Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-12/2022 11.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “əmlakımdan məcburi çıxarılma tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Şərur rayonu Kürkənd kəndində yerləşən daşınmaz əmlakdan Cavabdeh məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 04.02.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində iddiaçı X1 ona qarşı “əmlakdan məcburi çıxarılma tələbi barədə” mülki işin məhkəmənin icraatında olduğunu, onun Şərur Rayon Məhkəməsində X2 qarşı “mənzildən yaşayış və istifadə hüququ" tələbi barədə iddia qaldırdığını və həmin mülki işin hal-hazırda icraatda olduğunu, 2(110)- 206/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək X1 ona qarşı “əmlakdan məcburi çıxarılma tələbi barədə” mülki işin icraatının dayandırılmasını xahiş etmiş və Şərur Rayon Məhkəməsinin 2(110)-74/2021 nömrəli, 05 fevral 2021-ci il qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı X4 25.01.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şərur rayon Məhkəməsində Cavabdeh qarşı “əmlakımdan məcburi çıxarılması tələbi barədə” iddia qaldırdığını, eyni zamanda Cavabdeh ona qarşı “mənzildən yaşayış və istifadə hüququ tələbi barədə” iddia qaldırdığı üçün onun iddiası üzrə mülki iş Şərur rayon Məhkəməsinin 2(110)- 74/2021 saylı qərardadı ilə baxılmamış saxlanıldığını, Cavabdeh ilə öz aralarında razılığa gəldiklərini, buna görə də hazırki iş üzrə icraatın təzələnməsi və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasının iş üzrə tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanması xahiş etmiş, cavabdeh isə məhkəmə baxışında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı X4 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə 17.11.2020-ci il tarixdə K0133001 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı “əmlakımdan məcburi çıxarılma tələbi barədə” mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X4 tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsi ilə 17.11.2020-ci il tarixdə K0133001 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı X2 izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-12/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-12/2022
11.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver