Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1219/2025 20.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X54 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi “miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə vəfat etmiş X3nun ölümündən sonra qalmış miras əmlakın nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq tərəfindən miras əmlak kimi qəbul edilməsi faktinın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, X3 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X8 tam mülkiyyətinə verilmiş Şərur şəhəri, H. Əliyev prospekti, 3/13A ünvanında yerləşən ümumi sahəsi 0.0311 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. X3 vəfat etdikdən sonra onun vərəsələri: Maraqlı şəxs4 Heydər oğlu-xx.xx.1949, X14-xx.xx.1953, X15-xx.xx.1957, X20xx.xx.1960, X16, X11 olmuşdur. Mərhum atası X1 və onun ölümündən sonra qalmış Şərur şəhəri, H. Əliyev prospekti, 3/13A ünvanında yerləşən ümumi sahəsi 0.0311 hektar həyətyanı torpaq sahəsini miras əmlak kimi o qəbul etmiş və bu günə kimi də mübahisəsiz olaraq ailə üzvləriylə birlikdə həmin torpaq sahəsindən istifadə edirlər. Lakin maddi imkanı olmadığından qeyd olunan əmlakı miras əmlak kimi adına rəsmiləşdirə bilməmişdir. xx.xx.2025-ci il tarixdə isə o miras əmlakın qəbulu ilə bağlı müvafiq sənədləri toplayıb Maraqlı şəxs1nə ərizə ilə müraciət edərək mərhum X3nun ölümündən sonra harada yeləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakdan X28 şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxs1ndən verilmiş xx.xx.2025-ci il tarixli 96 saylı Notariat hərəkətlərin aparılmasından imtina edilməsi haqqında qərarına əsasən mirasın qəbulu ilə bağlı müəyyən olunmuş prosessual müddəti buraxdığı əsas gətirilərək ona Qanun üzrə X28 Şəhadətnamə verilməsindən imtina edilmişdir. Bildirir ki, mərhum X3nun birinci növbəli vərəsələrindən atası X9 və anası X21 atasının sağlığında vəfat etmiş, arvadı X22 xx.xx.2000-ci ildə vəfat etmiş, digər vərəsələri Maraqlı şəxs4 Heydər oğlu, X14, Əsgərova (Heydərova) Sevil Heydər qızı və Quliyeva (Heydərova) Zeynəb Heydər qızı notarial qaydada ərizə verərək xx.xx.2017-ci ildə vəfat etmiş X3nun ölümündən sonra qalmış mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etmədiklərini və qəbul etmək niyyətində olmadıqlarını bildirmişlər, digər vərəsə Əliyeva (Abbasov) Ceyran Heydər qızı miras əmlakdan imtina edilməsi barədə ərizə verməmişdir, lakin miras əmlakın tərəfindən qəbul edilməsinə heç bir etirazı yoxdur (atası X2 bacısı Əliyeva (Abbasova) Ceyran heydər qızını mirasdan məhrum edib). Qeyd olunanlara əsasən X3nun ölümündən sonra qalmış əmlakın nədən ifadə olmasından və harada olmasından asılı olmayaraq miras əmlak kimi tərəfindən qəbul edilməsinin tanınmasını istəyir. Ona görə də müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmənin qərardadı ilə işə cəlb edilmiş maraqlı şəxslər maraqlı şəxslər X23, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs5 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər, lakin məhkəməyə ərizə ünvanlayaraq etirazlarının olmamasını, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilərək ərizəçinin tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatına və toplanmış sübutları tam, hərtərəfli, məcmu halında və əlaqəli şəkildə tədqiq edib, obyektiv hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş: - MH ******* saylı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri” barədə çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli ********** saylı qeydiyyat nömrəli Reyestrində çıxarışdan görünür ki, Şərur şəhəri, H.Əliyev prospekti, 3/13A ünvanında yerləşən, 0.0311 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 sentyabr 2017-ci il tarixli 596567 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 27 sentyabr 2017-ci il tarixində Şərur şəhərində beyinə qansızma səbəbindən vəfat etmişdir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli 675778 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2025-ci il tarixində Şərur şəhərində mədə-bağırsaq qanaxması səbəbindən vəfat etmişdir; - Naxçıvan Muxtar Respublikası Şərur rayon Axura kənd İ.N tərəfindən verilmiş xx.xx.2011ci il tarixli 376554 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.2005-ci il tarixində Şərur rayon Axura kəndində ürək dayanması səbəbindən vəfat etmişdir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X22 xx.xx.2009-cu il tarixində Şərur şəhərində şəkərli diabet səbəbindən vəfat etmişdir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X30 və X12 xx.xx.1981-cı il təvəllüdlü X17 valideynləridir; - İliç rayonu ZAQS Şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X24 və X22 xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X19 və X25 xx.xx.1949-cu il təvəllüdlü X10 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X19 və X22 xx.xx.1957-ci il təvəllüdlü X6 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X19 və X18 xx.xx.1957-ci il təvəllüdlü X4 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X26 və X18 xx.xx.1963-cü il təvəllüdlü X5 valideynləridir; - Şərur rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X19 və X22 xx.xx.1953-cü il təvəllüdlü X7 valideynləridir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 020393 nömrəli çıxarışdan görünür ki, X24 və X22 arasında xx.xx.1960-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Heydarova” soyadı verilmişdir. - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X13 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:
1. Əri (arvadı): X22 –(xx.xx.1934) (VƏFAT EDİB xx.xx.2009)
2. oğlu- X27 –(xx.xx.1949)
3. oğlu- X14 –(xx.xx.1953) (VƏFAT EDİB xx.xx.2025)
4. qızı – Maraqlı şəxs6 –(xx.xx.1953)
5. qızı – Maraqlı şəxs5 –(xx.xx.1957)
6. oğlu- Ərizəçi –(xx.xx.1960)
7. qızı – Maraqlı şəxs2 –(xx.xx.1963)
8. qızı – Maraqlı şəxs3 –(xx.xx.1966) - Maraqlı şəxs1 notariusunun 96 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Ərizəçi Qanun üzrə X28 Şəhadətnamə verilməsindən imtina edilmişdir; - Təqdim edilmiş kommunal xidmətlərə dair qəbzlərdən görsənir ki, həmin xidmətlərin haqqı ərizəçi tərəfindən ödənilir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə, iş üzrə maraqlı şəxslərin ərizələri ilə müəyyən edilmişdir ki, X19 ərizəçinin atasıdır və X3 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə atasından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ali Məhkəmənin qeyd edilən Plenum qərarının 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində isə nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüquq normaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1. Miras əmlaka sahiblik etmək üsulu. 2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahiblik etməkdir. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıqaşkar görünür. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etməkdir. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, işə yuxarıda qeyd edilən hüquq normaları konteksindən və geniş hüquq rakursundan yanaşaraq, iş materiallarında olan sübutları, obyektiv, məcmu halında və əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlirki ərizə təmin edilməlidir. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 oğlundan miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2017-ci ildə ölmüş X8 ölümündən sonra miras əmlakın nədən ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq, Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İlkin Zeynalov