Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1209/2025 22.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X5 Ərizəçi maraqlı şəxslər X1 və Maraqlı şəxs2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim : Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1999-cu ildə vəfat etmiş atası X3 və xx.xx.2005-ci ildə vəfat etmiş anam Hüseynova (Kərimova) Matoş Mustafa qızından miras qalmış (Şərur rayonu Aşağı Daşarx kəndində yerləşən JN-079B nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnaməyə əsasən 0.15 ha, JN-079A nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnaməyə əsasən 0.19 ha həyətyanı torpaq sahələri və JN-140 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən isə 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki pay) əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri aşağıdakı hallarda geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Məhkəməyə ünvanlanmış ərizə mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verilmişdir, belə ki Ərizəçi doğum haqqında şəhadətnaməsinə ata qrafasında X4 olduğu üçün və qanun üzrə vərəsə olması öz təqsdiqini tapmadığından ərizəçi X2 miras qalmış əmlakı qəbul etmə hüququna malik deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.2, 152.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxslər X1 və Maraqlı şəxs2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №2(110)-1209/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1209/2025
22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver