Məhkəmə qərarları › İş №2(110)-110/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-110/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-110/2024 05.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, Ərizəçi X5 və Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi X5 maraqlı şəxs Naxçıvan regional miqrasiya baş idarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi” barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X15 ərizə ilə məhkəməyə müraciət edərək, heç bir ölkənin vətəndaşı olmama faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X15 ərizəsində Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-778/2023 nömrəli qətnaməsi ilə onun 1995-ci ildən daimi olaraq Şərur rayon Yengicə kəndinin ərazisində yaşaması faktının müəyyən olunduğunu, Şərur rayon Yengicə kəndinin ərazisində yaşaması faktı müəyyən olunsa da, onun bu faktın müəyyən olunması əsasında şəxsiyyət vəsiqəsi əldə edə bilmədiyini, onun da heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən olunmasının məhkəmə qaydasında həll olunmasını istədiyini bildirmişdir. Eyni zamanda X15 xx.xx.2024-cü il tarixdə məhkəməyə “cavabdehin əsl cavabdehlə əvəz olunması barədə” ərizə ünvanlamış və ərizəsində Şərur Rayon Məhkəməsində maraqlı şəxs Naxçıvan MR Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinə qarşı “heç bir ölkənin vətəndaşı olmama faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə müraciət etdiyini, məhkəməyə ərizə ilə müraciət etdikdən sonra maraqlı şəxs kimi düzgün dövlət orqanını qeyd etmədiyinin müəyyən olunduğunu, buna görə də, hazırkı ərizəsi üzrə maraqlı şəxs Naxçıvan MR Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli 2(110)-10/2024 saylı qərardadla ərizəni təmin etmiş, iddiaçı X5 maraqlı şəxs Naxçıvan MR Pasport Qeydiyyatı və Miqrasiya şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi” barədə mülki iş üzrə maraqlı şəxs Naxçıvan MR Pasport Qeydiyyatı və Miqrasiya şöbəsinin əsl Maraqlı şəxs ilə əvəz olunması qərara alınmışdır. Məhkəmə baxışı iclasında ərizəçi X15 ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 1995-ci ildə şərur rayon Yengicə kəndində X12 ilə ailə qurduğunu, yetkinlik yaşına çatmadığı üçün nikah bağlamadıqlarını, sonradan ərinin azadlıqdan məhrum edildiyini, ona görə də nikaha düşə bilmədiklərini, şəxsiyyətini təsdiq edən sənədin yalnız doğum şəhadətnaməsi olduğunu, məqsədinin qeydiyyata düşüb şəxsiyyət vəsiqəsi almaq olduğunu, eyni zamanda 2017-ci il təvəllüdlü qızı Məryəm üçündə doğum haqqında şəhadətnamə ala bilmədiklərini, buna görə də qızının məktəbə gedə bilmədiyini qeyd edərək məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X6 izahatında ərizəyə etirazının olmadığını, X5 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyini, lakin müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni 07 oktyabr 1998-ci il tarixədək o, yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Ona görədə X5 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina olunduğunu qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 ifadəsində Eka ilə qonşu olduqlarını, ailəvi münasibətlərinin yaxşı olduğunu, həmçinin gəlinlərinin qardaşının arvadı olduğunu, 1995-ci ildən Ekanın Gürcüstan Respublikasından Yengicə kəndinə gəlin gəldiyini, həmin vaxtdan orada yaşadığını, 2 qızı və 1 oğlunun olduğunu, vətəndaşlığı olmadığı üçün bu günədək şəxsiyyətini təsdiq edəcək heç bir sənəd ala bilmədiyini, balaca qızının da 8 yaşı var ona da sənəd ala bilmədikləri üçün uşağı məktəbədə gedə bilmədiyini, sənədi olmadığı üçün kənddən bir gün də olsun kənara gedə bilmədiyini, bugünədək Yengicə kəndində yaşadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X7 ifadəsində Ekanın onun qardaşının arvadı olduğunu, 1995-ci ildə qardaşı ilə Gürcüstan Respublikasında ailə quraraq Yengicə kəndinə gəldiyini, 1995 - ci ildən həmin kənddə yaşadığını, 3 uşağı olduğunu, sənədləri olmadığı üçün ölkəni heç yerə gedə bilmədiyini, şəxsiyyəti təsdiq edən heç bir sənədi olmadığı üçün vətəndaşlıq almadığını, balaca qızına da doğum şəhadətnaməsi ala bilmədiklərini, ona görə də uşağın da məktəbə gedə bilmədiyini, Ekanın heç bir ölkənin vətəndaşlığına mənsub olmadığını, çünki 1995-ci ildən Yengicə kəndindən kənara gedə bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X8 ifadəsində Eka ilə qonşu olduqlarını və uzaq qohumluqlarının olduğunu, əmicanısının qardaşı arvadı olduğunu, 1995-ci ildən Yengicədə yaşadığını, sənədləri olmadığı üçün Azərbaycan Respublikası vətəndaşlığı ala bilmədiyini, sənədləri olmadığı üçün heç bir ölkəyə getmədiyini, heç bir ölkənin vətəndaşlığına mənsub olmadığını, çünki 1995-ci ildən Yengicə kəndində yaşadığını bildirmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidləri ifadələrini işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan: - Abxaz Respublikası Tkvarçili VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli AB № 003560 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, QasƏrizəçi xx.xx.1979-cu il tarixdə Abxaz MSSR, Tkvarçili şəhərində doğulmuşdur; - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 177 nömrəli arayışından görünür ki, X15 həqiqətəndə 1995-ci ildən Şərur rayon Yengicə kəndində yaşayır; - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X3 atası X13, anası isə X9r; - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 474423 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4 atası X13, anası isə X9r. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X14 xx.xx.2014-cü il tarixdə Şərur rayon Yengicə kəndində serebral iflic səbəbindən ölmüşdür. - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-788/2023 saylı qətnaməsindən görünür ki, Ərizəçi X5 1995-ci ildən daimi olaraq Şərur rayon Yengicə kəndinin ərazisində yaşaması faktı müəyyən edilməsi qət edilmişdir. - Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli Qərarından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X5 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ərizəçi X15 1995-ci il tarixdə Şərur rayon Yengicə kənd sakini X12 ilə ailə həyata qurmuş, həmin vaxtdan Şərur rayon Yengicə kəndində yaşayır, ərizəçinin həmin ildən bu günədək Şərur rayon Yengicə kəndinin ərazisində yaşaması fakt Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-788/2023 saylı qətnaməsilə öz təsdiqini tapmışdır. Eyni zamanda ərizəçi onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi ilə bağlı Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmadığından xx.xx.1979-cu il təvəllüdlü X5 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina olunmuşdur. Həmçinin məhkəmə baxışı zamanı ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı şahid ifadələri də öz təsdiqini tapır. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ilə bağlı faktın başqa qaydada müəyyən edilməsi qeyri-mümkündür, ona görə də ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ona görədə məhkəmə bu qənaətə gəlir ki, xx.xx.1979-cu il təvəllüdlü X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.10-1-ci maddəsinə görə maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Məhkəmə toplanmış sübutlara tam, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçi xx.xx.1979-cu il təvəllüdlü X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi X10 aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220ci, 307,308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X5 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi X10 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar