Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-92/2023 05.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Naxçıvan Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(078)-443/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 19 aprel 2023cü il tarixli, 2(078)-443/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli, 127 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası iddia müddəti keçdiyindən rədd edilmişdir. İşin halları: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Filarmoniyasının 03 iyun 2019-cu il tarixli, 127 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(078)-443/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(078)-443/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə qərar çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq iclasın keçirilməsi barədə ona heç bir məlumat verilməyib və onun iştirakı olmadan qərar qəbul edilib. Onun keçmiş rəhbərliyə dəfələrlə müraciətinə baxmayaraq onu arxayın edərək “bu işlə məşğul olacaqlar” deyiblər, ancaq heç bir nəticəsi olmayıb. Onun əmək ki tabçasını işdən azad olunduqdan 1 il 6 ay sonra veriblər, əmrin surətinin ona verilməməsi hüquqlarının kobud şəkildə pozulmasına dəlalət edir. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsassız istinad edərək onun hüquqlarını kobud şəkildə pozmuşdur. Nəticədə o uzun müddət işsiz qalmışdır. Hətta cavabdeh təşkilat onu məhkəmə dövründə yenidən müqavilə ilə işə götürməyi təklif etmişdir. O isə hüquqlarını məhdudlaşdıran məhz həmin maddənin ləğv edilməsini tələb edərək həmin təkliflə razılaşmamışdır. Ona görə də məhkəmənin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini, Naxçıvan Şəhər Məhkəməsinə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqına dair 2 tələblə müraciət etdiyini, ancaq məhkəmənin onun tələbini təmin etmədən qərar qəbul etdiyini, həmin qərarı oxuduğunu, həmin qərarda iddia müddətini buraxdığından təmin edilmədiyinin göstərildiyini, onun işdən çıxarılmağı ilə əlaqədar qoyulmuş maddələrin məhkəmə tərəfindən qəbul edilmədiyini, çünki həmin vaxtı baş vermiş hadisə ilə heç bir əlaqəsinin olmadığını, həmin hadisə ilə əlaqəsi olsaydı belə, onun həmin maddə ilə işdən çıxarılması üçün əsas olmadığını, birinci instansiya məhkəməsində işə baxılan zaman harada işləmişdirsə, həmin yerdə işləməyi barədə xasiyyətnamə alıb məhkəməyə təqdim etdiyini, həmin xasiyyətnamələrdə onun əmək funksiyalarını lazımi qaydada yerinə yetirdiyini və heç bir qanun pozuntusuna yol vermədiyinin qeyd edildiyini, mühasibin həm maddi baxımdan, həm də başqa səbəblərdən ən məsuliyyətli vəzifə olduğunu, işlədiyi müddətdə aparılmış yoxlamalarla bağlı işində heç bir problem yaranmadığını, baş vermiş hadisə konkret olaraq onun xidməti istifadəsində olan komputerdə aşkarlansa da, həmin komputerdən yalnız o deyil, müavin və digər işçilərin də istifadə etdiyini, onun baş vermiş hadisə ilə konkret olaraq heç bir əlaqəsinin olmadığını, apellyasiya şikayətində əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbini qoyduğunu, ancaq hazırda məcburi iş buraxmağa görə əmək haqqı tələbindən imtina etdiyini, sadəcə olaraq barəsində olan qanunsuz əmrin ləğv olunmasını xahiş etdiyini, işdən azad olunmağı b arədə Həmkarlar İttifaqının iclas belə keçirmədiyini, özləri necə istəyiblərsə, elə də əmək fəaliyyətinə xitam verdiklərini, hətta işdən 2019-cu ildə azad olunsa da, əmək kitabçasını ona 1 il 6 aydan sonra təqdim etdiklərini, iddia ərizəsində həmin müddətin texniki səhvlik nəticəsində altı ay kimi qeyd olunduğunu, ancaq işdən azad olunmağı ilə bağlı əmrin ona verilmədiyini, hadisə baş verəndən sonra nazirlik tərəfindən ərizə yazıb işdən çıxmalı olduğunun bildirildiyini, işdən çıxmaq üçün ərizə yazmadığını və birbaşa bir neçə dəfə yazılı və şifahi qaydada X7 Ali Məclisinə müraciət etdiyini, orada problemin həll olunacağı bildirilsə də, heç bir nəticəsinin olmadığını, müraciətini düzgün etməməsini qəbul etdiyini, həmin vaxtı pozulmuş hüquqlarının bərpası üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deyil, məhz məhkəmə orqanlarına müraciət etməli olduğunu, əmək kitabçasını aldıqdan sonra köməklik üçün Ali Məclisə müraciət etdiyini, ancaq orada heç bir müsbət nəticə almadığından vəkilə müraciət edib iddia qaldırmaq istədiyini, lakin orada da iddia müddətini ötürdüyünü öyrəndiyini, işdən azad olunduğunu bildiyini, əmək kitabçasını aldıqdan sonra məhkəməyə müraciət etmədiyini və müddətin bərpası ilə əlaqədar da müraciətinin olmadığını, qanunları bilmədiyindən öz səhvi nəticəsində vaxtında iddia qaldırmadığını, 2019-cu ilin sentyabr ayında Bakı şəhərinə gedərək 2019-cu ilin noyabr ayında “Sirr” özəl müəssisəsində mühasib vəzifəsinə qəbul edildiyini, Bakı şəhərinə gedib orada işə düzəlib işləyən zaman artıq Mədəniyyət Nazirliyində əmək fəaliyyətinə xitam verilib işdən çıxarıldığ ını bildiyini, Bakı şəhərinə iş üçün getmədiyini, onu işə çağırdıqları üçün getdiyini, əmək kitabçasını aldıqdan sonra 11 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası X9 xətti ilə müsahibə əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mühasib kimi işə qəbul edildiyini, ancaq Mədəniyyət Nazirliyi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib işdən azad olunması 13 yanvar 2021-ci il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də işdən çıxarılmasına səbəb olduğunu, bundan sonra isə Mədəniyyət Nazirliyi tərəfindən ona hansı böyüklükdə mənəvi ziyan dəydiyini anladığını, hazırda 01 noyabr 2022-ci ildən Naxçıvan Şəhər Vətəndaşlara Dəfn Xidməti Bürosunda baş mühasib vəzifəsində işlədiyini, məh kəməyə müraciət etdikdən sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə dəvət olunaraq onunla söhbət aparılmaqla müqavilə əsasında yenidən işə qəbul olunmağı təklif olunsa da, bu təklifi qəbul etməkdən imtina edərək 03 iyun 2019-cu il tarixli əmrin ləğv olunmasını tələb etdiyini, məhkəmədə iddia qaldırmamışdan öncə Mediasiya təşkilatına müraciət etdiyini, həmin vaxt orada iştirak etmiş nazirliyin əməkdaşına, həmçinin həmin müddətdə əvvəlki mədəniyyət nazirinə onu sırf bu məsələ bitsin deyə idarəyə bağban və ya başqa ştatlara işçi kimi götürüb 1-2 ay sonra əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyini, 16 il dövlət qulluğunda stajının olduğunu, əvvəllər Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində şöbə müdiri kimi, sonra Komitə daşınmaz əmlakla bir ləşdikdən sonra ümumi şöbənin müdiri kimi işlədiyini, daha sonra isə səhhətində olan problemə görə İİİ qrup əlil kimi pensiyaya çıxdığını, 4 il pensiya aldıqdan sonra 2021-ci ildə pensiyanın kəsildiyini və bundan sonra iş üçün müraciət etdiyini, ancaq xahişinin nəzərə alınmadığını, demək olar ki, mühasib kimi işləməyinə heç bir maneənin olmadığını, ancaq əmək fəaliyyətini dövlət qulluğunda davam etdirmək istədiyini, işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əmək haqqı tələbinin belə olmadığını, sadəcə olaraq barəsində olan qanunsuz əmrin ləğv olunmasını, əmək kitabçasında göstərilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin oradan çıxarılmasını istədiyini, çünki həmin əmrin onun dövlət qulluğunda əmək fəaliyyətinə problemlər yaratdığını bildirərək göstərd iklərinin nəzərə alınaraq müddətin bərpa olunmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında iddiaçının 02 iyun 2019-cu ildə işdən azad olunduğunu, birinci instansiya məhkəməsindən onlara məktub daxil olduqdan sonra onun həmin şəxsin işdən azad olunması barədə məlumatının olduğunu, bundan sonra nazirlikdə onun tərəfindən İddiaçı barəsində olan müvafiq sənədlərə baxış keçirildiyini, həmin sənədlərdə hər hansı bir uyğunsuzluq olmadığının müəyyən edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə əsasən fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinin 1 ay müəyyən olunduğunu, müddətin bərpası ilə bağlı iddia qaldırmaq üçün iddiaçının əlində hər hansı bir sübutunun olmadığını, tərəf birinci instansiya məhkəməsinə hansı tələblə bağlı müraciət edib sübut təqdim etmişdirsə, məhkəmənin də həmin sübutların çərçivəsində işə baxıb qərar qəbul etdiyini, apellyasiya məhkəməsinin də həmin sübutların birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilib-qiymətləndirilməməsinə baxdığını, tərəf apellyasiya məhkəməsinə yeni sübutlar təqdim edirsə, bunu əsaslandırmalı olduğunu, Naxçıvan Şəhər Məhkəməsində işə baxılan zaman iddiaçıya nazirlikdə müddətli əmək müqaviləsi ilə işləməsinin təklif olunduğunu, ancaq onun bu təklifi qəbul etmədiyini, bu gün isə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeli qurumlarında vakant mühasib ştatının mövcud olmadığını, hazırkı vəziyyətdə iddiaçın ı nazirlikdə texniki vəzifəyə təyin edə biləcəklərini, iddiaçının təhsilinin sırf mühasib sahəsində olduğunu, iddiaçıya nazirliyin tabeli qurumlarında da ixtisasına görə iş verə bilmədiklərini bildirərək göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində m üəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 aprel 2019-cu il tarixdən başlayaraq 03 iyun 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Filarmoniyasında baş mühasib vəzifəsində işlədiyini, orada işlədiyi qısa müddətdə verilən tapşırıqları həmişə layiqincə yerinə yetirdiyini, hər hansı intizam tənbeh tədbiri almadığını, lakin işlədiyi son bir neçə gündə idarəyə məxsus onun tabeliyində, ümumi istifadədə olan kompüterdə Naxçıvan Muxtar Respublikasında son dövrlər baş verən hadisələrlə bağlı bir video rolik aşkar olunduğuna görə onun barəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hər hansı xəbərdarlıq və intizam tənbeh tədbiri görülmədən işdən məcburi olaraq birbaşa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə uyğun olaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə 127 nömrəli əmri ilə qərəzli şəkildə xitam verildiyini, həmin maddələrin onunla heç bir əlaqəsi olmadığını, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə işdən xaric edilməsinin nəzərdə tutulduğunu, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyini, rəhbə rliyin onu qanunsuz olaraq işdən azad etdiyini, işdən çıxarıldıqdan sonra dəfələrlə əmək kitabçasını istədiyini, lakin 6 ay keçdikdən sonra əmək kitabçasını verməklə digər tələb etdiyi sənədlərin verilməsindən qəti olaraq imtina edildiyini, həm bu səbəbdən, həm də Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbərliyi vasitəsilə Mədəniyyət Nazirliyinin aparat rəhbəri ona hədə-qorxu gəldiyindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilmədiyini, lakin Naxçıvan Muxtar Respublikasında rəhbərlik dəyişəndən sonra rəsmi şəkildə müraciət etdiyi üçün ona məhkəməyə müraciət etməyi tövsiyə olunduğunu, X3 müraciət etdiyini, heç bir müsbət nəticə alınmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunduğunu bildirərək işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan Muxtar Respub likası Mədəniyyət Nazirliyinin Dövlət Filarmoniyasının 03 iyun 2019-cu il tarixli, 127 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan X4 Həmkarlar Təşkilatı iclasının 22 may 2019-cu il tarixli 1 nömrəli protokolundan aydın olur ki, təşkilatın üzvü İddiaçı öhdəliyində olan kompüter avadanlığına müvafiq yoxlama komissiyası tərəfindən baxış keçirilərkən “Naxçıvanda daha bir özbaşınalıq” adlı dövlətçilik əlehinə olan videoya baxdığı aşkar edilmişdir. Komputerdən təyinatı üzrə istifadə olunmaması, xüsusilə də muxtar respublikada görülən işlərə kölgə salacaq videoya baxılmışdır. X4 rəhbərliyinin müraciəti nəzərə alınaraq Həmkarlar Təşkilatının üzvü baş mühasib İddiaçı e tdiyi hərəkətlə işlədiyi müəssisənin və həmkarlar təşkilatının nüfuzuna zərər verdiyi üçün onun sərt şəkildə cəzalandırılmasına etiraz edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli izahatın surətindən aydın olur ki, İddiaçı izahat yazaraq xx.xx.2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin nümayəndələri tərəfindən onun istifadə etdiyi komputerin internet yaddaşında Youtube-da yayımlanan “Naxçıvanda daha bir hadisə” adlı video aşkarlanmışdır. Bu videoya baxmadığını və kim tərəfindən nə vaxt baxıldığı haqqında məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı 01 aprel 2019-cu il tarixdə 68 nömrəli əmrlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi X4na mühasibatlıq üz rə baş mühasib vəzifəsinə təyin edilmiş, 03 iyun 2019-cu il tarixdə X1 22 may 2019-cu il tarixli 119/a nömrəli təqdimatı nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə uyğun olaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə 127 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilərək vəzifədən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin 03 iyun 2019-cu il tarixli 127 nömrəli əmri ilə X1 22 may 2019-cu il tarixli 119/a nömrəli təqdimatı nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərək vəzifədən azad edilmişdir. Kollegiya apellyasiya şikayətində göstərilmiş həmkarlar ittifa qının üzvü olmağına baxmayaraq iclasın keçirilməsi barədə ona heç bir məlumat verilməməsi və onun iştirakı olmadan qərar qəbul edilməsi, onun keçmiş rəhbərliyə dəfələrlə müraciətinə baxmayaraq onu arxayın edərək “bu işlə məşğul olacaqlar” deyilməsi, ancaq heç bir nəticəsinin olmaması, əmək kitabçasını işdən azad olunduqdan 1 il 6 ay sonra vermələri, əmrin surətinin ona verilməməsinin hüquqlarının kobud şəkildə pozulmasına dəlalət etməsi, işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsassız istinad edərək onun hüquqlarını kobud şəkildə pozması, nəticədə uzun müddət işsiz qalması, hətta cavabdeh təşkilatın onu məhkəmə dövründə yenidən müqavilə ilə işə götürməyi təklif etməsi, onun isə hüquqlarını məhdudlaşdıran məhz həmin maddənin ləğv edilməsini tələb edərək həmin təkliflə ra zılaşmaması ilə əlaqədar dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294.2-ci maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 294.4-cü maddəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməy ə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını kifayət qədər araşdırıb apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərində göstərilmiş hallara münasibətdə iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndi, həmin Məcəllənin 80-ci maddəsinin və “Həmkarlar İttifaqları haqqında” Qanunun 20-ci maddəsinin tələblərinə əməl olunmamasına düzgün olaraq tənqidi yanaşaraq əsaslandırmaqla hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-c ü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında güstərilmişdir ki, iddia müddəti i nstitutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin mə qsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iş vərəqə 94-də olan xx.xx.2023cü il tarixli ərizəsində göstərmişdir ki, iddia müddətinin bitməsi barədə Mədəniyyət Nazirliyinin etirazı ilə əlaqə dar bildirmişdir ki, iddia müddətini ona görə buraxmışdır ki, əmək kitabçasını 2020-ci ilin noyabr ayında almışdır, dəfələrlə Ali Məclisə müraciət etmişdir, deyiblər ki, araşdırma aparacaqlar, bir az da Ali Məclisə arxayın olmuşdur. 2020-ci ildə pandemiya ilə əlaqədar Bakı şəhərində qalmışdır, gələ bilməmişdir, sonra məlum 2-ci Qarabağ müharibəsi dövründə yollar bağlı olub gələ bilməmişdir, özünün İİİ qrup əlilliyi ilə bağlı xəstəliyinin müalicəsi olub. Keçmiş rəhbərlik dövründə müraciətin xeyri olmadığı üçün iddia qaldırmamışdır. İndiki rəhbərliyə arxayın olub haqq ədalətin bərpa olunacağına ümid edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniy yətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İşin araşdırılmış halları və iddiaçının kollegiyadakı izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı X1 baş mühasibi vəzifəsindən azad olunması ilə əlaqədar cavabdehin 03 iyun 2019cu il tarixli əmrindən həmin vaxt məlumatı olmuş, bundan sonra 2019-cu ilin sentyabr ayında Bakı şəhərinə gedərək 2019-cu ilin noyabr ayında “Sirr” özəl müəssisəsində mühasib vəzifəsinə qəbul edilmiş, əmək kitabçasını 2020-ci ilin iyun ayında almış, 11 yanvar 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində mühasib vəzifəsinə qəbul edilmiş və 13 yanvar 2021-ci ildə hə min vəzifədən azad olunmuş və hazırda xx.xx.2022-ci ildən Naxçıvan şəhər Vətəndaşlara Dəfn Xidməti Bürosunda baş mühasib vəzifəsində işləyir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı əlavə olaraq izahatında və apellyasiya şikayətində işdən azad edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə dəvət olunaraq onunla söhbət aparılmaqla müqavilə əsasında yenidən işə qəbul olunması təklif olunsa da, o bu təklifi qəbul etməkdən imtina etdiyini və 03 iyun 2019-cu il tarixli əmrin ləğv olunmasını tələb etdiyini bildirmişdir. Yəni, işin məhkəmədə araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı qanunun yuxarıda sadalanan normasında müəyyən olunmuş üzürlü səbəblər olmadan 2 il 8 aydan artıq müddətdən sonra məhkəməyə müraciət etmiş və işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddia müddətinin keçməsi nəticəsinə gəlmişdir. Ona görə də apelyasiya şikayətində göstərilənlər buraxılmış müddətin bərpa olunması və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 217.4-cü maddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neqauti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Süb ut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3 -cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə a id edilən bütün sübutlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərinə məcmu halında qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Аzərbаycаn Rеspublikаsı MPM-in 382, 384.0.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı mаddələrini rəhbər tutaraq kollegiya qətеtdi: İddiaçı аpеllyаsiyа şikаyəti təmin еdilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(078)-443/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qət namədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-92/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-92/2023
05.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver