Məhkəmə qərarları › İş №2(108)-93/2024

Ali Məhkəmə Qərardad — İş №2(108)-93/2024

24.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-93/2024 24.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçılar X2, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzində Birinci Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 tərəfindən verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müə yyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçılar X2, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan Regional “ASAN XİDMƏT" Mərkəzində Birinci Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi X3 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməmişdir. İşin halları: İddiaçılar X3, İddiaçı2 və Bədəlova X6 Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan “ASAN XİDMƏT” Mərkəzinin notariat ofisinin 22 noyabr 2023-cü il tarixli, 848/2023 saylı məktubunun əsassız sayılması, İddiaçı1 və İddiaçı2 X4 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka dair qanunl a müəyyən olunmuş müddət daxilində miras əmlakın qəbuluna dair ərizələr nəzərə alınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh notariat ofisinin üzərinə qoyulması və İddiaçı3 X4 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka dair mirasın qəbulu faktının təsdiq olunması və miras əmlakda payların (faktiki qəbul və notariat ərizələr nəzərə alınmaqla) müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi X3 və iddiaçıların vəkili Vəkil məhkəmənin 08 dek abr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını, iddia ərizəsinin icraata qəbul edilməsi və iddia ərizəsinin məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X2 və iddiaçıların vəkili Vəkil 24 yanvar 2024-cü ildə məhkəməyə daxil olmuş Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından verdikləri şikayətləri Azərbaycan Respublikası MPM-in 363.1.5-ci maddəsində göstərilən əsasla ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi X3 və iddiaçıların vəkili Vəkil 17 yanvar 2024-cü il tarixli şikayətləri ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadının ləğv olunmaqla şikayətin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X2 və iddiaçıların vəkili Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadından verdiyi şikayətin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi X3 09 mart 2024-cü il tarixdə şikayət verərək (iddia ərizəsinin qəbul edilməsindən imtina barədə) 14 dekabr 2023 -cü il tarixli 2(078)-1799/2023 saylı qərardadın ləğv olunmaqla iddia ərizəsinin icraata qəbul edilməsi və iddia ərizəsinin məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X2 verdiyi şikayətə baxılmaqla MPM-in 363.1.3-cü maddəsində göstərilən əsasla şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Şikayətin dəlilləri: İddiaçı və digər iddiaçıların nümayəndəsi X3 29 mart 2024-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1799/2023 saylı qərardadının (şikayətin geri qaytarılması barədə) ləğv olunmasını və şikayət in icraata qəbul edilməklə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. 29 mart 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsində şikayətə baxılaraq şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi X3 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsində iddiaçılar İddiaçı3, İddiaçı2 və o Bədəlova (Babayeva) Gülnar Cavanşir qızı (digər iki iddiaçının adından iddia ərizəsini X3 imzalamışdır) cavabdehlər Naxçıvan Regional “ASAN XDİMƏT” Mərkəzində birinci notariat ofisi və Cavabdeh2 qarşı“ qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, mirasın faktiki qəbulu və mi ras əmlakda payların müəyyən olunması” tələbinə dair iddia qaldırmış, lakin Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-1799/2023 saylı qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Məhz bu məhkəmə qərardadından Naxçıvan Şəhər Məhkəməsinə ilk olaraq kağız daşıyıcıda şikayət vermiş, məhkəmə şikayətin elektron qaydada verilməli olduğunu əsas gətirərək şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmış, həmin qərardaddan tərəflərindən şikayət verilərək bu tipli qərardadların elektron deyil, kağız daşıyıcıda verilə bilmə imkanının olduğunu qeyd etmiş, lakin məhkəmə yenə də şikayəti təmin etməmiş, iddia ərizəsini ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarmışdır. Sonradan isə tərəflərindən ilk qərardaddan elektron qaydada şikayət verilmiş, lakin məhkəmə bu dəfə də şikayəti geri qaytarmışdır, ona görə ki, şikayət müddət daxilində verilməmiş, şikayətə müddətin buraxılmasının üzrlü hesab olunmasına dair vəsatət əlavə edilməmişdir. Bununla qəti şəkildə razılaşmırlar, ona görə ki, yuxarıda qeyd olunduğu kimi şikayət qanunla müəyyən olunmuş müddət daxilində verilmiş, lakin elektron qaydada verilmədiyindən məhkəmə şikayəti geri qaytarmışdır. Əslində prosessual baxımdan qanunla müəyyən olunmuş müddət daxilində hərəkət edilmiş, lakin məhkəmə bu şikayəti geri qaytarmış, nəhayətində şikayət elektron qaydada verildikdə isə artıq bu müddətdən xeyli vaxt zaman baxımından ötürülmüşdür. Yuxarıda qeyd etdiyi kimi əslində şikayət qanunla müəyyən olunmuş müddət daxilində verilmişdir. Yəni tərəf ilk olaraq şikayətin müəyyən olunmuş müddət da xilində verilməsi imkanından istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun AR MPM-in 405-ci maddəsinin şərh edilməsinə dair 27 fevral 2024-cü il tarixli qərarı çıxmışdır. Həmin qərardad kassasiya şikayətinin verilmə müddətinin buraxılması hallarından söhbət getsə də, hesab edir ki, bu mövqe digər şikayətlərə də şamil oluna bilər. Hətta müvafiq qərarda şikayət verildiyi halda müddət axımının (şikayətin verilmə müddəti) dayandırılması imkanları da istisna olunmur. Yaxud konkret olaraq müvafiq qərarda qeyd olunur ki, əgər şikayət qanunla müəyyən olunmuş müddət daxilində verilmiş, lakin müəyyən səbəblərdən geri qaytarılmışsa, hakim yenidən şikayət verilə bilməsi üçün konkret olaraq gün müəyyən etməli, bunun üçün ayrıca qərardad qəbul etməlidir. Bu müvafiq qərarda dda göstərilən hüquqi mövqedir ki, bu qərar nəinki kassasiya şikayətlərinə, oxşar hüquqi mövqe şikayət verilə bilən bütün qətnamə və qərardadlara da aid edilə bilər. Məhz bu baxımdan hesab edirlər ki, bu qərardada münasibətdə də işə baxan birinci instansiya məhkəməsi müvafiq plenum qərarını nəzərə almalı, şikayətin verilmə müddətinə formal yanaşmamalı, əslində qərardadın qanunla müəyyən olunmuş müddətdə mübahisələndirildiyini, lakin şikayətin elektron qaydada deyil, kağız daşıyıcıda verildiyini nəzərə almalı olmalı olduğu halda bunu nəzərə almamasını məhkəmənin diqqətinə çatdırırlar. Plenum qərarı: “Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir”. “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır”. “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikd ən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzrlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır”. Yuxarıda istinad olunan plenum qərarından da aydın olduğu kimi məsələ təkcə kassasiya şikayətləri ilə bağlı olan müddətlərdən yox, ümumiyyətlə bu tipli qətnamə və qərardadlardan verilə bilən apellyasiya və kassasiya şikayətlərindən gedir. Yəni burada da müvafiq qərardad qanunla müəyyən olunmuş müddətdə mübahisələndirilmiş, lakin məhkəmə həmin şikayəti elektron verilmədiyi üçün geri qaytarmışdır. Lakin tərəf ikinci dəfə qeyd edilən qərardadı mübahisələndirdiyi halda isə artıq Məcəllədə qeyd olunan 10 günlük formal müddəti buraxmış olur və bu halda da artıq qərardadı mübahisələndirmək hüququndan məhrum olmuş olur. Bu isə tərəfin məhkəməyə müra ciət etmək, məhkəmə müdafiəsi hüququ kimi konstitusion hüquqlarını təhlükə altına atmış olur. Məhkəmələr işə formallıqla yanaşaraq müddətin buraxıldığını qeyd edir, eyni zamanda işin mahiyyətinə varmadan, əslində qeyd edilən qərardaddan qanunla mübahisələndirildiyini nəzərə almadan qərarlar qəbul etmiş olurlar. Qeyd edilən hüquqlar isə formal olaraq kağızda qalmış olur və bunun nəticəsində də vətəndaşın hüquqları kobud şəkildə pozulmuş olur. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkə mənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi ha llarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı rəsmi qaydada Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsində müəyyən olunmuş qaydada “Poçt haqqında” Azərbaycan Re spublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə iddiaçılara və onların vəkilinə göndərilmiş və sözügedən məhkəmə aktı 17 dekabr 2023-cü il tarixdə iddiaçıların vəkili Vəkil və 18 yanvar 2023-cü ildə iddiaçılar X3, İddiaçı2 və İddiaçı3 tərəfindən sifarişli poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə qəbul etmişlər. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı və digər iddiaçıların nümayəndəsi X3 və iddiaçıların vəkili Vəkil məhkəmənin 08 dekabr 2024-cü il tarixli qərardadı ilə razılaşmayaraq həmin qərardaddan 24 yanvar 2024-cü ildə məhkəməyə şikayət vermiş həmin şikayətə baxılaraq məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı Gülnar Bədəlova və iddiaçıların vəkili Vəkil iddia ərizəsi nin qəbul edilməsindən imtina edilməsinə dair qərardaddan verdikləri şikayətin geri qaytarılması ilə əlaqədar məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadından verdikləri 19 fevral 2024cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuş şikayətlərində həmin qərardadın ləğv olunmaqla şikayətin icraata qəbul edilməklə baxılmasını xahiş etmişlər. Şikayətə baxılaraq Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi X2 və iddiaçıların vəkili Vəkil Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(078)1799/2023 nömrəli qərardadından verdiyi şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardad xx.xx.2024-cü il tarixdə, saat 16:56-da iddiaçıların vəkili Vəkil elektron ka binetinə yerləşdirilmiş, 01 mart 2024-cü ildə isə iddiaçı G.Bədəlova məhkəmənin sifarişli poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməklə qərardadın surətini qəbul etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı və digər iddiaçıların nümayəndəsi X3 09 mart 2024-cü ildə şikayətlə məhkəməyə müraciət edərək məhkəmənin 14 dekabr 2023-cü il tarixli 2(078)-1799/2023 nömrəli qərardadının (iddia ərizəsinin qəbul edilməsindən imtina barədə) ləğv olunmaqla iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Həmin şikayətə baxılmaqla məhkəmənin 13 mart 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsində göstərilən əsasla geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə şikayətdə göstərilən ləğv edilməsi xahiş olunan 14 dekabr 2023-cü il tarixli məhkəmə qərardad mövcud deyil. İddiaçının şikayətində göstərdiyi həmin tarix 08 dekabr 2023-cü il tarixli qərardadın surətinin tərəflərə göndərilməsinə dair məktubun tarixidir. Kollegiya iddiaçı və digər iddiaçıların nümayəndəsi X2 və iddiaçıların vəkili Vəkil şikayətlərində göstərdikləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 405-ci maddəsinin şərh edilməsinə dair 27 fevral 2024-cü il tarixli qərarında göstərilənlərə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşin araşdırılmış hallarından da göründüyü kimi şikayət vermiş şəxslər tərəfindən qanunun sadalanan normalarının tələblərinə əməl olunmamışdır. Ona görə də kollegiya qeyd olunanlara əsasən iddiaçı və digər iddiaçıların nümayəndəsi X2 şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. Kollegiya işin şərh olunmuş halları, iddiaçı və digər iddiaçıların nümayəndəsi Gülnar Bədəlovanın şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsi X2 ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, iddiaçı və digər iddiaçıların nümayəndəsi X2 şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 395.1.1, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı və digər iddiaçıların nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)-1799/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar