Məhkəmə qərarları › İş №2(108)-86/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-86/2025

03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-86/2025 03.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər – Kuimova Vera Gennadiyevna (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əşyaların götürülməsi” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-118/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadəsində olan ona məxsus əşyaların cavabdehdən alınaraq ona qaytarılması, həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət e dilməsi üçün ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumunun və 300 (üç yüz) manat miqdarında vəkillə bağlanmış müqavilə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (G.X.Səfərəliyeva) 08 yanvar 2025-ci il tarixli, 2(078)118/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əşyaların götürülməsi tələbinə dair iddiasının əsaslı olduğundan təmin edilməsi, ünvan 1 ünvanında, 0.0431 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 144.06 kv.m. 65.91 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evininin mülkiyyətçisi Cavabdeh İddiaçı məxsus olan 1 ədəd mətbəxdə olan jalüz pərdə, 8 ədəd pərdə asılqanı, 1 ədəd stol, 1 ədəd mətbəx mebelinin alınaraq iddiaçıya qaytarılması, İddiaçı tərəfin dən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 10167 nömrəli ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun əvəzi və hüquqi yardım müqaviləsinə görə 300 (üç yüz) manat vəkil xərcinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 01 aprel 2025-ci il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(078)-118/2025 nömrəli qətnaməsinin mətbəx mebelinə münasibətdə ləğv edilməsini və həmin hissədə tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin işin faktiki hallarına uyğun olmadığını, birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən “İpoteka predmeti olan əmlak X3 məxsus olsa da, həm in fərdi yaşayış evində onun anası İddiaçı və ailənin digər üzvləri yaşamışlar. Həmin evdə ona məxsus daşınar əşyalar olmuşdur...” əsaslandığını, halbuki İddiaçı X2 anası olmadığını, buna görə də həmin evdə qaldığı (olduğu) iddia edilən daşınar əmlakın iddiaçıya məxsus olmasının belə şübhə doğurduğunu, çünki, onun iddia olunan əmlaka hansı əsasla, hansı hüquqi meyarlarla sahib olmasının birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymətləndirilmədiyini, həmçinin, məhkəmənin “cavabdeh iddiaçının tələb etdiyi daşınar əmlakları verməkdən imtina edir” qeyd etdiyini, lakin, bunun həqiqəti əks etmədiyini, belə ki, özünün lap əvvəldən mətbəx mebelindən başqa digər əşyaların – 01 (bir) ədəd mətbəxdə olan jalüz pərdə, 08 (səkkiz) ədəd pərdə asılqanı və 01 (bir) ədəd stolun götürülməsinə etiraz etmədiyini, mətbəx mebeli isə daşınar əmlak olmadığından onu verməkdən bu gün də imtina etdiyini, mətbəx mebeli daşınmaz əmlakın tərkib hissəsi olmasına baxmayaraq məhkəmənin yanlışlıqla onu daşınar əşya kimi qiymətləndirdiyini və nəticədə işə baxan məhkəmənin qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğunu, birinci instansiya məhkəməsinin qətnaməsində “İddia tələbində qeyd edilən mətbəx mebeli, pərdə üçün asılqanlar, jalüz pərdə və stol İddiaçı məxsusdur“ göstərildiyini, bu halın özünün də məhkəmə araşdırması zamanı heç bir sübuta istinad edilmədən, yalnız iddiaçının və onun gəlini olan şahidin ifadələrinə əsaslanmaqla müəyyən edildiyini, bunun da sahiblik hüququnun mahiyyətinə zidd olduğunu, belə ki, bunun, iddiaçının ilk növbədə həmin daşınmaz əmlaka və onun içərisində olan lara hüququnun olması, həmin hüququn necə və hansı əsasla əmələ gəlməsini müəyyənləşdirilmədən mümkün olmadığını bildirmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci, 76-cı, 88-ci və 175.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışı zamanı 03 iyun 2025-ci il tarixli məhkəmə baxışı iclasında Cavabdeh 03 iyun 2025-ci il tarixli ərizəsini kollegiyaya təqdim edərək mübahisə ilə bağlı iddiaçı ilə aralarında məhkəmədən kənar razılıq əldə olunduğunu və bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini, ona münasibətdə apellyasiya şikayətindən imtinanın qəbul edilərək mülki işin apellyasiya qaydasınd a icraatına xitam verilməsini xahiş etdi. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar Cavabdeh ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 369.1-ci maddəsinə əsasən apellyasiya şikayətindən şəxsin imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. - 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsin də qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. - 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. - 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 24.60 (iyirmi dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Cava bdeh qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi b arədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdeh qarşı “əşyaların götürülməsi” tələbi barədə mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-118/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şi kayətindən imtinası qəbul edilsin və apellyasiya şikayətindən imtina etmiş şəхsə- Cavabdeh münasibətdə apellyasiya icraatına хitam verilsin. “Kapital Bank” Аçıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının mədaxil kassasına 27 mart 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 24.60 (iyirmi dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar