Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1011/2023 17.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X43 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizəsində mərhum xx.xx.2015-ci ildə vəfat etmiş atam X19 və xx.xx.2009-cu ildə vəfat etmiş anam X21 miras qalmış əmlakın mənim tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, mərhum valideyinlərim atam X19 ilə anam X44 ötən əsrin ortalarında nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından 10 övladı- X56, X57 (vəfat edib), X29, X52, X30, X22, X58, X35, X31, X24 doğulduğunu, belə ki, atası X10 xx.xx.2015-ci ildə, anası X25 isə xx.xx.2009-cu ildə vəfat etdiyini, onlardan Şərur rayonu Yengicə kəndində 0.09 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 140 kv.m olan fərdi yaşayış evi miras qaldığını, belə ki, anası vəfat etdikdən sonra onun miras payı atası tərəfindən qəbul edildiyini, atası vəfat etdikdən sonra isə ümumi miras əmlak onun tərəfindən qəbul edildiyini, çünki, bacı və qardaşlarının ailə quraraq ailə təsərrüfatından ayrıldığından (el adəti üzrə) valideyinlərinin yanında onun qaldığını, eyni zamanda ailə qurduqdan sonra ailəsilə birlikdə həmin evdə yaşamaqla, valideyinlərindən qalmış mirası faktiki olaraq onun tərəfindən qəbul edildiyini, qardaşları Cavanşir və Şirməmmədin uzun müddətdir ki, Rusiya Federasiyası ərazisində yaşadıqlarını və onların miras əmlaka dair heç iddia və tələbləri olmadığını, digər bacı-qardaşlarının isə mirasdan imtina barədə notarial qaydada ərizələrinin mövcud olduğunu, hazırki vəziyyətdə valideyinlərindən miras qalmış evdə o və ailəsi yaşamaqda olduğunu, eyni zamanda bu müddət ərzində miras əmlaka baxım və quluq onun tərəfindən aparıldığını, vergi və digər kommunal xidmətlərin haqqı onun tərəfindən ödənildiyini, bu faktı isə müvafiq arayış və həmkəndlilərinin ifadələri ilə təsdiq edilə biləcəyini, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2023-cü ilin oktyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini. Vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin Maraqlı şəxs notariusu Araz Abbaslı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində xx.xx.2023-cü il tarixdə keçiriləcək Ərizəçi vərəsəlik hüququnun bərpası ilə əlaqədar məhkəmə prosesində iş yükünün çoxluğu ilə əlaqədar iştirak etməyinin mümkün olmadığını, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 ata-baba qonşu olduqlarını, Səyavuşun ata və anasının hər ikisinin rəhmətə getdiklərini, onların sağlığında da, onlar rəhmətə gedəndən sonra da Səyavuşun orada yaşadığını, Səyavuşun bacı qardaşları ailə quraraq başqa ünvanlarda yaşadıqlarını, Səyavuıun evin dam örtüyünün qarşı tərəfini dəyişdirdiyini, açıq eyvan tikdiyini, həyətinin hasarını çəkdiyini, həyətyanı torpaqda tərəvəz əkib becərdiyini, bağda olan ağaclara qulluq etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X13 qonşu olduğunu, onun ata və anasının nə vaxt rəhmətə getdiyini xatırlamadığını, anası rəhmətə gedən vaxtı bacıları və Səyavuşun orada yaşadığını, atası rəhmətə gedəndən sonra dəqiq bacı və qardaşlarından kimin orada yaşamasını bilməsədə Səyavuşun bugünədək orada yaşadığını, Səyavuşun evi abadlaşdırdığını, evin həyətinə daş döşətdirdiyini, açıq eyvan tikdirdiyini, hasar çəkirdiyini, tərəvəz əkib becərdiyini, bağdakı ağaclara qulluq etdiyini, bu günədək həmin evdə ailəlikcə yaşadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 ilə yaxın qonşu olduqlarını, anasının rəhmətə getdiyini dəqiq xatırlamadığını, atasının ondan sonra təqribən 2015-ci ildə rəhmətə getdiyini, atası və anası rəhmətə gedəndən sonra Səyavuşun bacı və qardaşlarının bir müddət orada yaşadıqlarını, lakin Səyavuşun daimi olaraq həmin evdə bugünədək yaşamaqda olduğunu, ata və anası rəhmətə gedəndən sonra Səyavuşun ata evində açıq eyvan tikdiyini, həyəti betonladığını, hasar çəkdirdiyini, həyətdə tərəvəz əkdiyini, meyvə ağaclarına qulluq etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X8 ilə yaxın qonşu olduqlarını, onun 23 ildir ki Türkiyə Respublikasında yaşadığını, Səyavuşun atası və anasının rəhmətə getdiyi vaxt burada olmadığını, sonradan kəndə gəldiyini, Səyavuşun uşaqlıqdan həmin evdə bu günədək yaşadığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Maxta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2009cu il tarixli AZ-İ № 374854 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X44 xx.xx.2009-cu il tarixində Şərur rayon Yengicə kəndində miokard infakt səbəbindən vəfat etmişdir. - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 947 nömrəli arayışından görünür ki, X25 aşağıdakı tərkibdən ibarət vərəsələri var.
1. Həyat yoldaşı X19 – vəfat edib
2. X26
3. X27 – vəfat edib
4. X14
5. X23
6. X14
7. X7
8. X28
9. Oğlu Ərizəçi
10. X15
11. X11 - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 946 nömrəli arayışından görünür ki, X10 aşağıdakı tərkibdən ibarət vərəsələri var.
1. X26
2. X27 – vəfat edib
3. X14
4. X23
5. X14
6. X7
7. X28
8. Oğlu Ərizəçi
9. X15
10. X11 - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Şərur rayonu Yengicə kəndində yerləşən 0.0981 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 140 kv.m olan fərdi yaşayış evi X10 və X25 adına qeydiyyata alınmışdır. - Ərizəçi Maraqlı şəxsndə verdiyi xx.xx.2023-cü il tarixli **********646 saylı ərizəsində bildrimişdir ki, xx.xx.2009-cu il tarixində vəfat etmiş X25 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirəm. - Ərizəçi Maraqlı şəxsndə verdiyi xx.xx.2023-cü il tarixli **********645 saylı ərizəsində bildrimişdir ki, xx.xx.2015-ci il tarixində vəfat etmiş X10 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirəm. - xx.xx.2023-cü il tarixli 114 nömrəli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardad görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X10 və xx.xx.2009-cu il tarixdə vəfat etmiş X25 ölümündən sonra miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişdir - X3 rayon 2 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********938 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş atam X10 ölümündən sonra miras qalmış əmlaklardan mənə düşən payımı qəbul etməmişəm, qəbul etmək niyyətim yoxdur və gələcəkdə bununla heç bir iddia qaldırmayacağam. Mirası faktiki olaraq idarə etməmişəm və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişəm. Mənə məlumdur ki, əgər mən miras paydan imtina edirəmsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılıram. Notarius tərəfindən mənə izah olundu ki, ərizəni ləğv edə və götürə bilmərəm. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyəm. - X58, X29 və X9 rayon 2 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********190 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş atam X10 ölümündən sonra miras qalmış əmlaklardan mənə düşən payımı qəbul etməmişəm, qəbul etmək niyyətim yoxdur və gələcəkdə bununla heç bir iddia qaldırmayacağam. Mirası faktiki olaraq idarə etməmişəm və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişəm. Mənə məlumdur ki, əgər mən miras paydan imtina edirəmsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılıram. Notarius tərəfindən mənə izah olundu ki, ərizəni ləğv edə və götürə bilmərəm. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyəm. - X18 rayon 2 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********940 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş atam X10 ölümündən sonra miras qalmış əmlaklardan mənə düşən payımı qəbul etməmişəm, qəbul etmək niyyətim yoxdur və gələcəkdə bununla heç bir iddia qaldırmayacağam. Mirası faktiki olaraq idarə etməmişəm və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişəm. Mənə məlumdur ki, əgər mən miras paydan imtina edirəmsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılıram. Notarius tərəfindən mənə izah olundu ki, ərizəni ləğv edə və götürə bilmərəm. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyəm. - Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ № 296476 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X57 xx.xx.2017-ci il tarixində Bakı şəhəri Suraxanı rayonundə kaxeksiya səbəbindən vəfat etmişdir. - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 948 nömrəli arayışından görünür ki, X36 aşağıdakı tərkibdən ibarət vərəsələri var.
1. X12
2. X33
3. X39
4. X17 - X4 “ASAN Xidmət” mərkəzi notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********372 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 mənə çatan mirası nə notariat ofisinə ərizə verməklə nə də miras əmlaka faktik sahibliyi həyata keçirməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm. - X73 Bakı şəhəri 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********052 saylı ərizəsində bildirmişdir ki, mərhum X19 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. - X16 “ASAN Xidmət” mərkəzi notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********371 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 ölümündən sonra miras qalmış əmlaklardan mənə düşən payımı qəbul etməmişəm, qəbul etmək niyyətim yoxdur və gələcəkdə bununla heç bir iddia qaldırmayacağam. Mirası faktiki olaraq idarə etməmişəm və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişəm. Mənə məlumdur ki, əgər mən miras paydan imtina edirəmsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılıram. Notarius tərəfindən mənə izah olundu ki, ərizəni ləğv edə və götürə bilmərəm. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyəm. - X38 Bakı şəhəri 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********05. saylı ərizəsində bildirmişdir ki, mərhum X19 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. - X56 Bakı şəhəri 50 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş atam X10 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm. - Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Şərur rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 837 nömrəli arayışdan görünür ki, Şərur rayon yengicə kənd sakini Ərizəçi xx.xx.2017-ci tarixdən elektrik abonenti kimi qeydiyyatda durur. Vətəndaşın yaşadığı evin elektrik sərfiyyatı onun adından ödənilmiş və haliyyədə Ərizəçi adına ödəniş aparılır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X19 xx.xx.2015-ci il tarixində Şərur rayon Yengicə kəndində miokard infakt səbəbindən vəfat etmişdir. - X5 rayon 2 saylı notariat ofisinə ünvanladığı verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, mənim atam X19 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir, onun ölümündən sonramirasda mənə çatası öz payımı qəbul etməmişəm. həmin ərizə ilə sizə bildirirəm ki, həmin mirasa iddia etməyəcəm. Mən faktiki olaraq mirası idarə etməmişəm və mirası qəbul etməyə dair ərizə təqdim etməmişəm və mirasın qəbul edilməsi üçün müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyətində deyiləm. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin anası X44 xx.xx.2009-cu il tarixdə, atası X19 isə xx.xx.2015-ci il tarixdə öldükdən sonra onlardan miras qalmış əmlaka onların oğlu Ərizəçi sahiblik etməklə, faktiki olaraq idarə etməklə, əkib-becərməklə onu birmənalı şəkildə qəbul etmiş, digər vərəsələr isə notarial qaydada təsdiqlənmiş ərizə verməklə miras əmlakdan imtina etdiklərini bildirmişlər. Ərizəçinin miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında özünün izahatı, şahid ifadələri ilə təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə mərhum X25 və xx.xx.2015-ci il tarixdə ölmüş X10 vərəsəsi X20 gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2009-cu ildə ölmüş X21 xx.xx.2015-ci ildə ölmüş X6 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə təmin edilsin. xx.xx.2009-cu ildə ölmüş X21 və xx.xx.2015-ci il tarixdə ölmüş X6 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev