Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-102/2022 02.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şərur rayon Axaməd kəndində yaşayan X1 2456 (iki min dörd yüz əlli altı) manat ötən aylar ərzində ödənilməmiş pulun və 2488 (iki min dörd yüz səksən səkkiz) manat kredit borcunun, ümumilikdə 4944 (dörd min doqquz yüz qırx dörd) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 02 mart 2022-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında İddiaçı məhkməyə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində Camalova (Əsədova) Leyla Zəfər qızına qarşı pul tələbinə dair iddia qaldırdığını, cavabdehlə öz aralarında razılığa gəlməyə çalışacaqlarını, buna görə də iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X5 iddiaçı ilə öz aralarında razılaşdıqlarını, buna görə də iddiaçının iddia ərizəsinin baxılmamış saxlanması haqda ərizəsinə etirazının olmamasını bildirmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyinə və cavabdehin də verilmiş ərizəyə etirazı olmadığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə 11.11.2020-ci il tarixli 61389 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat və 27.12.2021-ci il tarixli, 9469 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə 11.11.2020-ci il tarixli 61389 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat və 27.12.2021-ci il tarixli, 9469 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-102/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-102/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver