Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-111/2022 27.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, ərizəçi X7 iştirakı ilə, Ərizəçi X7 maraqlı şəxslər Maraqlı şəxs1, X17, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X14 maraqlı şəxslər Maraqlı şəxs1, X17, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X18 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X14 ərizəsində, atası X21 28.12.2013-cü il tarixdə vəfat etdiyini, ondan Şərur rayon Mahmudkənd kəndində yerləşən 0.1570 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, atası X28 vəfat edəndən özünün həmin evə və həyətə baxdığını, evin sığortasını ödədiyini, hətta atası öləndən sonra evin telefonunun kəsilməməsi üçün indiyə qədər abunə haqqı ödədiyini, qardaşları Maraqlı şəxs1, Maraqlı şəxs4 və bacıları X22, Maraqlı şəxs3 mirasdan imtina etdiyini, özünün faktiki olaraq mirası qəbul edərək idarə etdiyini, X18 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat Kontoruna müraciət etdiyini, lakin Notariat Kontorunun yazılı sübutlar olmadığından və mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləcəyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək X18 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi X14 ərizəsində qeyd edilənlən xüsusatları təkrarlayaraq, əlavə olaraq izahatında 2013-cü ildə atası vəfat etdikdən sonra həmin evdə ailə qurmamış xəstə bibisinin yaşadığını, atasının qırx mərasimindən 10 gün sonra bibisinin də rəhmətə getdiyini, bacıları Bakı şəhərində, qardaşları isə Rusiya Federasiyasında yaşadıqlarından həmin evə sahiblik edərək idarə etməyə başladığını, həyətin torpaq sahəsində əkin apardığını, həyətin ağaclarını becərdiyini, meyvələrini yığaraq istifadə etdiyini, həyətin otunu biçdiyini, malheyvanı aparıb həyətdə otardığını, evin sökülüb-tökülməməsini hər zaman nəzərdə saxladığını, bacılarının və qardaşlarının kənarda yaşadığını, həmin evin onun tərəfindən miras olaraq qəbul edilməsinə etirazlarının olmaması barədə notarial qaydada təstiq edilmiş ərizə verdiklərini, haliyədə həmin evin telefonunu istifadə edərək aylıq abunə haqqını ödədiyini, lakin qəbzlərin bibisinin adına yazıldığını, eyni zamanda həmin evin vergi borclarını özünün ödədiyini, həmin evi icbari sığorta növü ilə sığortaladığını, evin bu günədək telefon və əmlakın vergi borcunun qalmadığını qeyd edərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, X17, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası maraqlı şəxslərin iştirakı olmadan keçirilmişdir. 11 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X3 qızı ilə qonşu olduqlarını, hazırki miras qalmış evin Bulqeyisin atası Musa kişiyə aid olduğunu, Mahmudkənd kəndində yerləşdiyini, Bulqeyisin yaşadığı evlə qonşuluqda yerləşdiyini, həmin evin onların evindən 2 ev kənarda yerləşdiyini, atası rəhmətə gedəndən sonra Bilqeyisin həmin evə nəzarət etdiyini, həyəti əkibbecərdiyini, meyvələrindən istifadə etdiyini, həmin evin telefonunu belə işlətdiyini bildirmişdir. 11 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 qızı və onun atası X28 ilə qonşu olduqlarını, Musa əmi vəfat etdikdə sonra o evdə yaşlı bacısının yaşadığını, onun ailə qurmadığını, xəstə olduğunu, Musa əmi vəfat etdikdən təqribən bir ay sonra bacısının da rəhmətə getdiyini, ondan sonra həmin evdə heç kimin yaşamadığını, Bilqeyisin atasından qalan həyətdə əkin əkdiyini, meyvə ağaclarını becərdiyini, meyvələrini yığıb istifadə etdiyini gördüyünü bildirmişdir. 11 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 Bilqeyis Musa qızının və onun atası X21 17 ildir ki, qonşuluğunda yaşadıqlarını, Musa əmi vəfat etdikdən sonra onun evində yaşlı bacısının yaşadığını, onun ailə qurmadığını, xəstə olduğunu, ona da Bilqeyisin qulluğ etdiyini, Musa əmi vəfat etdikdən az bir müddət sonra bacısının da rəhmətə getdiyini, ondan həmin həyətə və evə Bilqeyisin nəzarət etdiyini, həyətdəki bağı Bilqeyisin suvardığını, otunu biçdiyini, malqarasını həmin həyətdə otardığını, meyvələrini yığdığını, bayramlarda Bilqeyis həmin evin əşyalarını təmizlədiyini, onun da Bulqeyisə kömək etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 039381 nömrəli Daşınmaz Əmlakın İcbari sığortası şəhadətnaməsindən görünür ki, Mahmudkəndində yerləşən yaşayış evi icbari sığorta növü ilə sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil İstismar Sahəsinin 16.09.2021-ci il tarixli 705 nömrəli arayışından görünür ki, X28 general Şıxlinski küçəsi ev 46 mənzil 49-da vəfatı gününə qədər qeydiyyatda olmuş və oğlu Maraqlı şəxs1 və qızı X22 ilə birgə yaşamışlar. İş materiallarında olan Vİİ ЖГ 472673 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X6 ata adı X28, ana adı isə X11 qeyd olunmuşdur. İş materiallarında olan İV ЖГ 372967 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Maraqlı şəxs1 ata adı X28, ana adı isə X11 qeyd olunmuşdur. İş materiallarında olan Vİ- ЖГ 304417 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X9 ata adı X28, ana adı isə X11 qeyd olunmuşdur. İş materiallarında olan AZ-T№ 116716 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Maraqlı şəxs4 ata adı X28, ana adı isə X11 qeyd olunmuşdur. İş materiallarında olan 2 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.01.2014-cü il tarixli, AZ-İ 657855 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X28 28.12.2013-cü il tarixində sol mədəcik çatmamazlığından vəfat etmişdir. İş materiallarından görünür ki, X22 13.09.2021-ci il tarixli ərizəsində 28.12.2013-cü ildə vəfat etmiş X18 miras qalmış əmlakı qəbul etmədiyini və etmək də istəmədiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə müddətin bərpası ilə əlaqədar heç bir məhkəmə orqanına müraciət etməyəcəyini , ərizənin geri götürülməsinin mümkün olmayacaının notarius tərəfindən ona izah edildiyini bildirmişdir. İş materiallarından görünür ki, Maraqlı şəxs3 24.11.2021-ci il tarixli ərizəsində 28.12.2013-cü ildə vəfat etmiş atsı X18 ona çatan miras payını rəsmi və faktiki olaraq qəbul etmədiyini, etmək də istəmədiyini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağını bildirmişdir. İş materiallarından görünür ki, Maraqlı şəxs1 13.09.2021-ci il tarixli ərizəsində 28.12.2013-cü ildə vəfat etmiş X18 miras qalmış əmlakı qəbul etmədiyini və etmək də istəmədiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə müddətin bərpası ilə əlaqədar heç bir məhkəmə orqanına müraciət etməyəcəyini , ərizənin geri götürülməsinin mümkün olmayacaının notarius tərəfindən ona izah edildiyini bildirmişdir. İş materiallarından görünür ki, Maraqlı şəxs4 18.10.2021-ci il tarixli ərizəsində 28.12.2013-cü ildə vəfat etmiş, ölüm gününədək Azərbaycan Respublikası ünvan 1 ünvanında yaşamış atası X21 ölümündən sonra vərəsəliyin açılmasının ona məlum olduğunu, həmin ərizə ilə müddəti buraxmadığını, mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyini, miras əmlakın faktiki olaraq idarəçiliyində iştirak etmədiyini, X7 vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etirazının olmadığını, Rusiya Federasiyasının Notariat haqqında qanunvericilik əsaslarının 80-ci maddəsinə əsasən imzanın həqiqiliyini təstiq edən notarius sənəddəki imzanın müəyyən şəxs tərəfindən qoyulduğunu təstiq etdiyini, lakin sənəddə göstərilən faktları təstiq etmədiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Naxçıvan MR Şərur rayonu Mahmud kəndində mülkiyyətində olan 0.157 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 94.63 kv.m yaşayış, 57.72 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 21/2 nömrəli reyestr kitabının 259 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 36 saylı Notariat Ofisinin Şərur rayonu Mahmudkəndi ünvanında qeydiyyatda olan X7 etibarnamə üzrə nümayəndəsi X17 ünvanlanmış 22.10.2021-ci il tarixli 464 nömrəli məktubun məzmunundan görünür ki, miras əmlakı faktiki olaraq qəbul etmədiyi və qanunvericiliklə nəzərdə tutulmuş mirası qəbul etmək üçün müddəti buraxdığı üçün adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricində olduğu bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil İstismar Sahəsinin 14.02.2022-ci il tarixli 103 nömrəli arayışından görünür ki, X28 N.Tusi küçəsi ev 45 mənzil 67-də vəfat etmiş və aşağıdakı 5 uşaq onun vərəsələridir, birgə yaşamış və daimi qeydiyyatda olmuşlar:
1. Oğlu- Maraqlı şəxs1
2. Qızı- X22
3. Qızı- Maraqlı şəxs3
4. Qızı X14
5. Oğlu Maraqlı şəxs4 İş materiallarında olan Şərur rayonu Mahmudkəndi Bələdiyyəsinin 13.04.2022-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, X21 Şərur rayonu Mahmudkəndində olan 1722 nömrəli torpaq sahəsində yerləşən 94.0 kv.m sahəsi olan evin vergi borcunu mərhumun X5 tərəfindən ödənilmişdir. Onun Mahmudkəndində komunal xidmətlərə heç bir borcu yoxdur. İş materiallarında olan Şərur rayon Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 25.02.2014-cü il tarixli, AZ-İ 554071 nömrəli ölüm haqqında şəhadətnamənin təstiq olunmuş surətindən görünür ki, Mahmudova xanım Əli qızı 18.02.2014-cü il tarixində mikrokard infarktından vəfat etmişdir. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Mahmudkəndində yerləşən sözügedən miras əmlak xüsusi mülkiyyət hüququ üzrə mərhum X21 məxsus olmuş, o 28.12.2013-cü il tarixdə öldükdən sonra, həmin vaxtdan onun X5 atasından qalmış miras əmlakı faktiki olaraq idarə etməklə, onu lazımi vəziyyətdə saxlamaqla, vergilərin və digər ödəmələrini ödəməklə onu birmənalı şəkildə qəbul etmişdir. X7 miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin izahatı, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 qalmış miras əmlakın mərhumun X5 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi X14 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə təmin edilsin. X4 qalmış miras əmlakın mərhumun X5 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi X14 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev