Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1029/2024 19.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi, ərizəçinin nümayəndə-vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum Qurbanova (Teymurova) Kövsər Bayram qızının ölümdən sonra harada yerləşməsindən və nədən ibarət olmasında aslı olmayaraq miras qalmış əmlakın qardaşı X38 tərəfindən, qardaşı X14 ölümüdən sonra isə qalmış bütün əmlakın miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi qardaşı X14 xx.xx.1989-cü il tarixdə X21 ilə nikaha daxil olduqlarını, həmin nikahdan uşaqlarının doğulmadığını, X66 Komissiyasının xx.xx.1999-cu il tarixli 06 saylı qərarı ilə Şərur rayon Muğancıq Müslüm kəndində JN-0263A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.10 ha həyətyanı torpaq sahəsi qardaşı X38 ilə həyat yoldaşı X7 birgə mülkiyyətinə verildiyini, X7 xx.xx.2012-ci ildə vəfat etdikdən sonra həmin həyətyanı torpaq sahəsini faktiki olaraq qardaşı qəbul etdiyini, qardaşının xx.xx.2014-cü il tarixdə vəfat etdiyini, qardaşının sağlığından ona baxdığını, vəfatından sonra isə həmin torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq onun qəbul etdiyini, həmin torpaq sahəsinin onun istifadəsində olduğunu, X7 birinci dərəcəli vərəsələri hesab edilən anası X30 xx.xx.1984-cü il tarixdə, atası X8 xx.xx.2004-cü il tarixdə vəfat etdiyini, onun ölümündən sonra miras qalmış əmlakın qardaşı tərəfindən faktiki olaraq yaşamaqla qəbul etdiyini, qardaşının ölümndən sonra birinci dərəcəli vərəsələri X15 xx.xx.1998-ci ildə, anası X16 isə xx.xx.1999-cü il tarixdə vəfat etdiklərini, X14 vərəsələri X22, Ərizəçi, X10, X25, X23, X31, X39, X11, X3 olduqlarını, vərəsələrin notarial qaydada ərizə verərək X12 miras qalmış əmlakdan onun xeyrinə imtina etdiklərini, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etdiyini, Maraqlı şəxs tərəfindən mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddəti ötürməyi səbəbindən vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edildiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpasının mümkün olmadığından hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında qardaşının vəfat edəndən sonra mirası faktiki olaraq qəbul etdiyini, həyətə baxdığını, ağaclarını suvardığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndə-vəkili Vəkil izahatında ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X54 ifadəsində və verilən suallara cavabında doğulandan həmin kənddə yaşadığını, Azər ilə qonşu olduqlarını, Azərin Kövsər adlı qadın ilə evli olduğunu, onların uşaqlarının olmadığını, birinci Kövsərin vəfat etdiyini, sonra Azərin o evdə tək yaşamağa başladığını, onun xəstə olduğunu, ona bacısı Tamaranın baxdığını, digər bacı-qardaşlarının burada yaşamadığını, Azər vəfat edəndən sonra isə həyətə Tamaranın baxdığını, onların yasında iştirak etdiyini, mirasla bağlı vərəsələrin arasında hər hansı mübahisənin olmadığını, evin açarlarının Tamarada olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X32 ifadəsində və verilən suallara cavabında həmin kənddə doğulduğunu və orada yaşadığını, Azərin uşağının olmadığını, Azərin arvadı öləndən sonra ona bacısı Tamaranın baxdığını, onların digər qardaş-bacılarının Türkiyədə yaşadıqlarını, özünün taksi fəaliyyəti ilə məşğul olduğundan onların bütün işlərini gördüyünü, buna görə də hər şey haqqında məlumatının olduğunu, Azər rəhmətə gedəndən sonra Tamaranın həmin evə baxdığını, digər vərəslərin burada yaşamadıqlarını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 275780 nömrəli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X38 ilə X17 xx.xx.1989cu il tarixdə nikaha daxil olublar. İş materiallarında olan JN-026A seriyalı, 10210048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayon Muğancıq Mehrab kəndində 0.10 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X38 və X9 məxsusdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 482717 nömrəli, xx.xx.2023-cü il tarixli 343900 nömrəli, xx.xx.2023-cü il tarixli, AZ-İ № 377115 nömrəli, xx.xx.2024-cü il tarixli Az-İ № 029270 nömrəli və xx.xx.2024-cü il tarixli 282725 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan görünür ki, X40 xx.xx.1998-ci il tarixdə, X41 xx.xx.1999-cü il tarixdə, X18 xx.xx.2012-ci il, X48 xx.xx.2004-cü il tarixdə, X55 xx.xx.1984-cü il tarixdə ölmüşdür. İş materillarında olan Şərur rayon Muğancıq Mehrab kənd İƏDN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 184 nömrəli arayışından görünür ki, X5 vərəsəsi X24r. İş materiallarında olan Şərur rayon Muğancıq Mehrab kənd İƏDN tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 554023 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materillarında olan Şərur rayon Muğancıq Mehrab kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 184 nömrəli arayışından görünür ki, X14 X22, Ərizəçi, X10, X25, X23, X31, X39, X11 vəX37 qızıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il, xx.xx.2024-cü il ərizələrdən görünür ki, X33, X31, X34, X26, X13, X11, X27, X1 Azər Salman oğlundan qalan bütün miras əmlakdan Ərizəçi xeyrinə imtina etmişdirlər. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 41 nömrəli qərarından görünür ki, Ərizəçi miras qalmış əmlakdan mirasın qəbulu müddəti ötdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Muğancıq X29 xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışından görünür ki, X2 Azər Salman oğlunun adına olan mülkiyyətin kommunal xərclərini, torpaq pullarını vaxtında ödəmiş və onun heç bir borcu yoxdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X18 xx.xx.2012-ci il, X38 isə xx.xx.2014-cü il tarixdə ölmüşdür. Onların birgə nikahdan uşaqları olmamışdır. X6 yeganə vərəsəsi əri X38 olmuşdur. X14 vərəsələri isə qardaş-bacıları-X33, X31, X34, X26, X13, X11, X27, Ərizəçi və X19r. Digər vərəsələrin mirasın ərizəçi tərəfindən qəbul olunmasına etirazı yoxdur. Ərizəçi xx.xx.2024-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı ilə X12 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, X4 miras qalan əmlak əri X38 tərəfindən, ondan miras qalan əmlakı isə həmin şəxsin vəfatından sonra bacısı, iş üzrə Ərizəçi qəbul etmişdir. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığı onların verdiyi notarial ərizələrlə müəyyən olunmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin vərəsəlik hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın xx.xx.2014-cü il tarixdə vəfat etmiş X38 tərəfindən X12 miras qalmış əmlakın isə Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2012-ci il tarixdə vəfat etmiş Qurbanova (Teymurova) Kövsər Bayram qızından miras qalmış əmlakın xx.xx.2014-cü il tarixdə vəfat etmiş X38 tərəfindən, X12 miras qalmış əmlakın isə Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-1029/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1029/2024
19.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver