Məhkəmə qərarları › İş №2(108)-91/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-91/2025

03.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-91/2025 03.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “Miras əmlakda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızının nümayəndəsi eyni zamanda iş üzrə digər Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “miras əmlakda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1136/2024 nömrəli qətnaməsindən cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızının vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 vəfatından sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evinin və 0.1 ha torpaq sahəsinin bərabər qaydada vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin 2(078) -1136/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddia qismən təmin edilmiş, mərhum X1 qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evi və 0.1 ha torpaq sahəsindən ibarət miras əmlakdakı payı İddiaçı payı ¾, Cavabdeh1 payının ¼ hissə olması müəyyən olunmuş, iddia tələbi qalmış hissədə (mirasın bərabər paylara bölünməsi hissəsində) rədd edilmişdir.

3. Həmin qətnamədən cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 144.36 kv.m olan fərdi yaşayış evinin və 0.1 ha torpaq sahəsinin ½ hissəsində vərəsələrin paylarının onun və anasının da pa yı nəzərə alınmaqla müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. Apellyasiya icraatı

4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 may 2025-ci il tarixli, 2(108)-91/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 03 iyun 2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir.

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və digər cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızının nümayəndəsi Cavabdeh3 birinci instansiya məhkəməsi tərəfindən qətnaməyə izah verildiyini, notariat orqanı tərəfindən isə qətnamənin icrası üçün hər hansı maneə olmadığını notariat orqanından öyrəndiklərini, buna görə apellyasiya şikayətindən imtina etdiyini bildirərək, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahi ş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iş üzrə apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

7. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

8. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

9. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

10. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəb ul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

11. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

12. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

13. Maddə 114.1.6. Bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikay əti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İV. Məhkəmə kollegiyasının mövqeyi

14. Məhkəmə kollegiyası cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızının nümayəndəsi eyni zamanda iş üzrə digər Cavabdeh3 təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, MPM-in yuxarıda qeyd edilən 191.4-cü və 52.5-ci maddəsində nəzərdə tutulan hər hansı bir əsas olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

15. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan, habelə apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarından və cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızının nümayəndəsi eyni zamanda iş üzrə digər Cava bdeh3 təqdim etdiyi ərizədən görünür ki, o, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1136/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etmək niyyətindədir, apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, həmçinin apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası MPM-in 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

16. Cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızının nümayəndəsi eyni zamanda iş üzrə digər Cavabdeh3 Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1136/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilməli, mülki iş üzrə apellyasiya şikayəti vermiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməli, bu hərəkətin nəticələri ona izah edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6, 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızının nümayəndəsi eyni zamanda digər Cavabdeh3 apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya şikayəti vermiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Hüseynova (Budaqova) Vəfa Məhərrəm qızı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə (büdcə təsnifat kodu: 14221420, terminal nömrəsi: 407) ödənilmiş 50.60 (əlli manat, altmış qəpik) manat məbləğində dö vlət rüsumu ona qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar