarına hüquqi qiymət verərək belə hesab edir ki, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaqla tərəflərin təqdim etdiyi sübutlara obyektiv qiymət verilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməs inin 07 aprel 2022-ci il tarixli, 2(111)-57/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-84/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-84/2022
20.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver