Azərbaycan Respublikası adından Qətnamə Şərur şəhəri İş № 2(110)-1193/2025 16.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSI Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs2 və maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi “mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2015-ci ildə vəfat etmiş atası X15 miras qalmış (Şərur rayonu Xələc kəndi ərazisində JN-247A seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.18 ha həyətyanı, JN-124 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki pay) əmlakın mənim tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəsində, mərhum atası X15 ötən əsrin 50-ci illərində mərhum anası Rəhimova Ərus İbrahim qızı ilə el adəti üzrə nikaha girərək ailə qurmuş, nikahlarını isə bir neçə il sonra ## #### 1972-ci il tarixdə o vaxtki İliç rayon Yengicə kənd sovetində ** nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Onların bu nikahından - ##.##.1957-ci il tarixdə maraqlı şəxs5; - ##.##.1962-ci il tarixdə X23; - ##.##.1969-cu il tarixdə Ərizəçi; - ##.##.1972-ci il tarixdə Rəhimova (Həsənova) Nigar Ramazan qızı adında dörd övladı doğulmuş və mərhum valideyinləri ömürlərinin sonuna kimi Şərur rayonu Xələc kəndində yerləşən evlərində yaşamışlar. Belə ki, anası Ə.Rəhimova hələ ##.##.1983-cü il tarixdə vəfat etmiş və atası ikinci dəfə qeyri rəsmi nikaha girməklə bu nikahından da - ##.##.1992-cı il tarixdə Rəhimova (Tahirova) Fəridə Ramazan qızı adında bir övladı dünyaya gəlmişdir. Sonradan ölkəmizdə aparılan islahat zamanı ailəmizin istifadəsində olan torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiayasının ##.##.1996-ci il tarixli qərarı ilə rəsmi olaraq bizim istifadələrinə verilmiş, bununla bağlı JN-247A seriyalı 10207038 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim olunmuşdur. Hansı ki, bu şəhadətnaməyə əsasən 0.18 ha həyətyanı torpaq sahəsi ailənin birgə mükiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində isə hələ valideyinlərinin sağlığında inşa edilmiş bir mərtəbə beş otaq və digər yardımçı sahələrdən ibarət fərdi yaşayış evi mövcuddur ki, bu ev də müxtəlif səbəblərdən resmi reyestrdə qeydiyyata alınmamışdır. Bununla yanaşı Şərur rayon Aqrar İslahat Komissiayasının ##.##.1999-cu il tarixli digər qərarı ilə bizim ailəyə JN-124 seriyalı 10207038 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də ayrılmış və bu torpaq sahələri uzun müddətdir ki, onun istifadəsindədir. Atası R.Rəhimov ##.##.2015-ci il tarixdə vəfat etdikdən sonra qeyd edilən torpaq sahələrindəki payı miras qalmışdır. Hansı ki, atası vəfat etdikdən əmlaka baxım və qulluq onun tərəfindən qəbul edilmiş, eyni zamanda bu müddət ərzində vergi və digər kommunal xidmətlərin haqqı onun tərəfindən ödənilmişdir. Çünki, bacı və qardaşları ailə qurmaqla təsərrüfatdan ayrılmış, o isə ailə qurduqdan sonra mərhum atasının yanında qalaraq ona qulluq etmişdir. Bu fakt isə müvafiq orqanlar tərəfindən verilmiş arayış və dəvət edəcəyi həmkəndliləri ifadələri ilə təsdiq edilə bilər. Ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirməmişdir. 2025-ci ilin oktyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon * saylı Notariat Ofisinə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdi. Baxmayaraq ki, valideyinlərindən qalmış miras əmlak uzun zamandır ki, faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Hazırki vəziyyətdə isə vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından müvafiq ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ərizəsi əsaslı olduğundan təmin edilməli və mərhum atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı tanınmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi ərizədə qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə cəlb edilmiş maraqlı şəxslər maraqlı şəxs6, maraqlı şəxs5, maraqlı şəxs4, maraqlı şəxs3, maraqlı şəxs2 və maraqlı şəxs1 məhkəmə iclasında iştirak edərək mirasın faktiki olaraq ərizəçi tərəfindən qəbul edildiyini, miras əmlaka dair hər hansı tələblərinin və etirazlarının olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatına və toplanmış sübutları tam, hərtərəfli, məcmu halında və əlaqəli şəkildə tədqiq edib, obyektiv hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş: - JN-124 KOD ******** nömrəli Torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli *** nömrəli qərarı ilə X16, X7, X12, Ərizəçi, X13, X5, X8 birgə mülkiyyət hüququ əsasında ünvan 1ndə 0.18 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - JN-247A KOD ******** nömrəli Torpağın mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının ##.##.1996-cı il tarixli ** nömrəli qərarı ilə X16, X7, X12, Ərizəçi, X13, X5, X8 birgə mülkiyyət hüququ əsasında Şərur rayon Xələc kəndində 0.96 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli ****** nömrəli çıxarışdan görünür ki, X23 ##.##.2025-ci il tarixində ünvan 1ndə kəskin mikard infarkt səbəbindən vəfat etmişdir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2015-ci il tarixli ****** nömrəli çıxarışdan görünür ki, X15 ## #### 2015-ci il tarixində ünvan 1ndə qaraciyər serrozu səbəbindən vəfat etmişdir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli ****** nömrəli çıxarışdan görünür ki, Rəhimova Ərus İbrahim oğlu ##.##.1983-cü il tarixində Şərur rayon Yengicə kəndində hipertonik kriz səbəbindən vəfat etmişdir; - Naxçıvan MSSR İliç rayonu Yengicə kənd soveti tərəfindən verilmiş ## ### 1984-cü il tarixli çıxarışdan görünür ki, maraqlı şəxs1bdin Ramazan oğlu və maraqlı şəxs3 ## ### 1984-cü il təvəllüdlü maraqlı şəxs1 Zeynalabdin oğlunun valideynləridir; - Naxçıvan MSSR İliç rayonu Yengicə kənd soveti tərəfindən verilmiş ## ###### 1993-cü il tarixli çıxarışdan görünür ki, maraqlı şəxs1bdin Ramazan oğlu və maraqlı şəxs3 ## ###### 1993-cü il təvəllüdlü X17 valideynləridir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli çıxarışdan görünür ki, X21 və X9 ##.##.1992-ci il təvəllüdlü X12 valideynləridir; - Naxçıvan MSSR İliç rayonu Yengicə kənd soveti tərəfindən verilmiş ## ##### 1972-ci il tarixli çıxarışdan görünür ki, X21 və Rəhimova Ərus İbo qızı ## ##### 1972-ci il təvəllüdlü X10 valideynləridir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli çıxarışdan görünür ki, X21 və Rəhimova Ərus İbo qızı ##.##.1957-ci il təvəllüdlü maraqlı şəxs5 valideynləridir; - Naxçıvan MSSR İliç rayonu Yengicə kənd soveti tərəfindən verilmiş ## ###### 1969-cu il tarixli çıxarışdan görünür ki, X21 və Rəhimova Ərus İbo qızı ## ###### 1969-cu il təvəllüdlü Ərizəçi Zeynalabdin oğlunun valideynləridir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli çıxarışdan görünür ki, X3 və X14 ##.##.1962-ci il təvəllüdlü X6 valideynləridir; - Naxçıvan MSSR İliç rayonu Yengicə kənd soveti tərəfindən verilmiş ##.##.1973-cü il tarixli evlənmək haqqında şəhadətnamənin sürətindən görünür ki, X21 və Rəhimova Ərus İbo qızı arasında ##.##.1973-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X15 aid ##.##.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:
1. Əri (arvadı): Rəhimova Ərus İbrahim qızı (##.##.1930) (VƏFAT EDİB ##.##.1983)
2. Qızı: maraqlı şəxs5 (##.##.1957)
3. Oğlu: X23 (##.##.1962) (VƏFAT EDİB ##.##.2025)
4. Oğlu: Ərizəçi Zeynalabdin oğlu (##.##.1969)
5. Qızı: maraqlı şəxs4 (##.##.1972)
6. Qızı: maraqlı şəxs6 (##.##.1992) - Şərur rayon * saylı Notariat Ofisinin notariusunun ##.##.2025-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi ##.##.2025-ci il tarixli ərizsinə əsasən ##.##.2025-ci il tarixdə vəfat etmiş X15 ölümündən sonra qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişdir; Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə, iş üzrə maraqlı şəxslərin ərizələri ilə müəyyən edilmişdir ki, X15 ərizəçinin atasıdır, ##.##.2025-ci il tarixdə ölmüşdür. Şərur rayonu Xələc kəndi ərazisində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsi, 0.96 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Ərizəçi məxsusdur. Miras dair vərəsələr arasında mübahisə mövcud deyildir.Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ali Məhkəmənin qeyd edilən Plenum qərarının 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində isə nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüquq normaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1. Miras əmlaka sahiblik etmək üsulu. 2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahiblik etməkdir. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etməkdir. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, işə yuxarıda qeyd edilən hüquq normaları konteksindən və geniş hüquq rakursundan yanaşaraq, iş materiallarında olan sübutları, obyektiv, məcmu halında və əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlirki ərizə təmin edilməlidir. ## #### 2015-ci il tarixdə ölmüş X15 miras qalmış (JN-247A seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şərur rayonu Xələc kəndində yerləşən 0.18 ha həyətyanı, JN-124 seriyalı torpağa mülkiyyətə dair dövlət aktına əsasən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki pay) əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə məhkəməyə verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. ## #### 2015-ci il tarixdə ölmüş X15 miras qalmış (JN-247A seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şərur rayonu Xələc kəndində yerləşən 0.18 ha həyətyanı, JN-124 seriyalı torpağa mülkiyyətə dair dövlət aktına əsasən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki pay) əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İlkin Zeynalov