Məhkəmə qərarları › İş №2(110)-1162/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1162/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1162/2025 09.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi Şəmil oğlunun, Maraqlı şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs6 iştirakları ilə, Ərizəçi Şəmil oğlunun Maraqlı şəxs1, X1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 maraqlı şəxs qismində cəlb etdiyi “miras əmlakın qəbul edilməsinin müəyyən olunması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16.12.202-ci ildə vəfat etmiş atası X4 və xx.xx.2016-cı ildə vəfat etmiş anası X2 miras qalmış (JN669A seriyalı 10200048 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şərur rayonu Oğlanqala kəndinda yerləşən 0.28 ha torpaq sahəsindəki pay) amlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi Şəmil oğlu ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılması və ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs6 Ərizəçi Şəmil oğlunun ərizəsinə etirazları olmadı və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədilər. Digər maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs6 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar keçirilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, ərizənin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxslər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması barədə ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi Şəmil oğlunun Maraqlı şəxs1, X1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 maraqlı şəxs qismində cəlb etdiyi “miras əmlakın qəbul edilməsinin müəyyən olunması” tələbi barədə ərizəsi baxılmamış saxlanılsın, ərizəyə əlavə olunmuş sənədlər Ərizəçi Şəmil oğluna qaytarılsın. Ərizəçi Şəmil oğlu tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025ci il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılsın. Ərizəçi Şəmil oğluna və digər iddiaçılara izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar