Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1187/2025 26.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakının tərəfimdən qəbul edilməsinin müəyyən olunmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 mülkiyyətində olan Şərur rayon Qışlaqabbas kənd ərazisində yerləşən JN 382A nömrəli 10208005 kodlu 0.21 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 195 m2 sahəsi olan fərdi yaşayış evi miras əmlak olaraq iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda tam payın iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində məhkəmənin icraatında olan 2(110)-1187/2025 saylı iş üzrə iddiaçı qismində çıxış etdiyini, iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinə əlavə olunmuş sənədlərin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması barədə ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "miras əmlakının tərəfimdən qəbul edilməsinin müəyyən olunmasına dair” iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №2(110)-1187/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1187/2025
26.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver