Məhkəmə qərarları › İş №2(110)-1268/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1268/2025

07.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1268/2025 07.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X3 İddiaçı cavabdehlər Cavabdeh1, X1, Nümayəndə, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakının qəbul edilməsinin müəyyən olunması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim : İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhumə X2 mülkiyyətində olan Şərur rayon Vərməziyar kənd ərazisində yerləşən 0.11 ha JN-061A nömrəli 10218038 kodlu həyətyanı torpaq sahəsi miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakda tam payın tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib məhkəmə müəyyən edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri aşağıdakı hallarda geri qaytarır: 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində göstərilir ki, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) dair məlumat iddia ərizəsində qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən etibarnamə iş materiallarına əlavə olunsa da, etibarnamə verilən şəxs Nümayəndə iş üzrə cavabdeh qismində də işə əlavə olunması şəxsin nümayndə kimi işdə iştirak etməsini mümkünsüz edir. Nəticədə səlahiyyətinin olub-olmaması iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapmır. Bu zamanda nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamış hesab olunur. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 13-cü bəndində qeyd edilir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150,152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Nümayəndə, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakının qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı geri ödənilsin. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar