Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-85/2021 17.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nəcəfov Elşən İslam oğlunun, iddiaçının vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Publik Hüquqi Şəxsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(078)-164/2021 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyən etdi: İddiaçı idd ia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin 07 dekabr 2020-ci il tarixli, 358 nömrəli əmrinin ləğv edilməklə İddiaçı Naxçıvan Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin Reanimasiya Bölməsində həkim-anestezioloq- reanimatoloq vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxdığı 07 dekabr 2020-ci il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən Q.N.Məmmədov) 29 yanvar 2021-ci il tarixli, 2(078)-164/2021 nömrəli qətnaməsi ilə iddia əsassız hesab edilərək rədd edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı 12 fevral 2021-ci il tаriхli apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2 9 yanvar 2021-ci il tarixli, 2(078)-164/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi o-İddiaçı ilə işəgötürən-Naxçıvan Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin baş həkimi Seyidov Nihad Mirkamal oğlu arasında 21.06.2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədə işəgötürənlə işçi arasında əmək münasibətlərinin əsas şərtləri eləcə də tərəflərin hüquq və vəzifələri əks olunmuşdur. Həmin müqavilənin 4.16-cı bəndində işçininİddiaçı gündə 08 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyəcəyi, 4.17-ci bəndində isə iş vaxtı saatının 09:00 da başladığı, saat 17:12 dəqiqədə qurtaracağı göstərilir. Həmç inin bildirir ki, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsinin Reanimasiya və intensiv terapiya bölməsinin həkimlərinin 2020-ci ilin noyabr ayı üçün növbətçilik qrafiki tərtib edilmişdir. Həmin növbətçilik qrafiki baş həkim N.Vəkil tərəfindən 01-noyabr 2020-ci il tarixdə imzalanaraq möhürlə təsdiqlənmişdir. Həmin növbətçilik qrafikinə əsasən İddiaçı 25 noyabr 2020-ci il tarixdə 08-saat növbətçilik üzrə əmək vəzifəsi öhdəliyi olmuşdur. Şahid qismində ifadə vermiş Həmkarlar İttifaqının sədri həmçinin kadr işləri üzrə təlimatçı Aynur Əhmədova həmin səkkiz saatlıq növbəni İddiaçı 25 noyabr 2020-ci il tarixdə əmək müqaviləsi üzrə əmək vəzifələrini bitirdikdən sonra qəbul etmişdir. Qeyd olunduğu kimi 25 noyabr 2020-ci il tarixi üçün üzərinə götürdüyü növbətç ilik üzrə əmək-vəzifə öhdəliyinə 25 noyabr 2020-ci il tarixdə saat 18:00 da başlamış və 08 saatlıq əmək-vəzifə öhdəliyi 26 noyabr 02:00-da bitmişdir. Göründüyü kimi onun 26 noyabr 2020-ci il tarixdə səhər saat 07:19 dəqiqədə həmçinin həmin saat vaxtından əvvəl və yaxud sonra işəgötürən qarşısında əmək müqaviləsi eləcə də növbətçilik qrafiki üzrə hər hansı əmək-vəzifə öhdəliyi olmamışdır. Bundan başqa iş üzrə təqdim olunmuş sənədlərdən görünür ki, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin həyətinin gözətçisi Hacıvev Kazım Məmməd oğlu Publik hüquqi şəxsin baş həkimi N.Vəkil Reanimasiya Bölməsinin həkim- anestezioloq-reanimatoloqu İddiaçı 26.11.2020-ci il tarixdə saat 07:20 dəqiqədə şəxsi avtomobilinə minib xəstəxananı tərk etməsi barədə yazılı məlumat vermişdir. Baş həkim N.Vəkil İddiaçı növbədə olduğu zaman-26.11.2020-ci il tarixdə saat 07:19 dəqiqədə xidmət yerini tərk etməsi barədə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Əmək-intizamı Komissiyasına yazılı məlumat verərək məsələnin araşdırılmasını tələb etmişdir. "Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Əmək-intizamı Komissiyası 27 noyabr 2020-ci il tarixdə iclas keçirmiş, 33-№ li iclas protokolu tərtib edilmişdir. İclas protokolunun məzmunundan görünür ki, İddiaçı 26.11.2020-ci il tarixdə saat 07:19 dəqiqədə öz xidmət yerini məlumat vermədən tərk etməsi onun əmək intizamını və müəssisə daxili intizam qaydalarını pozması kimi qiymətləndirilmişdir. Nəticədə Əmək-intizamı Komissiyası 27.11.2020-ci il tarixdə keçirdiyi iclasın nəticəsi olaraq idiaçının-İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutuduğu vəzifədən azad olunması barədə 27 noyabr 2020-ci il tarixli qərar qəbul etmişdir. Bununla bağlı qeyd edir ki, "Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Əmək-intizamı Komissiyasının iclas protokolunun eləcə də "Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Həmkarlar İttifaqının iclas protokolunun məzmunundan görünür ki, hər iki iclasda iştirak edən üzvlər İddiaçı 26.11.2020-ci il tarixdə saat 07:19 dəqiqədə əmək müqaviləsi və ya gecə növbətçiliyi qrafiki üzrə işəgötürən qarşısında əmək vəzifəsi öhdəliyinin olub-olmaması məsələsini müzakirə etməmiş, aydınlaşdırmamışdır. Belə ki, hər iki iclasda iştirak etmiş, iş üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş həmkarlar ittif aqının sədri həmçinin kadrlar bölməsinin mütəxəssisi Əhmədova Aynur Ağəli qızına və Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin Reanimasiya və anesteziologiya bölməsinin baş həkimi Şıxəliyev Ənvər Şıxəli oğluna İddiaçı 26 noyabr 2020-ci il tarixdə saat 07:19 dəqiqədə əmək müqaviləsi və ya 2020-ci ilin noyabr ayı üçün təsdiq olunmuş növbətçilik qrafiki üzrə işəgötürən qarşısında əmək-vəzifə öhdəliyinin olub-olmaması barədə araşdırmanın aparılıb-aparılmamasına dair iddiaçı tərəfindən suallar yönəldilmişdir. Şahid Aynur Əhmədova verilən suala cavab mahiyyətində araşdırma aparılmadığını, noyabr ayı üçün tərtib olunmuş növbətçilik qrafikindən məlumatlı olmadığını bildirmişdir. Şahid Ənvər Şıxəliyev isə 2020-ci ilin noyabr ayı üçün təsdiq olunmuş növbətçilik qrafikinin onun tərəfindən tərtib olunduğ unu, baş həkim tərəfindən təsdiq olunduğunu bildirərək İddiaçı 26 noyabr 2020-ci il tarixi üçün əmək müqaviləsi və ya 2020-ci il üçün təsdiq olunmuş növbətçilik qrafiki üzrə işəgötürən qarşısında əmək-vəzifə öhdəliyinin olub-olmamasına dair suala cavab vermək istəmədiyini bildirmişdir. Əlavə olaraq bildirir ki, Həmkarlar İttifaqının onun barəsində iclas keçirməsindən 15 yanvar 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən həmkarlar ittifaqının sədri həmçinin kadrlar bölməsinin mütəxəssisi Əhmədova Aynur Ağəli qızı tərəfindən Həmkarlar İttifaqının rəyi məhkəməyə təqdim olunan zaman xəbəri-məlumatı olub. Həmkarlar İttifaqı onun barəsində hər hansı məsələyə baxacağı barədə ona heç bir məlumat verməyib və ya izahat tələb etməyib. Apеllyаsiyа şikаyətinə qаrşı veri lmiş etiraz səlahiyyətli nümayəndə tərəfindən imzalanmadığından kollegiya tərəfindən etiraz kimi qəbul edilməmişdir. İddiaçı və cavabdeh Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Publik Hüquqi Şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Cavabdeh təşkilat Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Publik Hüquqi Şəxs tərəfindən kollegiyaya ünvanlanmış ərizədə gücləndirilmiş iş rejimində işləyən Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Publik Hüquqi Şəxsin nümayəndəsinin iştirak edə bilməyəcəyi qeyd olunaraq publik hüquqi şəxsin nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsi və apellyaiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkilinin iştirakları vasitəsilə məhkəmə baxışında təmsil olunmuşdur. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışının iddiaçının və cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışında İddiaçı nümayəndəsi Nəcəfov Elşən İslam oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında iddiaçının qanunsuz işdən çıxarılmasını göstərərək iş üzrə təqdim edilmiş sübutları tam və hərtərəfli araşdıraraq müəyyən olunmuş halları qanunvericilik baxımından təhlil edərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. K ollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apelyasiya şikayətini apellyasiya şikayətinə baxılması zamanı verilmiş izahatlar və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеspublikаsı MPM-nin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillə rə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş üzrə apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyinə görə həmin qətnamənin əsaslılığı tam yoxlanılır. İş materiallarında olan “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin baş həkimi Seyidov Nihad Mirkamal oğlu (işəgötürən) ilə İddiaçı İlham qızı (işçi) arasında bağlanmış əmək Müqaviləsinin surətindən aydın olur ki, İddiaçı 21 iyun 2018-ci il tarixdə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Reanimasiya bölməsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Reanimasiya və anesteziologiya bölməsinin müdiri Şıxəliyev Ənvər Şıxəli oğlu tərəfindən yazılmış məlumatın surətinə əsasən İddiaçı 26 noyabr 2020-ci il tarixdə səhər saat 07:19 dəqiqədə növbəni heç kəsə təhvil vermədən bölmə müdirinə və mərkəzin rəhbərliyinə heç bir məlumat vermədən xəstəni nəzarətsiz qoymuş və mərkəzi icazəsiz tərk etmişdir. Bu da xəstənin həyatı üçün təhlükə yarada bilər. İşə əlavə olunmuş 26 noyabr 2020-ci il tarixli aktın surətinə əsasən “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Reanimasiya və anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı əmək intizamını kobud şəkildə pozması ilə əlaqədar izah verilməsi tələb olund uqda İddiaçı izahat verməkdən imtina etmişdir. Mülki işin materiallarına əlavə olunmuş “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Həmkarlar İttifaqı Komitəsinin 27 noyabr 2020-ci il tarixli 32 nömrəli iclas protokolundan məlum olur ki, həmin iclasda “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Reanimasiya və anesteziologiya bölməsinin həkim anestezioloqreanimatoloqu İddiaçı 26 noyabr 2020-ci il tarixində heç kəsə məlumat vermədən iş yerini tərk etməsi ilə əlaqədar olaraq onun tutuduğu vəzifədən azad olunması məsələsi müzakirə olunaraq “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Reanimasiya və anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı işdən azad edilməsinə mərkəzin Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin etira zının olmaması qərara alınmışdır. İş materiallarında olan “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Reanimasiya və anesteziologiya bölməsinin müdiri Şıxəliyev Ənvər Şıxəli oğlu tərəfindən 04 dekabr 2020-ci il tarixdə yazılmış məlumatın surətinə əsasən Reanimasiyaanesteziologiya bölməsinin həkim-ordinatoru İddiaçı 04 dekabr 2020-ci il tarixdə naməlum səbəbdən heç kimə məlumat vermədən işə gəlməmişdir. İş materiallarında olan “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin 07 dekabr 2020-ci il tarixli, 358 nömrəli əmrinin surətinə əsasən “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Reanimasiya və anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad olunmuş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesabı kəsilmişdir. Kollegiya qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən a) müəssisə ləğv edildikdə, b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə, c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin b) bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirm ədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işə götürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehini verə bilər. Bundan əlavə həmin Məcəllənin 71ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı- ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Kollegiya apellyasiya şikayətinin İddiaçı ilə Naxçıvan Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin baş həkimi Seyidov Nihad Mirkamal oğlu arasında 21.06.2018-ci il tarixli əmək müqaviləsi bağlanması, həmin müqavilədə işəgötürənlə işçi arasında əmək münasibətlərinin əsas şərtləri eləcə də tərəflərin hüquq və vəzifələri əks olunması, həmin müqavilənin 4.16-cı bəndində işçinin-İddiaçı gündə 08 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyəcəyinin, 4.17-ci bəndində isə iş vaxtı saatının 09:00 da başladığının, saat 17:12 dəqiqədə qurtaracağının göstərilməsi, həmçinin “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsinin Reanimasiya və intensiv terapiya bölməsini n həkimlərinin 2020-ci ilin noyabr ayı üçün növbətçilik qrafikinin tərtib edilməsi, həmin növbətçilik qrafikinin baş həkim N.Vəkil tərəfindən 01-noyabr 2020-ci il tarixdə imzalanaraq möhürlə təsdiqlənməsi, həmin növbətçilik qrafikinə əsasən İddiaçı 25 noyabr 2020-ci il tarixdə 08-saat növbətçilik üzrə əmək vəzifəsi öhdəliyi olması, şahid qismində ifadə vermiş Həmkarlar İttifaqının sədri həmçinin kadr işləri üzrə təlimatçı Aynur Əhmədovanın həmin səkkiz saatlıq növbəni İddiaçı 25 noyabr 2020-ci il tarixdə əmək müqaviləsi üzrə əmək vəzifələrini bitirdikdən sonra qəbul etməsi, 25 noyabr 2020-ci il tarixi üçün üzərinə götürdüyü növbətçilik üzrə əmək-vəzifə öhdəliyinə 25 noyabr 2020-ci il tarixdə saat 18:00 da başlaması və 08 saatlıq əmək-vəzifə öhdəliyinin 26 noyabr 02:00-da bitməsi, onun 26 n oyabr 2020-ci il tarixdə səhər saat 07:19 dəqiqədə həmçinin həmin saat vaxtından əvvəl və yaxud sonra işəgötürən qarşısında əmək müqaviləsi eləcə də növbətçilik qrafiki üzrə hər hansı əməkvəzifə öhdəliyi olmaması barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci və 2ci bəndlərinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və y a əmək müqaviləsi ilə tənzim edilir. İş materiallarına əlavə edilmiş “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin baş həkimi N.Vəkil tərəfindən imzalanmış 07 yanvar 2020ci il, 03 aprel 2020-ci il və 25 avqust 2020-ci il tarixli əmrlərin surətindən aydın olur ki, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin reanimasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə Reanimasiya və intensiv terapiya bölməsinin həkimlərinə gecə növbətçiliyi işi 2020-ci il yanvar ayından etibarən təşkil edilmiş, 2020-ci ilin aprel ayından etibarən dayandırılmış, 2020-ci ilin sentyabr ayından etibarən bərpa edilmişdir. Növbədə həkimlər məsul şəxs sayılmış, növbənin başlama və bitmə saatları 20:00-dan ertəsi gün 09:00-a təyin olunmuşdur. İddiaçı 26 noyabr 2020-ci il tarixdə səhər sa at 07:19 dəqiqədə növbəni tərk edərək əmək intizamını pozmuşdur. Apellyasiya şikayətinin “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin həyətinin gözətçisi Hacıvev Kazım Məmməd oğlunun Publik hüquqi şəxsin baş həkimi N.Vəkil Reanimasiya Bölməsinin həkim-anestezioloq-reanimatoloqu İddiaçı 26.11.2020-ci il tarixdə saat 07:20 dəqiqədə şəxsi avtomobilinə minib xəstəxananı tərk etməsi barədə yazılı məlumat verməsi, baş həkim N.Vəkil İddiaçı növbədə olduğu zaman-26.11.2020-ci il tarixdə saat 07:19 dəqiqədə xidmət yerini tərk etməsi barədə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Əmək-intizamı Komissiyasına yazılı məlumat verərək məsələnin araşdırılmasını tələb etməsi, "Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Əmək-intizamı Komissiyasının 27 noyab r 2020-ci il tarixdə iclas keçirməsi, 33-№ li iclas protokolunun tərtib edilməsi, iclas protokolunun məzmunundan İddiaçı 26.11.2020-ci il tarixdə saat 07:19 dəqiqədə öz xidmət yerini məlumat vermədən tərk etməsinin onun əmək intizamını və müəssisə daxili intizam qaydalarını pozması kimi qiymətləndirilməsinin görünməsi, nəticədə Əmək-intizamı Komissiyasının 27.11.2020-ci il tarixdə keçirdiyi iclasın nəticəsi olaraq İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad olunması barədə 27 noyabr 2020-ci il tarixli qərar qəbul etməsi, "Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Əmək-intizamı Komissiyasının iclas protokolunun eləcə də "Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin Həmkarlar İttifaqının i clas protokolunun məzmunundan hər iki iclasda iştirak edən üzvlərin İddiaçı 26.11.2020-ci il tarixdə saat 07:19 dəqiqədə əmək müqaviləsi və ya gecə növbətçiliyi qrafiki üzrə işəgötürən qarşısında əmək vəzifəsi öhdəliyinin olub-olmaması məsələsini müzakirə etməməsinin aydınlaşdırmamasının görünməsi, hər iki iclasda iştirak etmiş, iş üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş həmkarlar ittifaqının sədri həmçinin kadrlar bölməsinin mütəxəssisi Əhmədova Aynur Ağəli qızına və Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin Reanimasiya və anesteziologiya bölməsinin baş həkimi Şıxəliyev Ənvər Şıxəli oğluna İddiaçı 26 noyabr 2020-ci il tarixdə saat 07:19 dəqiqədə əmək müqaviləsi və ya 2020-ci ilin noyabr ayı üçün təsdiq olunmuş növbətçilik qrafiki üzrə işəgötürən qarşısında əmək-vəzifə öhdəliyinin olub-olmaması barədə araşdırmanın aparılıb-aparılmamasına dair iddiaçı tərəfindən suallar yönəldilməsi, şahid Aynur Əhmədovanın verilən suala cavab mahiyyətində araşdırma aparılmadığını, noyabr ayı üçün tərtib olunmuş növbətçilik qrafikindən məlumatlı olmadığını bildirməsi, şahid Ənvər Şıxəliyevin isə 2020-ci ilin noyabr ayı üçün təsdiq olunmuş növbətçilik qrafikinin onun tərəfindən tərtib olunduğunu, baş həkim tərəfindən təsdiq olunduğunu bildirərək İddiaçı 26 noyabr 2020-ci il tarixi üçün əmək müqaviləsi və ya 2020-ci il üçün təsdiq olunmuş növbətçilik qrafiki üzrə işəgötürən qarşısında əmək-vəzifə öhdəliyinin olub-olmamasına dair suala cavab vermək istəmədiyini bildirməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi ü çün əsas təşkil etmir. Belə ki, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin baş həkimi N.Vəkil tərəfindən izalanmış 07 yanvar 2020-ci il, 03 aprel 2020-ci il və 25 avqust 2020-ci il tarixli əmrlərin surətindən aydın olur ki, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin reanimasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə Reanimasiya və intensiv terapiya bölməsinin həkimlərinə gecə növbətçiliyi işi 2020-ci il yanvar ayından etibarən təşkil edilmiş, 2020-ci ilin aprel ayından etibarən dayandırılmış, 2020-ci ilin sentyabr ayından etibarən bərpa edilmişdir. Növbədə həkimlər məsul şəxs sayılmış, növbənin başlama və bitmə saatları 20:00-dan ertəsi gün 09:00-a təyin olunmuşdur. İş üzrə iddiaçının birinci instansiya məhkəməsində verdiyi və onun iş üzrə apellya siya şikayətinə baxılarkən məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunur ki, iş üzrə iddiaçı 25 noyabr 2020-ci il tarixindən 26 noyabr 2020-ci il tarixinə keçən gecə növbədə olduğunu bilmiş, həmin gecə növbətçiliyə başlayaraq bir müddət növbəni davam etdirmişdir. İddiaçı 26 noyabr 2020-ci il tarixdə səhər saat 07:19 dəqiqədəAzərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş 12 saaatlıq növbə müddəti tamam olmadan növbəni tərk edərək əmək intizamını pozmuşdur. Artıq müəssisədə keçirilən müvafiq iclaslarda konkret olaraq İddiaçı 26 noyabr 2020-ci il tarixdə saat 07:19 dəqiqədə əmək müqaviləsi və ya 2020-ci ilin noyabr ayı üçün təsdiq olunmuş növbətçilik qrafiki üzrə işəgötürən qarşısında əmək-vəzifə öhdəliyinin olubolmaması barədə araşdırma aparıl ıb-aparılmamasının iş üzrə əhəmiyyəti yoxdur. Kollegiya iddiaçının apelyasiya şikayətində qeyd olunan Həmkarlar İttifaqının onun barəsində iclas keçirməsindən 15 yanvar 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən həmkarlar ittifaqının sədri həmçinin kadrlar bölməsinin mütəxəssisi Əhmədova Aynur Ağəli qızı tərəfindən Həmkarlar İttifaqının rəyi məhkəməyə təqdim olunan zaman xəbəri-məlumatı olması, Həmkarlar İtiifaqının onun barəsində hər hansı məsələyə baxacağı barədə ona heç bir məlumat verməməsi və ya izahat tələb etməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin 15 yanvar 2021-ci il tarixli məhkəmə iclas protokolundan məlum olur ki, iş üzrə İddiaçı izahatında 27 noyabr 2020 -ci il tarixində işdə olarkən Aynur Əhmədova tərəfindən ona iş yerinin özbaşına tərk etməyi ilə əlaqədar iclas keçiriləcəyi bildirilmiş, lakin Aynur Əhmədovaya iclasda iştirak etməyəcəyini bidirmişdir. İş üzrə İddiaçı izahatında həmçinin 26 noyabr 2020-ci il tarixdə evdə olarkən baş həkimin müavininin ona mobil telefonla təxminən saat 11:00 radələrində zəng vuraraq, işdən getdiyinə görə gəlib izahat yazmalı olduğunu bildirdiyini, ona istirahət gününün olduğunu bildirdikdə baş həkimin izahat verməli olduğunu tələb etdiyini, onun gəlməli olduğunu bildirdikdə istirahət hüququ olduğundan baş həkimin müavininə gəlməyəcəyini bildirdiyini göstərmişdir. Eyni zamanda iş materiallarında iş üzrə iddiaçının izahat verməkdən imtina etməsi barədə 26 noyabr 2020-ci il tarixdə tərtib olunmuş akt da mövcud dur. İş materialları ilə təsdiq olunur ki, iş üzrə iddiaçı - “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Reanimasiya və anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı 26 noyabr 2020-ci il tarixində növbə vaxtı tamam olmadan heç kəsə məlumat vermədən iş yerini tərk edərkən reanimasiya bölməsində əməliyyat olunmuş xəstə olmuşdur. Bu isə ona dəlalət edir ki, iş üzrə iddiaçının əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) tam yerinə yetirmədiyinə görə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin əmək və icra intizamının normal ahəngi pozulmuşdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri, tərtib olunmuş aktlar və işin digər materialları ilə də təkzib edilir. Yuxar ıda göstərilən qanunvericilik aktlarının müddəaları və işin araşdırılmış halları ilə tam müəyyən edilir ki, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsinin Reanimasiya və anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu olmuş İddiaçı tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud olmuşdur və birinci instansiya məhkəməsi də qanuni və əsaslı olaraq iddianı rədd etmiş, maddi hüquq normalarının tələblərinə əməl etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində göstərdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də apellyasiya şikayətində göstərilən dəlillər əsassız sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula b iləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbə r sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə cavabdeh “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin nümayəndəsi qismində cavabdeh təşkilatın qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsi, işçisi və ya vəkil olmayan, Naxçıvan MR Səhiyyə Nazirliyinin məsləhətçi-hüquqşünası vəzifəsində olan şəxs iştirak etmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səla hiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Birinci instansiya məhkəməsi tərəfindən göstərilən prosessual pozuntuya yol verilsə də, həmin pozuntu nəticə etibarı ilə səhv qətnamə qəbul edilməsinə səbəb olmamışdır. Belə ki, iş üzrə tədqiq olunmuş sübutlar göstərilən şəxs məhkəmədə nümayəndə qismində iştirak etməsə idi fərqli qətnamə qəbul ediləcəyini təsdiq etmir. Azərbaycan Respublikasının MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kоllеgiyа yuxarıda qeyd olunanları nəzərə аlаrаq bеlə nəticəyə gəlir ki, birinci instansiya məh kəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(078)-164/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət 392, 402, 403, 404, e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(078)-164/2021 nömrəli qətnaməsi dəyişdirilm ədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-85/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-85/2021
17.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver