Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-92/2024 25.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X6 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, ərizəçi X5 və maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 nümayəndəsi X1 iştirakları ilə, ərizəçi X5 “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi X12 ərizə ilə məhkəməyə müraciət edərək, heç bir ölkənin vətəndaşı olmama faktının müəyy ən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, xx.xx.1979-cu il təvəllüdlü X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ərizəçi X9 aid edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)110/2024 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəb ul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə hüququn tətbiqində səhvə yol vermişdir. Belə ki, X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması araşdırılmamışdır. Mülki Prosessual Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlav ə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə araşdırması natamam aparılmış və şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını əsaslandırmaq üçün hər hansı sənəd tələb edilməmiş və ya müvafiq sorğu göndərilməmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-110/2024 saylı qətnaməsində şəxsin doğulduğu ölkənin vətəndaşlığına mənsub olmaması ilə bağlı Azərbaycan Respublikasında yerləşən diplomatik nümayəndəliyindən müvafiq sənədlə bağlı qeydlər aparılmamışdır. Apellyator sonda apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-110/2024 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin t əmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətinin hüquqi əsası kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 14-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci, 310.2-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən ərizəçi X13 Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən maraqlı şə xs Azərbaycan Respublikası Maraqlı şəxs1 nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)110/2024 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsası nda mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin M əcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzər də tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilərək ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 verdiyi şikayətinin dəlillərində “...birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə hüququn tətbiqində səhvə yol verdiyini, X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmamasının məhkəmə tərəfindən araşdırılmadığını, Mülki Prosessual Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli olduğunu, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlərin (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışının və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədin əlavə edilməli olduğunu, həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakının məcburi olduğunu, məhkəmə araşdırmasının natamam aparıldığını və şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktını əsaslandırmaq üçün hər hansı sənəd tələb edilmədiyini və ya müvafiq sorğu göndərilmədiyini, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-110/2024 saylı qətnaməsində şəxsin doğulduğu ölkənin vətəndaşlığına mənsub olmaması ilə bağlı Azərbaycan Respublikasında yerləşən diplomatik nümayəndəliyindən müvafiq sənədlə bağlı qeydlər aparılmadığını...” bildirmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək dəlillərin qismən əsaslı olduğu qənaətinə gəlir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq gəlinmiş nəticəni əsassız hesab edir. Belə ki, kollegiya tərəfindən apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materialları araşdırılarkən məlum olmuşdur ki, ərizəçi X12 ərizə ilə məhkəməyə müraciət edərkən, heç bir ölkən in vətəndaşı olmama faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə yuxarıda qeyd olunan məzmunda qətnamə qəbul olunmuşdur. İddia ərizəsinə ərizəçi tərəfindən əlavə olunmuş: - Abxaz Respublikası Tkvarçili VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli AB № 003560 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X12 xx.xx.1979-cu il tarixdə Abxaz MSSR, Tkvarçili şəhərində doğulmuşdur; - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 177 nömrəli arayışa əsasən, X12 həqiqətən də 1995-ci ildən Şərur rayon Yengicə kəndində yaşayır; - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, xx.xx.2001ci il təvəllüdlü X3 atası X10, anası isə X8r; - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 474423 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, xx.xx.2004-cü il təvəllüdlü X4 atası X10, anası isə X8r. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X11 xx.xx.2014-cü il tarixdə Şərur rayon Yengicə kəndində serebral iflic səbəbindən ölmüşdür. - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-788/2023 saylı qətnaməsindən görünür ki, ərizəçi X5 1995-ci ildən daimi olaraq Şərur rayon Yengicə kəndinin ərazisində yaşaması faktı müəyyən edilməsi qət edilmişdir. - Naxçıvan MR Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli ******* nömrəli Qərarından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X5 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədl ərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edi lməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması ilə bağlı tədqiq olunmuş iş materiallarından aydın olur ki, X12 xx.xx.1979-cu il tarixdə Abxaz MSSR, Tkvarçili şəhərində anadan olmuşdur. Lakin ərizəçi ərizədə Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəblərini göstərməmiş, həmin ərizəyə doğulduğu (Abxaz MSSR, Tkvarçili şəhəri) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin ərizədə Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəblərini göstərmədiyinə, həmin ərizəyə doğulduğu (Abxaz MSSR, Tkvarçili şəhəri) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə etmədiyinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin əvvəlki mənsubiyyəti araşdırılmamış, ərizəçinin doğulduğu ölkənin vətəndaşı olub-olmamasını müəyyən etmək üçün müvafiq ölkənin Azərbaycan Respublikası ərazisində yerləşən diplomatik nümayəndəliyinə sorğu verilməmişdir. Həmçinin ərizəçi ərizədə heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu qeyd etməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 12.1-ci bəndində qeyd olunur ki, “bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Kollegiya yuxarıda qeyd olunan normaların tələbləri baxımından qeyd edir ki, ərizəçi arzuladığı faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət edərkən yuxarıda göstərilən qanunvericiliyin imperativ normalarına əməl etməmiş, son nəticədə ərizənin təmin edilməsi haqqında qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllən in 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə sadalanan əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, ərizəçi X5 “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.5-ci maddəsinə uyğun olaraq, ərizə baxılmamış saxlanıldığından ərizəçi X12 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 04 dekabr 2023-cü il tarixdə 26451 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 263, 264, 384.0.5, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərarverdi: Ərizəçi X5 “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-110/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin. Ərizə baxılmamış saxlanılsın. Ərizəçi X12 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 04 dekabr 2023-cü il tarixdə 26451 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan k
Məhkəmə qərarları › İş №2(108)-92/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-92/2024
25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver