Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-103/2025 16.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi və tam payın müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum anası X2 və xx.xx.2010-cu il tarixdə vəfat etmiş mərhum atası X6 ölümündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının və tam payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi anası X2 xx.xx.2006-cı il tarixdə vəfat etdikdən sonra Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 03 nömrəli qərarına əsasən Şərur rayon Muğanlı kəndində atası X14 ailə başçısı olmaqla birgə mülkiyyətlərinə verilmiş 0.21 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi atası X14, özü və ailə üzvüləri tərəfindən, atası X14 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra isə həmin həyətyanı torpaq sahəsini özün və ailə üzvləri tərəfindən faktiki olaraq yaşamaqla miras əmlk kimi qəbul etdiklərini, haliyyədə həmin torpaq sahəsinin onun və ailə üzvülərinin istifadəsində olduğunu, lakin maddi imkanı olmadığından həmin torpaq sahəsini adına rəsmiləşdirə bilmədiyini, mərhum anası və atasının vərəsələri-X21 xx.xx.2012-ci il tarixində, X22 xx.xx.2019-cu il tarixində, X10 isə xx.xx.2006-cı il tarixində vəfat etdiyini, digər vərəsələr Hüseynova (Məmmədova) Bəsdi Ələşrəf qızı, Mahmudova (Məmmədova) Tinatin Ələşrəf qızı və X8 notarial qaydada ərizə verərək mərhum anası və atasının ölümündən sonra miras qalmış əmlakı qəbul etmədiklərini bildirdiklərini, mərhum anası X4 və atası X6 ölümündən sonra miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədi ilə notariat ofisinə ərizə ilə müraciət etdiyini, Şərur Rayon 2 saylı Notariat Ofisindən verilmiş xx.xx.2024-cü il tarixli 119 saylı qərarla mərhum anası X1 və 23.11.224-cü il tarixli 120 saylı qərarla mərhum atası X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakdan vərəsəliyin açılması müddəti tərəfindən buraxıldığı və vərəsələrdən Cavabdeh mirasın qəbulu və ya ondan imtina barədə ərizə vermədiyindən ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina edildiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq həyətdə iki evin olduğunu, onlardan biri qardaşının tikdirdiyini, digərində isə ailə üzvləri ilə birlikdə özünün yaşadığını, 1996-cı ildə valideynlərinin təklifi ilə qardaşına həmin evə görə 3900 manat pul göndərdiyini, cavabdehin həmin pulla Bakı şəhərində özünə ev aldığını, valideynləri vəfat edəndən sonra o evdə heç kimin yaşamadığını, evi təmir etdirdiyini, son zamanlarda isə cavabdehin ondan evi tələb etdiyini, qardaş-bacılarının 1991-ci ildə evdən getdiklərini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə iddia tələbinə qarşı etiraz göndərmişdir. Cavabdeh etirazında valideynləri anası X4 və atası X9 məxsus olmuş Şərur rayon Muğanlı kəndində yerləşən 0.21 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qədim vaxtlardan istifadə olduğunu, həmin torpaq sahəsindən ona bir hissə ayıraraq yaşayış evi tikməyə icazə verdiklərini, öz ailəsinin vəsaiti hesabına orada fərdi yaşayış evi inşa etdiyini, 11 il həmin evdə ailə üzvləri ilə birlikdə yaşadığını, həmin ev onun şəxsi evi olduğunu, onu kiməsə verməyəcəyini, hər il Bakı şəhərindən ailəsi ilə kəndə gələndə həmin evdə qaldıqlarını, miras barədə fikrini məhkəmə iclasında söyləyəcəyini bildirərək, vəfat etmiş valideynlərinin anası X4 və atası X6 ölümündən sonra harda yerləşməsindən və nədən ibarət olmasına baxmayaraq miras əmlakın bölünməsindən əvvəl valideynlərinin ona ev tikməsi məqsədilə ayırdıqları torpaq sahəsində tikib ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin onun fərdi əmlakı kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində və verilən suallara cavabında doğulandan o kənddə yaşadığını, Cəmşidin evin sonuncu övladı olduğunu, onun qardaşbacılarının ailə quraraq getdiklərini, birinci Məhrubə xalanın, sonra Ələşrəf əminin vəfat etdiyini, Cəmşidin valideynləri onunla birlikdə yaşadığını, qardaşı İsfəndiyarın isə 1991-ci ildə Bakıya köçdüyünü, Cəmşid o vaxtdan da orada yaşadığını, digər bacı-qardaşların arasında əmlakla bağlı mübahisənin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində doğulandan o kənddə yaşadığını, İsfəndiyar ilə sinif yoldaşı olduqlarını, Cəmşidin valideynlərinə baxdığını və onlarla bərabər yaşadığını, İsfəndiyarın isə qonaq kimi gəlib-getdiyini, anasının həmişə söhbət edən zaman İsfəndiyara Bakıda ev alması üçün pul verdiklərini dediyini, həyətdə iki evin olduğunu, onun birinin İsfəndiyarın tikdirdiyini, lakin həmin evi Cəmşidin təmir etdirdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində o kəndə doğulduğunu, halhazırda da orada yaşadığını, Cəmşidin valideynləri ilə birlikdə həmin evdə yaşadığını, onun valideynlərinin vəfat edəndən sonra isə Cəmşidin ailəsi ilə birlikdə orada yaşamağa davam etdiyini, digər qardaş-bacılarının orada yaşamadıqlarını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan JN-091A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Şərur rayonu Muğanlı kəndində yerləşən 0.21 ha topraq sahəsi mülkiyyət hüququ əsasında X11 və X3 məxsus olmuşdur. İş materiallarında olan Şərur rayon Muğanlı kənd İƏDN-i tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Az-İ № 163626 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Muğanlı kənd İƏDN-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Az-İ № 436600 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Muğanlı kənd İƏDN-in xx.xx.2024-cü il tarixli 304 nömrəli arayışından görünür ki, X4 vəfat edəndən sonra onun vərəsləri – X14, X21, X22, Mirzəyeva (Məmmədova) Ərkinaz Ələşrəf qızı, Hüseynova (Məmmədova) Bəsdi Ələşrəf qızı, İddiaçı, Mahmudova (Məmmədova) Tinatin Ələşrəf qızı, X18 və Cavabdeh qalmışdır. İş materiallarında olan Şərur rayon Muğanlı kənd İƏDN-in xx.xx.2024-cü il tarixli 277 nömrəli arayışından görünür ki, X14 vəfat edəndən sonra onun vərəsləri - X21, X22, Mirzəyeva (Məmmədova) Ərkinaz Ələşrəf qızı, Hüseynova (Məmmədova) Bəsdi Ələşrəf qızı, İddiaçı, Mahmudova (Məmmədova) Tinatin Ələşrəf qızı, X18 və Cavabdeh qalmışdır. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 4 saylı Bakı şəhər “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan notarial ərizələrdən görünür ki, vərəsələr X19, X13 və X18 miras əmlakdan imtina etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə X5 və X1 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 119 və 120 nömrəli qərarlarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının valideynləri – anası X4 qızı xx.xx.2006-ci il tarixdə, atası X14 xx.xx.2012-ci il tarixdə, ində ölmüşdür. Onların vərəsləri olan uşaqları X21, X22, Mirzəyeva (Məmmədova) Ərkinaz Ələşrəf qızı, Hüseynova (Məmmədova) Bəsdi Ələşrəf qızı, İddiaçı, Mahmudova (Məmmədova) Tinatin Ələşrəf qızı, X18 və Cavabdeh oğldur. Həmin vərəsələrdən X12 xx.xx.2008-ci il tarixdə, X21 06.3.2012-ci il tarixdə, X22 isə xx.xx.2019-cu il tarixdə vəfat etmiş, digər vərəsələr X19, X13 və X18 mirasdan imtina etmişlər. İddiaçı sonuncu övlad kimi valideynləri ilə birlikdə yaşamışdır. Onların vəfatından sonra isə valideynlərindən qalmış mirası idarə edərək faktiki qəbul etmişdir. Bunu məhkəmədə dindirilən şahidlər də təsdiq etmişlər. Cavabdeh mirası qəbul etdiyinə dair etiraz ərizəsi göndərsə də məhkəmə iclasında iştirak etməmiş və valideynlərinin vəfatından sonra mirasın faktiki qəbuluna dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin vərəslik hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması müəyyən edilməli və həmin əmlaka tam payı müəyyən edilməlidir. Məhkəmə həmçinin cavabdehə etiraz ərizəsində göstərilənlərlə bağlı izah edir ki, hazırkı iddianın təmin olunması ona müvafiq sübutlar əsasında çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququnu istisna etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən hesab edir ki, iddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması faktı və miras əmlakda tam payı müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-103/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-103/2025
16.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver