Məhkəmə qərarları › İş №2(110)-1057/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1057/2025

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1057/2025 05.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X54 oğlunun katibliyi, Ərizəçi X19 iştirakı ilə, Ərizəçi X19 Maraqlı şəxs qismində cəlb etdiyi “miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi X32 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü ildə vəfat etmiş X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış əmlakların tərəfindən miras əmlak kimi qəbul edilməsi faktinın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X32 ərizəsində, X10 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 07 nömrəli qərarına əsasən ünvan 2ində X10 ailə başçısı olmaqla cəmi 3 nəfərdən (X10, Ərizəçi, Maraqlı şəxs) ibarət ailə üzvlərinin birgə mülkiyyətinə JN-614B (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 0.08 hektar həyətyanı torpaq sahəsi, JN-576 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə birgə mülkiyyətinə verilmiş 0.30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidməti tərəfindən X7 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.095 hektar olan torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 300.6 kv.m, yaşayış sahəsi 218.1 kv.m olan iki mərtəbəli 12 yaşayış otağından ibarət fərdi yaşayış evi miras qalmışdır. X2 vəfat etdikdən sonra qalmış əmlakları o faktiki olaraq miras əmlak kimi qəbul etmiş və bu günə kimi qeyd olunan miras əmlaklardan mübahisəsiz olaraq istifadə etmişdir. Lakin maddi imkanı olmadığından X7 ölümündən sonra qalmış əmlakları miras əmlak kimi adına rəsmiləşdirə bilməmişdir. xx.xx.2025-ci il tarixdə müvafiq sənədləri toplayıb Şərur rayon 2 saylı notariat ofisinə ərizə ilə müraciət edərək X1 ölümündən sonra harada yeləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlaklardan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şərur rayon 2 saylı Notariat Ofisinin xx.xx.2025-i il tarixli, 140 saylı qərarına əsasən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun 40-cı maddəsini rəhbər tutaraq xx.xx.2014-cü ildə vəfat etmiş X3 ölümündən sonra miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişir. X1 birinci növbəli vərəsələrindən atası X15 xx.xx.1964-cü ildə, anası X16 xx.xx.1977-ci vəfat etmiş, digər vərəsələri X12, X20, X25, X33, Maraqlı şəxs və X34 ailə qurub ayrılmış və ailə üzvləri ilə birlikdə özlərinə məxsus evlərdə yaşayırlar. Əlavə olaraq X1 vərəsələrindən X12, X20, X25 və X5 qaydada ərizə verərək mərhum ataları X7 ölümündən sonra miras qalmış daşınar və daşınmaz əmlak paylarından ərizəçinin xeyrinə imtina etmişlər, X34 notarial qaydada ərizə verərək mərhum atası X4 miras qalmış əmlakı qəbul etmədiyini bildirmiş, Maraqlı şəxs isə atası X4 miras qalmış əmlakdan notarial qaydada imtina barədə ərizə verməsə də, X2ndan miras qalmış əmlakın onun tərəfindən miras əmlak kimi qəbul edilməsinə heç bir etirazı yoxdur. Qeyd olunanlara əsasən X7 ölümündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibrət olmasından asılı olmayaraq tərəfindən miras əmlak kimi qəbul edilməsi faktinin müəyyən olunmasını istəyir.Ona görə də müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər, lakin ərizəçi məhkəmədə nümayəndə-vəkil ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq hər hansı etiraz və tələblərinin olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizəçinin tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatına və toplanmış sübutları tam, hərtərəfli, məcmu halında və əlaqəli şəkildə tədqiq edib, obyektiv hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş: - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayon, Məmmədli kəndi M.P.Vaqif küç, döngə 3, ev 16 yerləşən, 300.6 m2 fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. - JN-576 KOD 10205038 nömrəli Torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 7 nömrəli qərarı ilə X13, X29 və Maraqlı şəxs birgə mülkiyyət hüququ əsasında ünvan 2ində 0.30 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. - JN-614B KOD 10205038 nömrəli Torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 7 nömrəli qərarı ilə X13, X29 və Maraqlı şəxs birgə mülkiyyət hüququ əsasında ünvan 2ində 0.08 hektar fərdi yaşayış evi və həyətyanı sahə təyinatlı torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası ünvan 2 İ.Ə.D.N tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 495907 nömrəli çıxarışdan görünür ki, X10 xx.xx.2014-cü il tarixində Bakı şəhəri Sabunçu rayonunda qaraciyər serrozu səbəbindən vəfat etmişdir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X15 xx.xx.1964-cü il tarixində ünvan 2ində xərçəng xəstəliyi səbəbindən vəfat etmişdir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X17 xx.xx.1977-ci il tarixində ünvan 2ində ağciyərürək çatışmazlığı səbəbindən vəfat etmişdir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 və X35 xx.xx.1969-cu il təvəllüdlü X11 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 və X35 xx.xx.1976-cı il təvəllüdlü X21 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 və X35 xx.xx.1976-cı il təvəllüdlü X21 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 və X35 xx.xx.1967-ci il təvəllüdlü X8 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 və X35 xx.xx.1971-ci il təvəllüdlü X14 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 və X35 xx.xx.1973-cü il təvəllüdlü X22 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 və X35 xx.xx.1974-cü il təvəllüdlü Maraqlı şəxs valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X15 və X16 arasında xx.xx.1960-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmişdir; - Naxçıvan MSSR İliç rayonu Dərvişlər kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli nikah bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 və X41 arasında xx.xx.1966-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Arvada nikahdan sonra “Abbasova” soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:

1. Əri (arvadı):Ərizəçi (xx.xx.1950)

2. Oğlu:X12 (xx.xx.1967)

3. Qızı:X23 (xx.xx.1969)

4. Qızı:X18 (xx.xx.1971) 5.Oğlu:X36 (xx.xx.1973)

6. Oğlu:Maraqlı şəxs (xx.xx.1974)

7. Oğlu:X34 (xx.xx.1976) - Şərur rayon 2 saylı Notariat Ofisinin notariusunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ünvan 2i ünvanında qeydiyyatda olan X19 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X7 ölümündən sonra qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilsin; Ərizəyə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, **********944 saylı notarial qaydada verilmiş ərizədən görünür ki, vərəsələrdən X34 Bakı şəhər 20 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakı faktiki olaraq əvvəllər qəbul etmədiyini, hazırda qəbul etmədiyini bildimiş və bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməmə öhdəliyi götürmüş, miras əmlakdan imtina etməsi barədə ərizəni gələcəkdə ləğv etmənin mümkünsüzlüyü notarius tərəfindən ona izah edilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2017-ci il tarixli, **********700 saylı notarial qaydada verilmiş ərizədən görünür ki, vərəsələrdən X6 rayon 2 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakı faktiki olaraq əvvəllər qəbul etmədiyini, hazırda qəbul etmədiyini bildimiş və bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməmə öhdəliyi götürmüş, miras əmlakdan imtina etməsi barədə ərizəni gələcəkdə ləğv etmənin mümkünsüzlüyü notarius tərəfindən ona izah edilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, **********478 saylı notarial qaydada verilmiş ərizədən görünür ki, vərəsələrdən X12 Bakı şəhər 39 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakı faktiki olaraq əvvəllər qəbul etmədiyini, hazırda qəbul etmədiyini bildimiş və bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməmə öhdəliyi götürmüş, miras əmlakdan imtina etməsi barədə ərizəni gələcəkdə ləğv etmənin mümkünsüzlüyü notarius tərəfindən ona izah edilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, **********727 saylı notarial qaydada verilmiş ərizədən görünür ki, vərəsələrdən X36 Bakı şəhər 39 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 qalmış miras əmlakı faktiki olaraq əvvəllər qəbul etmədiyini, hazırda qəbul etmədiyini bildimiş və bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməmə öhdəliyi götürmüş, miras əmlakdan imtina etməsi barədə ərizəni gələcəkdə ləğv etmənin mümkünsüzlüyü notarius tərəfindən ona izah edilmişdir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə, iş üzrə maraqlı şəxslərin ərizələri ilə müəyyən edilmişdir ki, X10 ərizəçinin əridir, xx.xx.2014-cü il tarixdə ölmüşdür. ünvan 2i ərazisində yerləşən 0.30 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi, 0.08 hektar fərdi yaşayış evi və həyətyanı sahə təyinatlı torpaq sahəsi və Abşeron rayon, Məmmədli kəndi M.P.Vaqif küç, döngə 3, ev 16 yerləşən, 300.6 m2 fərdi yaşayış evi X26 qızına məxsusdur. Miras dair vərəsələr arasında mübahisə mövcud deyildir.Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ali Məhkəmənin qeyd edilən Plenum qərarının 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində isə nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüquq normaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1. Miras əmlaka sahiblik etmək üsulu. 2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahiblik etməkdir. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıqaşkar görünür. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etməkdir. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, işə yuxarıda qeyd edilən hüquq normaları konteksindən və geniş hüquq rakursundan yanaşaraq, iş materiallarında olan sübutları, obyektiv, məcmu halında və əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlirki ərizə təmin edilməlidir. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın X32 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə məhkəməyə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X7 xx.xx.2014-cü il tarixdə ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış əmlakların X32 tərəfindən miras əmlak kimi faktiki qəbul olunması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar