Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-1297/2025 04.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X29 oğlunun katibliyi, Maraqlı şəxslər – Maraqlı şəxs1 və Maraqlı şəxs3 Avtandil oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, X5, Maraqlı şəxs2 Avtandil qızını, Maraqlı şəxs4 və Maraqlı şəxs5 maraqlı şəxs qismində cəlb etdiyi “mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci ildə vəfat etmiş əri X4 miras qalmış (daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə MH seriyalı ******* nömrəli çıxarışa əsasən Şərur rayon Oğlanqala kəndi ərazisində yerləşən 0.1585 ha torpaq sahəsi) əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, onunla mərhum əri X9 arasında 03 oktyabr 1967-ci il tarixdə o vaxtki İliç rayon Cəlilkənd kənd sovetində 36 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.1968-ci il tarixdə Maraqlı şəxs1 ,xx.xx.1971-ci il tarixdə Maraqlı şəxs2, xx.xx.1972-ci il tarixdə Maraqlı şəxs3, xx.xx.1975-ci il tarixdə İmamquliyeva (Kərimova) Natəvan Avtandil qızı və xx.xx.1979-ci il tarixdə Maraqlı şəxs5 adında dörd övladları doğulmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət Şərur (o vaxtki İliç rayon) rayonunun Billava kəndində yaşamış, daha sonra isə qeyd edilən kənd əhalisinin arana bölgəyə köçməsi səbəbilə onlar də Şərur rayon Oğlanqala kəndində məskunlaşmışlar. Sonradan ölkəmizdə aparılan islahat zamanı onlara 0.1585 ha torpaq sahəsi ayrılmış və bu torpaq sahəsi də mərhum əri A.İmamquliyevin adına qeydə alınmışdır. Hansı ki, daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2015-ci il tarixdə MH seriyalı ******* nömrəli çıxarış da verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində ümumi 90 kv.m olan 1 mərtəbəli iki otaq bir salon və mətbəxdən ibarət fərdi yaşayış evi inşa etmişlər, lakin müxtəlif səbəblərdən bu evlərini rəsmi olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışlar. Zamanla övladları böyüyüb ailə qurmaqla təsərrüfatdan ayrılmışlar ki, bu səbəbədən də qeyd edilən torpaq sahəsi və onu üzərində olan evdə o və mərhum əri yaşamışlar. Əri A.İmamquliyev isə xx.xx.2022-ci ildə vəfat etmiş, o vəfat etdikdən sonra onun dəfni həmçinin el adəti üzrə yas mərasimləri onun özü tərəfindən təşkil edilmiş, bununla bağlı xərclərin əksər hissəsi onun tərəfindən ödənilməklə mərhum ərindən qalmış miras da faktiki olaraq onun tərəfindən qəbul edilərək, miras qalmış həyət-bacaya baxım və qulluq, həmçinin vergi və digər kommunal borclar onun tərəfindən ödənilmişdir. Ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirməmişdir. 2025ci ilin noyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı Notariat Ofisinə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etdi. Baxmayaraq ki, ərindən qalmış miras əmlak uzun zamandır ki, faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Hazırki vaxtda isə vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ərizəsi əsaslı olduğundan təmin edilməli və mərhum ərindən qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı tanınmalıdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs2 Avtandil qızı, Maraqlı şəxs1 və Maraqlı şəxs3 məhkəməyə verdikləri izahatda ərizəyə heç bir etirazları olmadıqlarını bildirərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəsində göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin ounması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər İmamquliyeva (Kərimova) Natəvan Avtandil qızına, Maraqlı şəxs5 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə ərizəçi və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxslərin izahatına və toplanmış sübutları tam, hərtərəfli, məcmu halında və əlaqəli şəkildə tədqiq edib, obyektiv hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş: - MH ******* saylı Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri” barədə çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli ********* saylı qeydiyyat nömrəli Reyestrində çıxarışdan görünür ki, Şərur rayon Oğlanqala kəndində yerləşən yerləşən, 0.1585 ha torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 871549 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixində Şərur rayon Oğlanqala kəndində Miokard infarkt səbəbindən vəfat etmişdir; - İliç rayonu Cəlilkənd kənd Soveti tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 və Ərizəçi xx.xx.1968-cı il təvəllüdlü Maraqlı şəxs1 valideynləridir; - İliç rayonu Cəlilkənd kənd Soveti tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 və Ərizəçi xx.xx.1971-cı il təvəllüdlü Maraqlı şəxs2 Avtandil qızının valideynləridir; - İliç rayonu Cəlilkənd kənd Soveti tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 və Ərizəçi xx.xx.1975-ci il təvəllüdlü X7 valideynləridir; - İliç rayonu Cəlilkənd kənd Soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 və Ərizəçi xx.xx.1979-cu il təvəllüdlü Maraqlı şəxs5 valideynləridir; - İliç rayonu Cəlilkənd kənd Soveti tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 və Ərizəçi xx.xx.1972-ci il təvəllüdlü Maraqlı şəxs3 Avtandil oğlunun valideynləridir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir:
1. Əri (arvadı): X6 (xx.xx.1941) (VƏFAT EDİB xx.xx.2022)
2. Oğlu: Maraqlı şəxs1 (xx.xx.1968)
3. Qızı: Maraqlı şəxs2 Avtandil qızı (xx.xx.1971)
4. Oğlu: Maraqlı şəxs3 Avtandil oğlu (xx.xx.1972)
5. Qızı: X10 (xx.xx.1975)
6. Qızı: Maraqlı şəxs5 (xx.xx.1979) - Şərur rayon 2 saylı Notariat Ofisinin notariusunun 225 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şərur rayon Oğlanqala ünvanında qeydiyyatda olan Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə ölmüş X1 ölümündən sonra miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişdir; - İliç rayon Cəlilkənd Soveti tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli İ-ИЕ 535686 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X20 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “İmamquliyeva” soyadı verilmişdir. - Şərur rayon Dizə bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçinun heç bir kommunal borcu yoxdur. mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - X2 Rayon Məhkəməsinə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X21 vəfat etmişdir. Mərhum X26 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - X13 Rayon Məhkəməsinə verdiyi xx.xx.2026-cı il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X21 vəfat etmişdir. X8 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı və iş üzrə maraqlı şəxslərin ərizələri ilə müəyyən edilmişdir ki, ərizəçinin atası mərhum X21 xx.xx.2004-cü il tarixdə vəfat etdikdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə atasından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ali Məhkəmənin qeyd edilən Plenum qərarının 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində isə nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüquq normaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1. Miras əmlaka sahiblik etmək üsulu. 2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahiblik etməkdir. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıqaşkar görünür. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etməkdir. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, işə yuxarıda qeyd edilən hüquq normaları konteksindən və geniş hüquq rakursundan yanaşaraq, iş materiallarında olan sübutları, obyektiv, məcmu halında və əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlirki ərizə təmin edilməlidir. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X16 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 miras qalmış (daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən Şərur rayon Oğlanqala kəndi ərazisində yerləşən 0.1585 ha torpaq sahəsi) əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İlkin Zeynalov