Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1087/2025 12.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X23 Elmar oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Vəkil, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs6 iştirakları ilə Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçinin nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu ildə vəfat etmiş əri X1 miras qalmış (daşınmaz əmlakın dövlət reyesterində **********2- 10301 nömrə ilə qeydiyyata alınmış Şərur rayon M.Sabir kəndində yerləşən 0.3 ha torpaq sahəsi və onun üzərində sahəsi 127.4 kv.m olan fərdi yaşayış evi) əmlakın onun tərəfindən qəbul edilməsi faktıın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi-vəkili tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X14 iİə 28 oktyabr 1954-cü iİ tarixdə o vaxtkı Belorus Respublikası Minsk Vilayətinin Sluçk şəhərinin VVAQ Bürosunda rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahlarından - - X8, - Maraqlı şəxs4, - X15 adında üç övladları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət Belorus Respublikasında yaşamış, daha sonra daimi yaşamaq üçün Şərur rayonu M.Sabir kəndinə qayıtmış və burada məskunlaşmışlar. Sonradan ölkəmizdə aparılan islahat zamanı onların ailəsinə 0.3 ha torpaq sahəsi verilmişdir. Həmin vaxt yəni islahat aparılan zaman 96-97-ci illırdı övladları ailəli olaraq ayrıca təsərrüfata ayrıldıqlarından onlar üçün ayrılmış torpaq sahəsi onun və mərhum əri Ə.Ramazanovun adına qeydiyyata alınmış və bununla bağlı 2025-ci ildə **********2-10301, reyestr nömrəli çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində ümumi sahəsi 127 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tikilmiş və həmin ev daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. Əri Ə.Ramazanov xx.xx.2009-cu iİ tarixdə ürəkdayanması səbəbindən gözlənilmədən vəfat etmiş və ondan **********2-10301 reyestr nömrəli gıxaırşa əsasən Şərur rayonu M.Sabir kəndi ərazisində yerləşən 0.3 ha torpaq sahəsindəki payı miras qalmışdır. Əri vəfat etdikdən sonra onun dəfni həmçinin el adəti üzrə yas mərasimləri onun tərəfindən təşkil edilmişdir ki, hazırdada o vəfat edikdən sonra ondan qalmış miras əmlak olan evdə o yaşamaqla mərhum ərindan qalmış mirası da faktiki olaraq qəbul etmişdir. Haliyədə da miras qalmış ev, hayat-bacaya baxım və qulluq onun tərəfindən aparılmaqla, vergi və digər kommunal borclar tarafindan ödənilməkdədir. Mərhum əri Əhmədin ondan əvvəlki nikahından da - X16, - Maraqlı şəxs2, - Maraqlı şəxs5 adında üç övladı da vardır. Ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirməmişdi. 2025-ci ilin sentyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı Notariat Ofisinə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxdığından vərəsəlik işinin açılmasında imtina etdi. Baxmayaraq ki, ərindən qalmış miras əmlak uzun zamandır ki, faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Eyni zamanda ərindən qalmış mirasla baglı vərəsələrin hər hansı tələb və istəkləri yoxdur. Vərəsəlik hüquqlarının başqa qaydada bərpası mümkün olmadığından, ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən olunması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-1087/2025 nömrəli qərardadı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon 2 Saylı Notariat Ofisi, Maraqlı şəxs7, Maraqlı şəxs8 və X2 maraqlı şəxs qismində cəlb olunmaları qərara alınmışdır. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil izahatında ərizəni müdafiə etdiyini, ərizədə qeyd olunan halları təsdiq etdiyini bildirərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında Pəri, Nəbi və onun atasının ilk arvadı Fatmadan olan övladları olduqlarını, atasının 1951-ci ildə əsgərliyə getdiyini və orada Raisa ilə tanış olduğunu, atasının onu buraya gətirdiyini və anası ilə birlikdə bir evdə yaşamağa başladıqlarını, Raisa ilə evlilikdən isə Tamara, Ramiz və Həbibin doğulduğunu, anasının 1961-ci ildə atasından ayrılaraq Pəri, Nəbi və onunla birlikdə Yevlax rayonuna getdiyini, onun 1971-ci ildə atasının yanına qayıtdığını, onun anası ilə rəsmi nikahının olmadığını, onun əsgərliyə burada getdiyini, atasının 2009-cu ildə vəfat etdiyini, həmin torpaq sahəsində atasının yaşadığı evdən başqa iki ev-onun və Həbibin evi olduğunu, Ramizin ailəsi ilə birlikdə atasıgilin yanında yaşadığını, atası vəfat edəndən sonra Raisa və qardaşı Ramizin həmin evdə yaşamağa davam etdiklərini, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs6 izahatında onun Ramizin yoldaşı olduğunu, onların birgə nikahından 3 uşaqlarının doğulduğunu, Ramizin 2022-ci ildə vəfat etdiyini, həmin torpaq sahəsində Vaqifin və Həbibin də evi olduğunu, vərəsələr arasında mirasla bağlı mübahisə olmadığını, ərizənin təmin edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxslər Şərur Rayon 2 Saylı Notariat Ofisi, Maraqlı şəxs7, Maraqlı şəxs8, X11, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 rəsmi qaydada məlumat verilmişdir. Maraqlı şəxslərdən Maraqlı şəxs7 xx.xx.2026-cı il tarixdə, Maraqlı şəxs8 xx.xx.2026-cı il tarixdə və Maraqlı şəxs9 xx.xx.2026-cı il tarixdə teleqram göndərərək miras əmlakla bağlı heç bir tələb və şikayətlərinin olmadığını bildirmiş, digər maraqlı şəxslər məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində və verilən suallara cavabında Əhməd kişini tanıdığını və onun Həbib, Ramiz,Tamara, Vaqif, Nəbi və Pəri adında uşaqlarının olduğunu, Əhmədin atasının kim olduğunu bilmədiyini, anası Seyidənin 1970ci illərdə vəfat etdiyini bildiyini, Əhmədin yoldaşı Raisə və oğlu Ramiz ilə birlikdə yaşadığını, həmin həyətdə Raisənin qaldığı evdən başqa Həbibin və Vaqifin də evi olduğunu, Əhmədin arvadı olaraq Raisanı bildiklərini, Əhməd kişinin 2009-cu ildə vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində və verilən suallara cavabında Əhməd kişi və onun yoldaşı Raisanı tanıdığını, Əhməd kişinin Həbib, Ramiz,Tamara, Vaqif, Nəbi və Pəri adında uşaqlarının olduğunu, Ramizin 2-3 il olar ki, vəfat etdiyini, Əhməd kişinin 2009-cu ild vəfat etdiyini, onun yasında iştirak etdiyini, həmin həyətdə üç ev- Əhməd kişinin, Həbibin və Vaqifin evi olduğunu, Əhmədin yaşadığı evdə Ramizin ailəsi ilə birlikdə yaşadığını, hal-hazırda ailə başçısı kimi Raisanı bildiklərini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Belorus Respublikası Minsk Vilayətinin Sluçk şəhərinin VVAQ Bürosu tərəfindən verilmiş xx.xx.1954-cü il tarixli, ПЮ 698263 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, X14 ilə X13 xx.xx.1954-cü il tarixdə nikaha daxil olublar. İş materiallarında olan **********72-10301 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Məmmədsabir kəndində yerləşən 0,2986 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X14 ailə başçısı olmaqla onun və həyat yoldaşı Ərizəçi ümumi birgə mülkiyyətində olmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ № 331143 nömrəli ölüm akt qeydi üzrə çıxarışdan görünür ki, X14 13.3.2009cu il tarixdə ölmüşdür. İş materillarında olan Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və Şərur Rayon İcra Hakimiyyəti Məmmədsabir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il tarixli 09-73 nömrəli arayışından görünür ki, X5 vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır: 1.Ərizəçi, 2.X16, 3.Maraqlı şəxs2, 4.X8, 5.Maraqlı şəxs4, 6.Maraqlı şəxs5, 7.X9r. İş materiallarında olan İ-ЖГ 260257 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1952-ci il tarixdə İlic rayonunun Məmmədsabir kəndində doğulmuşdur. Onun atası X14, anası isə X3r. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026cı il tarixli doğum akt qeydiyyatından çıxarışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.1955-ci il tarixdə Şərur rayonunun Qarxun kəndində doğulmuşdur. Onun atası X14, anası isə X3r. İş materiallarında olan İ-ЖГ 260265 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1955-ci il tarixdə İlic rayonunun Məmmədsabir kəndində doğulmuşdur. Onun atası X14, anası isə Ərizəçidır. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026cı il tarixli doğum akt qeydiyyatından çıxarışdan görünür ki, Maraqlı şəxs4 xx.xx.1958-ci il tarixdə Şərur rayonunun Məmmədsabir kəndində doğulmuşdur. Onun atası X14, anası isə Ərizəçidır. İş materiallarında olan А3 653695 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs5 xx.xx.1958-ci il tarixdə Noraşen rayonunun Məmmədsabir kəndində doğulmuşdur. Onun atası X14, anası isə X3r. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 317288 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti Məmmədsabir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 09-74 nömrəli arayışdan belə görünür ki, X6 vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır: 1.Maraqlı şəxs6, 2.Maraqlı şəxs7, 3.Maraqlı şəxs8, 4.X7r. İş materiallarında olan X-ЖГ 369727 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs7 xx.xx.1984-cü il tarixdə İlic rayonunun Məmmədsabir kəndində doğulmuşdur. Onun atası X9r. İş materiallarında olan İX-ЖГ 358804 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1983-cü il tarixdə İlic rayonunun Məmmədsabir kəndində doğulmuşdur. Onun atası X9r. İş materiallarında olan XV-ЖГ 410038 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1990-cı il tarixdə İlic rayonunun Məmmədsabir kəndində doğulmuşdur. Onun atası X9r. İş materiallarında olan Şərur Rayon 2 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 158 nömrəli qərarından görünür ki, Ərizəçi mərhum X1 qalmış miras əmlaka görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciəti mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə təmin edilməmiş və şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin əri X14 13 mart 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan **********72-10301 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Şərur rayonu Məmmədsabir kəndində yerləşən 0,2986 ha torpaq sahəsi X14 ailə başçısı olmaqla onun və həyat yoldaşı Ərizəçi ümumi birgə mülkiyyətində olmuşdur. Bu səbəbdən, qeyd olunan əmlakın bütövlükdə deyil, X10 məxsus payı onun vəfatı ilə əlaqədar mirasın tərkibinə daxil olmuşdur. İş materiallarından görünür ki, mərhumun ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsələri kimi arvadı Ərizəçi, oğulları Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5, X15 və qızları X8, X16 mövcud olmuşdur. Vərəsələrdən biri olan X15 08 dekabr 2022-ci il tarixdə vəfat etmiş, onun birinci dərəcə vərəsələri isə arvadı Maraqlı şəxs6, oğulları Maraqlı şəxs7, və Maraqlı şəxs8, qızı isə X7r. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkilinin izahatı, maraqlı şəxslərdən Maraqlı şəxs2 və Maraqlı şəxs6 izahatları, habelə şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mərhumun ölümündən dərhal sonra ərizəçi oğlu Ramiz ilə birlikdə miras əmlakın yerləşdiyi fərdi yaşayış evində daimi yaşamış, təsərrüfat işlərini aparmış, həyətyanı torpaq sahəsini əkib-becərmiş, əmlaka sahiblik və onu faktiki idarə etmişdir. Digər vərəsələr isə miras əmlakdan istifadə etməmiş, ərizəçinin mirası qəbul etməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi maddi imkanlarının məhdudluğu səbəbindən mirasın qəbulu ilə bağlı notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməmiş, lakin sonradan Şərur Rayon 2 saylı Notariat Ofisinə müraciət etdikdə, həmin notariat ofisinin xx.xx.2025-ci il tarixli qərarı ilə mirasın qəbulu müddətinin buraxılması əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən ərizəçi mirasın faktiki qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən miras əmlak üzərində sahiblik və faktiki idarəetmə hərəkətlərinin həyata keçirilməsi onun mirası qəbul etmək iradəsini açıq və şəksiz şəkildə nümayiş etdirir. Ərizəçinin mərhumun ölümündən sonra uzun müddət miras əmlakda yaşaması, təsərrüfat aparması, həyətyanı torpaq sahəsini istifadə etməsi və digər vərəsələrin etirazının olmaması mirasın qeyri-formal qaydada qəbul edildiyini təsdiq edir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən maraqlı şəxslərin izahatlarını və notariat qaydada təsdiq edilmiş ərizələrini də nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, -Ərizə təmin edilməli; -xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-1087/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-1087/2025
12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver