Məhkəmə qərarları › İş №2(110)-1195/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1195/2025

26.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1195/2025 26.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "miras əmlakın qəbul edilməsi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 mülkiyyətində olan Şərur rayon Qarxun kənd ərazisində yerləşən 0.05 ha, 0.0549 ha və 0.0882 ha həyətyanı torpaq sahələri və 79.75 m² ümumi sahəsi olan fərdi yaşayış evinin miras əmlak olaraq iddiaçınin tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakda tam payın tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 20 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iş məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edərək Şərur Rayon Məhkəməsinin 2(110)- 1195/2025 saylı qərardadı ilə məhkəmə baxışına təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində bildirmişdir ki, Şərur Rayon Məhkəməsinin icraatında olan "miras əmlakın tərəfimdən qəbul edilməsinin müəyyən olunması” tələbi barədə 2(110)-1195/2025 saylı mülki iş üzrə iddiaçı qismində iştirak etdiyini, işin faktiki hallarını nəzərə alaraq, ərizənin baxılmamış saxlanılmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə ona qaytarılması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçınin ərizənin baxılmamış saxlanılması barədə ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "miras əmlakın qəbul edilməsi barədə" ərizəsi baxılmamış saxlanılsın, ərizəyə əlavə olunmuş sənədlərlə birgə ərizə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** saylı qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar