Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-94/2023 17.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X7 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X11 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsə kimi Naxçıvan Muxtar Respublikası ü nvan 1 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin o lunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, atası X8 xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur şəhərində vəfat etmişdir. Mərhum atası X4 vəfatından sonra onun mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, Həzi Aslanov 2 ünvanında 0.1268 ha torpaq sahəsi üzərində yerləşən 54.70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi miras qalmışdır. Atasından qalmış həmin miras əmlakı iddiaçının xx.xx.1988-ci il tarixdə atası vəfat edəndən sonra faktiki olaraq vərəsə kimi qəbul etdiyini və həmin evdə ailəsi ilə birgə yaşayaraq əmlakı idarə etməyə başladığını və bu gün də idarə etdiyini bildirmişdir. Məhkəmədə şahid, 1969cu il təvəllüdl ü X14 və şahid 1956-cı il təvəllüdlü X31 oxşar ifadə verərək miras qalmış əmlakın faktiki olaraq 1988-ci ilin mart ayından, yəni miras qoyan mərhum atası X4 ölümündən sonra onun (iddiaçı) tərəfindən qəbul edildiyini və ailəsi ilə birgə həmin miras əmlakda yaşadığını, miras əmlakda təsərrüfat işlərinin onun tərəfindən aparıldığını bildirmişdir. Qardaşı X1 Respublikasında vermiş olduğu ərizədə bildirmişdir ki, miras əmlakdan ona çatası paydan iddiaçının xeyrinə imtina etmişdir. Belə olan halda məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız olaraq qətnamə qəbul etmişdir. Belə ki, mübahisələndirdiyi qətnamədə məhkəmə qeyd edir ki, İddiaçı həmin əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Halbuki, o, dəfələrlə məhkəməyə miras əmlakı hələ 1988-ci ilin martından qəbul etdiyini bildirmiş, məhz birinci instansiya məhkəməsi belə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanuni olduğundan iddiaçı haqsız olaraq məhkəməyə müraciət etmişdir. Buna əsas kimi iş materiallarında olan sübutlara yox, məhz öz mülahizəsinə istinad etmişdir. Göründüyü kimi iş materiallarında yer alan mübahisələndirdiyi qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə yox, iddia tələbinin tam təmin edilməsinə əsasdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi sübutların faktların mü əyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Sonda birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmədiyini, maddi və prosessuаl hüquq normalarının tətbiqində səhvə yol verildiyini, bütün bunların isə mübahisələndirdiyi qətnamənin tam ləğv edilməsinə əsas olduğunu göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilərək Şərur Rayon Məhkəməsinin 2(110)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini tamamilə ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1146, 1151, 1159, 1243, 1246, 1262, 1263, 1273-1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 218, 357, 362-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı nümayəndəsi Nümayəndə iddiaçının qətnamədən narazı qaldığını, məhkəmənin birtərəfli mövqe tutduğunu, birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən mirasın faktiki qəbulu ilə bağlı yalnız şahid ifadələrinə istinad etdiyini, onların ifadələri arasında heç bir ziddiyyət olmadığı halda məhkəmənin şahidlərə iddiaçının anasının orda hansı ildə yaşaması sualını verdiyini, şahidlərin də təxminən 1990-cı illərdə cavabın ı verdiklərini, məhkəmənin şahid ifadələri arasında ziddiyyət olduğunu hesab edərək onları qəbul etmədiyini, halbuki şahidlərin ifadə verərkən mərhumdan qalan miras əmlakını faktiki neçənci ildə qəbul edildiyini təsdiq etdiklərini, mərhum öləndən sonra orada kimin yaşadığını göstərdiklərini, iddiaçının qardaşı Abdullayev Ağəlinin məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iştirak etdiyi halda qətnamədə onun şahid qismində göstərildiyini, məhkəmənin yalnız Ağəlinin izahatlarını üstün tutaraq qətnamədə iddiaçının atası rəhmətə gedəndən sonra Sumqayıt şəhərinə gələrək orada yaşayıb işlədiyini, atasının dəfnindən sonra yenidən qayıtmasını deməsi ilə iddiaçının orda uzun müddət yaşamasının ağlabatan olmaması qənaətinə gəldiyini, halbuki iddiaçının Sumqayıt şəhərində 2012-ci ildə n yaşadığını, onların əmisi Abbasın rəhmətə getməmişdən qabaq onunla miras məsələsini həll etmələri barədə danışdıqlarını, Abbasın həyat yoldaşından faktiki 2 il ayrı yaşadığını, həmin evdə tək yaşadığını, arvadının Şahtaxtı kəndində yaşadığını, 2021-ci ildə Həşimin adına əmlakı rəsmiləşdirdiklərini, çıxarış aldıqlarını, məhkəmədə qaldırdığı iddianın rədd olunduğunu, iddiaçının Həşimin dünyasını dəyişəndən sonra Şərura gəldiyini, yas mərasimindən sonra hərbiçi olduğundan iş yerinə qayıtdığını, babası Həşimin rəhmətə gedəndən sonra nənəsı Bulqeysin həmin əmlakda yaşadığını, Abbasın da anası Bulqeyisin yanında yaşadığını, izahatında əvvəlcə atasının həmin əmlakda 19992002-ci illərdə yaşadığını, 2002-ci ildə 2-ci dəfə ailə qurub Sumqayıta köçdüyünü dediyini, sonra isə bu hissədə izahatını dəy işərək atasının 1989-cu ildən hərbidən çıxdığını, 1992-ci ildə Qarabağa getdiyini, 1996-cı ilədək atası Həşimin evində yaşadığı barədə ziddiyyətli izahat verdiyini, Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında Həşimin oğlu Abdullayev Abbasın arvadı olduğunu, Abbasla ailə qurduqdan sonra Şərur şəhəri Həzi Aslanov küçəsində Abbasın yaşadığı ata evinə gəlin köçdüyünü, orada yaşadıqlarını, nikahlarından iki uşaqları Bulqeyis və Həşimin doğulduğunu, qayınanası Bulqeyis vəfat etdikdən sonra orada yaş amağa davam etdiklərini, evə aid olan bütün ödənişlərin Abbas tərəfindən ödənildiyini, Abbas vəfat etdikdən sonra uşaqları ilə həmin evdə yaşamağa davam etdiyini, Abbas ölməmişdən əvvəl 5-6 ay ayrı yaşadıqlarını, hazırda ev qəzalı vəziyyətdə olduğu üçün uşaqları ilə evdən çıxdıqlarını və Şahtaxtı kəndinə gedib, hal-hazırda orada yaşadıqlarını bildirdi. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahatında Həşimin birinci arvadından olan oğlu olduğunu, 1949-cu ildə anasının onu atasının yanında qoyaraq getdiyini, sonradan atasının Bulqeyislə evləndiyini, onu Bulqeyisin böyütdüyünü, 1965-ci ildə hərbi xidmətə getdiyini, 1968-ci ildə qayıtdığını, atasının evində yaşamağa başladığını, 1970-ci ildə ailə qurduğunu və Şahtaxtı kəndində başqa evə köçdüyünü, bu günə qədər orada yaşadığını, 1988-ci ildə atası vəfat edəndə Rübabə adlı qadınla evli olduğunu, Bulqeyisdən rəsmi qaydada olmasa da faktiki ayrıldığını, Bulqeyisin oğlu Abbasın ailəsi ilə Şəki şəhərinə gedərək orada yaşadığını, həmin vaxt Məhəmmədəlinin hərbi qulluqçu olduğunu, Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, atasının vəfatı barədə Məhəmmədəliyə və Abbasa xəbər verdiyini, Məhəmmədəlinin yas mərasiminin 3-cü günü gəldiyini, atasının vəfatından sonra Məhəmmədəlinin Sumqayıta qayıtdığını, həmin evdə əvvəlcə Bulqeyisin, sonra Abbasın yaşamağa başladığını, daha Şəki şəhərinə qayıtmadıqlarını, atasının yas mərasimindən sonra nə özünün, nə də Məhəmmədəlinin həmin evdə yaşamadıqlarını, orada hər hansı bir təsərrüfat işi aparmadı qlarını, özünün yaşayış yerinin Şahtaxtı kəndində olduğunu, mirasın qəbulu ilə bağlı notariusa müraciət etmədiyini, Bulqeyis rəhmətə gedəndən sonra həmin evdə Abbasın və ailəsinin yaşadığını, Məhəmmədəlinin yalan yazdıqlarını, Məhəmmədəlinin yas mərasimindən sonra bir gün də olsun atasının evində yaşamadığını, onun təqribən 1999-2001–ci illərdə rayona qayıdaraq orada işlədiyini, lakin həmin vaxt atasınını evində yox, kirayə ev tutub qaldığını, həmin evin harada olduğunu bu gün də göstərə biləcəyini, Həşimin birinci arvadından olan oğlu olduğundan onun da Həşimin vərəsəsi olduğunu, Məhəmmədəliyə pay verilərsə, ona da payın verilməli olduğunu, Məhəmmədəli paydan imtina etdiyi halda, onun da Abbasın iki uşağının xeyrinə ona düşən paydan imtina edəcəyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş d əlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməmə li, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi X6 məxsus olmuşdur. -Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 333247 nömrəli və xx.xx.2022-ci il tarixli AZ-İ №871625 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan görünür ki, X12 xx.xx.2009-cu il tarixdə, X16 isə xx.xx.2022-ci il tarixdə ölmüşlər. -Şərur şəhər İƏDN-in xx.xx.2023-cü il tarixli 110 nömrəli arayışından görünür ki, X8 vəfat edəndən sonra vərəsələri X12, X16, X15, İddiaçı, X13 qalmışdır. - xx.xx.2020-ci il tarixli Cavabdehnə verilmiş ərizədən görünür ki, İddiaçı X3 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. - Cavabdeh xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi X6 məxsus olmuşdur. Şərur şəhər İƏDN-in xx.xx.2023-cü il tarixli 110 nömrəli arayışından görünür ki, X8 vəfat edəndən sonra onun X12, X16, X15, İddiaçı, X13 vərəsələri qalmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı ilə X3 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı bundan sonra mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi nəticəsinə gəlmişdir. Kollegiya mülki işin mübahisəsiz hallarını müəyyən etməklə bərabər eyni zamanda qeyd edir ki, işin mübahi səli halları iş üzrə İddiaçı iddia tələbində qeyd etdiyi kimi, mərhum atası X4 ölümündən sonra miras qalmış Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsə kimi Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanında yerləşən 54.70 kv.m. ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin atasının ölümündən sonra faktiki olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni iddia tələbinin rədd olunması ilə razılaşır və nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vll hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər. Həmin M əcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəb ul etməsinə dəlalət edir. Yuxarıda da qeyd olunan maddələrin məzmunundan və qərarlardan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur.
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakını lazımı vəziyyətdə saxlamaq, təmir e tmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Yuxarıda qeyd olunan hüquq normalarını və iş materiallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...mərhum atası X8 xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur şəhərində vəfat etmişdir. Mərhum atası X4 vəfatından sonra onun mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, Həzi Aslanov 2 ünvanında ümumi 0.1268 ha torpaq sahəsi üzərində yerləşən 54.70 kv.m. ümumi sahədən ibarət olan fərdi yaşayış evi miras qalmışdı r. Atasından qalmış həmin miras əmlakı özü xx.xx.1988-ci il tarixdə atası vəfat edəndən sonra faktiki olaraq vərəsə kimi qəbul etdiyini və həmin evdə ailəsi ilə birgə yaşayaraq əmlakı idarə etməyə başladığını və bu gün də idarə etdiyini bildirmişdir. Məhkəmədə şahid, 1969-cu il təvəllüdlü X14 və şahid 1956-cı il təvəllüdlü X31 oxşar ifadə verərək miras qalmış əmlakı faktiki olaraq 1988-ci ilin mart ayından, yəni miras qoyan mərhum atası X4 ölümündən sonra onun tərəfindən qəbul edildiyini və ailəsi ilə birgə həmin miras əmlakda yaşadığını, miras əmlakda təssərrüfat işlərinin onun tərəfindən aparıldığını bildirmişdir. Qardaşı X1 Respublikasında vermiş olduğu ərizədə bildirmişdir ki, miras əmlakdan ona çatası paydan iddiaçının xeyrinə imtina etmişdir. Belə olan halda məhkəmə qətnamə qəbul edə rkən qeyd olunan halları nəzərə almamış və əsassız olaraq qətnamə qəbul etmiş, belə ki, mübahisələndirdiyi qətnamədə məhkəmə qeyd edir ki, İddiaçı həmin əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Halbuki, o, dəfələrlə məhkəməyə miras əmlakı hələ 1988-ci ilin martından qəbul etdiyini, məhz belə səhv nəticəyə birinci instansiya məhkəməsinin gəldiyini, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanuni olduğundan iddiaçı haqsız olaraq məhkəməyə müraciət etmiş, buna əsas kimi iş materiallarında olan sübutlara yox məhz öz mülahizəsinə istinad etmişdir” göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya şikayətində yuxarıda göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, mübahisənin mübahisəli halları ilə bağlı apellyasiya icraatı zamanı tədqiq olunan iş materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından mərhum X4 ölümündən sonra ona münasibətdə miras qalmış Şərur şəhəri, Həzi Aslanov 2 ünvanında ümumi 0.1268 ha torpaq sahəsi üzərində yerləşən 54.70 kv.m. ümumi sahədən ibarət olan fərdi yaşayış evi hər hansı əsasla İddiaçı tərəfindən qəbul olunması, eyni zamanda mərhum X8 tərəfindən adıçəkilən miras əmlaka dair vəsiyyətnamənin qoyulması halı müəyyən olunmamışdır. İş üzrə iddiaçı istər iddia ərizəsində, istərsə də verilmiş apellyasiya şikayətində mərhum X3 miras qalmış adıçəkilən əmlakı qəbul etdiyini iddia etsə də, məhkəməyə təqdim etdiyi Cavabdehnə verdiyi xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddəti buraxmış və belə olan halda da haqlı olaraq Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, göstərilən maddənin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İş üzrə İddiaçı iddia ərizəsində göstərdiyi sözügedən fərdi yaşayış evini vərəsə kimi faktiki olaraq qəbul etdiyini, istədiyi zaman müraciət edərək vərəsəlik şəhadətnaməsi ala biləcəyini qeyd etsə də, kollegiya mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məsələyə münasibət bil dirilməsinin hazırki baxılan tələb çərçivəsində mümkünsüzlüyünü iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir. Miras əmlakın faktiki olaraq İddiaçı tərəfindən qəbul olunmasına gəlincə, ilk növbədə qeyd olunmalıdır ki, yuxarıda da qeyd olunduğu kimi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi X6 məxsus olmuşdur. İddiaçının nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin verdiyi izahatlardan, birinci instansiya məhkəməsində işə baxılarkən dindirilən şahid ifadələrindən və digər iş materiallarından aydın olur ki, İddiaçı mərhum atası X4 xx.xx.1988-ci il tarixdə ölümündən sonra onun yas mərasimində iştirak etmiş, atasının ölümündən keçən vaxt ərzində, ümumiyyətlə, ondan miras qaldığını iddia etdiyi əmlakdan istifadə və ona sahiblik etməmiş, yuxarıda da qeyd olunduğu kimi, öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmiş, miras əmlakı lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, siğorta haqqı və digər ödənişlər vermək kimi addımlar atmamışdır. Yəni konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini göstərməmişdir. İstər birinci instansiya məhkəməsində icraat zamanı, istərsə də kollegiyada apellyasiya şikayətinə baxılması zamanı dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 atası rəhmətə g edəndə qardaşı Məhəmmədəlinin Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, hərbi qulluqçu olduğunu, ona atasının ölüm xəbərini verdiyini, Məhəmmədəlinin yasın 3-ü günü gəlib yas mərasimində iştirak etdikdən sonra işi ilə əlaqədar geri qayıtdığını, yas mərasimindən sonra Məhəmmədəlinin bir gün də olsun atasının evində yaşamadığını, onun təqribən 19992001–ci illərdə rayona qayıdaraq orada işlədiyini, lakin həmin vaxt atasının evində yox kirayə ev tutub qaldığını, yasdan sonra həmin evdə əvvəlcə Bulqeyisin sonra Abbasın yaşamağa başladıqlarını, daha Şəki şəhərinə qayıtmadıqlarını, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında Abbasla ailə qurduqlarını, Şərur şəhərində Həzi Aslanov küçəsində Abbasın yaşadığı ata evinə gəlin köçdüyünü, orada ya şadıqlarını, nikahlarından iki uşaqları Bulqeyis və Həşimin doğulduğunu, qayınanası Bulqeyis vəfat etdikdən sonra orada yaşamağa davam etdiklərini, evə aid olan bütün ödənişlərin Abbas tərəfindən ödənildiyini bildirmişlər. Birinci instansiya məhkəməsində iş üzrə şahidlər X17 və X31 verdikləri izahatlarında isə miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edildiyini, orada yaşadığını, anası X5 isə 1990-cı ildən sonra həmin evə gələrək orada yaşamağını qeyd etməklə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə zidd ifadələr vermişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı atası rəhmətə gedəndən sonra anasının həmin evə köçərək onunla orada yaşadığını, mirası qəbul etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı nümayəndəsi Nümayəndə elektrik və qaz sərfiyyatına görə ödənişl ərin, həmçinin telefon və məişət tullantılarının daşınmasına dair ödənişlərin İddiaçı tərəfindən qarşılanmasını qeyd etsə də, bunu təsdiq edəcək qəbzləri və ya İddiaçı mərhum atası X8 tərəfindən miras qalmış əmlaka sahiblik və istifadə edilməsi barədə kollegiyaya heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya instansiyasında verdiyi izahatında əvvəlcə atasının həmin əmlakda 1999-2002-ci illərdə yaşadığını, 2002-ci ildə 2-ci dəfə ailə qurub Sumqayıta köçdüyünü bildirsə də, sonra isə bu hissədə izahatını dəyişərək atasının 1989-cu ildən hərbidən çıxdığını, 1992-ci ildə Qarabağa getdiyini, 1996-cı ilədək atası Həşimin evində yaşadığı barədə ziddiyyətli izahatlar vermişdir. Kollegiya qeyd edir ki, onun göstərdikləri işin araşdırılmış halları və ap ellyasiya şikayətinə baxılması zamanı dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatı ilə tam təkzib edildiyindən sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının mə zmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiy yət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə etibarlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlar la yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndiril məlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Beləliklə, kollegiya sübutların qiymətləndirilməsi ilə bağlı yuxarıda sadalanan normalara əsaslanmaqla iş üzrə İddiaçı iddia tələbində göstərdiyi faktların öz təsdiqini tapmadığı qənaətinə gəlir. Yəni tədqiq olunmuş iş materialları ilə iddiaçının mərhum atasından miras qalmış əmlakın onun tərəfindən formal və ya qeyri-formal üsullarla qəbul edilməsi müəyyən olunmamışdır. Apellyasiya şikayətində qeyd edilən “...birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etmədiyini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, müəyyən e dilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmədiyini, maddi və prosessuаl hüquq normalarının tətbiqində səhvə yol verildiyini, bütün bunların isə mübahisələndirdiyi qətnamənin tam ləğv edilməsinə əsas olması...” barədə göstərdiyi dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində bu pozuntu halları sadəcə sadalanmış konkret həmin pozuntuların nədə ifadə olunduğu göstərilməmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasın da tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Kollegiya hə mçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin maddənin məzmunundan da göründüyü kimi sözgedən qətnamənin qət etdi hissəsində qeyd olunmuş “İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin” hissədə texniki səhv kimi qiymətləndirir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)142/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi N ümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402.1, 403.1, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəf indən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsinin qət etdi hissəsində göstərilmiş “ İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin” hissəsi xaric edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.