Məhkəmə qərarları › İş №2(108)-90/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-90/2025

23.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-90/2025 23.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızının, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlama - ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüq ar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, iddaçı İddiaçı1, İddiaçı3 Firudin qızının, İddiaçı5, İddiaçı2, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 və İddiaçı4 cavabdehlər - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məh kəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-41/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhad ətnamənin etibarsız hesab edilməsi, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Naxçıvan şəhər ikinci Dövlət Notariat Kontorunun notariusu C.Ə.Eyvazov tərəfindən verilmiş 26 iyul 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində X5, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X1, 1/14 hissəsi üzərində X4 və 1/14 hissəsi üzərində X2 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024cü il tarixdə verilmiş çıxarışın ləğv e dilməsi, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın 9/14 hissəsi üzərində Cavabdeh1, 1/14 hissəsi üzərində İddiaçı2, 1/14 hissəsi üzərində İddiaçı3 Firudin qızının, 1/14 hissəsi üzərində X1, 1/14 hissəsi üzərində X4 və 1/14 hissəsi üzərində X2 mülkiyyət hüququnun olduğuna dair xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********85-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlak üzərində Cavabdeh1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 Firudin qızının 1/6 hissə, İddiaçı1 1/6 hissə, İddiaçı4 1/6 hissə və X3 1/6 hissə paya malik olduğuna dair qanun üzər vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi vəzifəsinin Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-41/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddia qismən təmin edilmişdir. İİ. Apellyasiya icraatı

3. Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmasını, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(078)-41-2025 saylı qətnaməsinin ləğv olunmasını (iddianın qismən təmin olunmuş hissəsinə münasibətdə), iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızı, İddiaçı4 və İddiaçı5 ona, Naxçıvan “ASAN” Xidmət Mərkəz ində notariat ofisinə və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10rşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışların ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddiasının təmin olunmuş hissəyə münasibətdə rədd olunmasını xahiş etmişdir.

4. Apellyasiya şikayəti mümkün hesab edilərək şifahi məhkəmə baxışı təyin edilmişdir.

5. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinə iddiaçılar tərəfindən birgə iddia verildiyini, lakin iddia ərizəsinin yalnız iddiaçılardan biri - İddiaçı1 tərəfindən imzalandığını, birinci instansiya məhkəməsində bu məsələyə ümumiyyətlə qiymət verilmədiyini, bundan başqa sonrakı məhkəmə proseslərində verilmiş etibarnamələrin isə dövlət orqanları üçün verildiyi, məhkəmədə təmsiletmə səlahiyyətinin göstərilmədiyini, buna baxmayaraq İddiaçı1 nümayəndə kimi verdiyi izahatların qətnaməyə daxil edildiyini, özünün birinci instansiya məhkəməsində icraat zamanı nümayəndə olmadığını, işin düzgün araşdırılmadığını bunları nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

6. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

7. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəm əsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

8. Maddə 259.0.3. Ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

9. Maddə 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

10. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

11. Maddə 114.1.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş ə saslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi

12. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. MPMin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmələrə izah edilir ki, qanunda nəzərdə tutulmuş hallardan başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizələrinə əsasən iş başlanıldıqda həmin şəxslərin ərizələri MPM-in 259.0.3-cü maddəsi qaydasında baxılmamış saxlanıla bilməz. (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 6.2-ci bəndi)

13. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-in 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. (Həmin qərarın 6.3-ci bəndi) İV. Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. V. Məhkəmə kollegiyasının mövqeyi

15. İş materiallarından göründüyü kimi ərizə iddiaçıların nümayəndəsi tərəfindən imzalanmasına baxmayaraq ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, habelə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu olmasını təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməmişdir. Buna baxmayaraq b irinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmamış, işi icraata qəbul etmişdir. Sonradan verilmiş etibarnamələrdə isə dövlət orqanları üçün səlahiyyət verilsə də, məhkəmədə təmsil etmək səlahiyyətləri verilməmişdir. Birinci instansiya məhkəməsində işə baxan hakim tərəfindən prosessual pozuntuya yol verilmiş, nöqsanlar aradan qaldırılmadan, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 6.3-cü bəndində qeyd olunan mövqeyə - prosesin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında işə baxılmasının mümkünlüyünə - uyğun prosessual hərəkətlər həyata keçirilmədən mahiyyəti üzrə işə baxılmaqla qətnamə çıxarılmışdır.

16. Məhkəmə kollegiyası, məhkəməyə müraciət etmiş iddiaçıların ə vəzinə iddia ərizəsini imzalayan digər iddiaçının müvafiq səlahiyyətini təsdiq edən etibarnamənin ərizəyə əlavə edilmədiyini, sonrakı məhkəmə proseslərində verilmiş etibarnamələrdə isə məhkəmədə təmsil etmək səlahiyyətinin göstərilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 6.3-cü bəndində qeyd olunan hüquqi mövqeyə uyğun prosessual hərəkətlərin həyata keçirilmədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə tamamilə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır.

17. Ödənilmiş dövlət rüsumu MPM-in 114.1.5-ci maddəsinə əsasən iddiaçıya və apellyasiya şikayəti vermiş şəxsə geri qaytarılmalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən və Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6, 259.0.3, 263-264, 384.0.5 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-41/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Firudin qızının, İddiaçı5 və İddiaçı4 cavabdehlər Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, Naxçıvan “Asan Xidmət Mərkəzi”ndə Notariat Ofisinə və Cavabdeh1 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” təl əbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (təyinatı: Naxçıvan Şəhər Məhkəməsi, büdcə təsnifat kodu: 14221301, qəbz nömrəsi: **********) ona geri qaytarılsın. Apellyasiya şikayəti verilərkən Cavabdeh1 tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (təyinatı: Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, büdcə təsnifat kodu: 14221421, qəbz nömrəsi: **********) ona geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar