Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-142/2023 25.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X27 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X17 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə kimi Naxçıvan Muxtar Respublikası , ünvan 1 ünvanında yerləşən 54.70 kv.m ümumi və 01268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atam X16 xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur şəhərində vəfat etmişdir. Mərhum atam X11 vəfatından sonra onun mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, Həzi Aslanov 2 ünvanında ümumi 01268 ha torpaq sahəsi üzərində yerləşən 54.70 kv.m. ümumi sahədən ibarət olan fərdi yaşayış evi miras qalmışdır. Atamdan qalmış həmin əmlakı mən İddiaçı xx.xx.1988-ci il tarixdə atam vəfat edəndən faktiki olaraq vərəsə kimi qəbul etmişəm və həmin evdə ailəmlə birgə yaşayaraq əmlakı idarə etməyə başlamışam. Mən mirasın mənim tərəfimdən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmirəm. Bununla bağlı qonşularım da şahidlik edə bilər. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət edirəm. Qeyd etmək istəyirəm ki, mərhum atam mərhum anamla uzun müddət ayrı yaşamalarına baxmayaraq, həyat yoldaşımla mən atamla birgə yaşamışıq və təsərrüfat işlərini birgə aparmışıq. X1 həmin dövrdə indiki Ukrayna Respublikasında öz ailəsi ilə birlikdə yaşayırdı, mərhum X3 isə həmin dövrdə mərhum X4 ilə birgə Şəki şəhərinin üzümçülük sovxozu adlanan kənddə yaşayırdı. Mərhum atamın vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakı faktiki olaraq vərəsə kimi qəbul etdim və əmlakı idarə etməyə başladım. Həmin miras qalmış fərdi yaşayış evinin bütün təsərrüfat işlərini apardım və köhnə ev olduğu üçün yenidən təmir işlərini görməyə başaldım. Atamın ölüm xəbərini mərhum anama bildirdikdən sonra anam Şərur şəhərinə köçdü və mərhum atamdan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakda mənimlə birlikdə yaşamağa başladı. Həmin dövrdə mərhum X4 öz ailəsi ilə birlikdə Şəki şəhəri, üzümçülük sovxozu adlanan kənddə və o biri X1 isə öz ailəsi ilə birlikdə indiki Ukrayna Respublikasında yaşayırdılar. Mərhum atam X5 miras qalmış Naxçıvan Muxtar Respublikası, ünvan 3 ünvanında yerləşən ümumi 0.1268 ha torpaq sahəsi üzərində 54.70 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evini mən 18 mart 1988-ci il tarixdə faktiki olaraq vərəsə kimi qəbul etməyimə baxmayaraq, həmin sözügedən əmlaka dair X41 şəhadətnamə almaq üşün 11 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Cavabdehnə müraciət etdim, ərizəmə cavab olaraq Naxçıvan Muxtar Respublikası, Cavabdeh 10 saylı 15 dekabr 2020-ci il tarixli qərarına əsasən, müraciətimin icrasından imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycam Respublikası Mülki-Prosessual Məcəlləsinin 1248-ci maddəsinə istinad etmişdir. Mərhum atamdan Miras qalmış sözügedən fərdi yaşayış evini vərəsə kimi faktiki olaraq qəbul etdiyimdən istədiyim zaman müraciət edərək vərəsəlik şəhadətnaməsi ala biləcəyimi düşünmüşəm. Mən Cavabdeh imtinası ilə razı deyiləm. Cavabdeh notariusu mənim mirası faktiki olaraq 18 mart 1988-ci il tarixdə qəbul etməyimi araşdırmadan mənə vərəsəlik hüququ haqqənda şəhadətnamə verməkdən imtina etmişdir. Qeyd edilən fərdi yaşayış evi mənim ata yurdumdur, qeyd edilən evdə mən böyüyüb boya-başa çatmışam. Şərur şəhərində yerləşən mərhum atamdan miras qalmış qeyd edilən miras əmlakı uzun müddətdir ki, (18 mart 1988ci ildən) faktiki olaraq vərəsə kimi qəbul etmişəm. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, halhazırda mərhum atam X7 iki vərəsəsi qalmışdır. Mən İddiaçı və X1. X3 xx.xx.2009-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində vəfat etmişdir. X4 xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində vəfat etmişdir. X1 vərəsə kimi mərhum atamızdan miras qalmış sözügedən miras əmlaka dair 12 avqust 2021-ci il tarixli, Ukrayna şəhəri, Rivne vilayəti, Rivne rayon notarial dairəsinin xüsusi notariusu Tişkin J.Y. imzası və möhürü ilə təsdiq edilmiş ərizəsinə əsasən özünə çatası paydan mən İddiaçı xeyrinə imtina etmişdir. Vərəsə kimi Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında yerləşən 54.70 kv.m ümumi və 01268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin mənim tərəfimdən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirəm. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəmə iclasında nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahatında X6 Abbasın arvadı olduğunu, 2003-cü ildə Abbasla ailə qurduqlarını, Şərur şəhərində Həzi Aslanov küçəsində Abbasın yaşadığı ata evinə köçdüyünü, orada yaşadıqlarını, nikahlarından iki uşaqları Bulqeyis və Həşimin doğulduğunu, evləndikdən təxminən 5-6 il sonra 2009-cu ildə qaynanası Bulqeyisin vəfat etdiyini, o vəfat etdikdən sonra orada yaşamağa davam etdiklərini, eyvan, hamam tikdiklərini, həyətə ağac əkdiklərini, Abbas vəfat etdikdən sonra uşaqları ilə həmin evdə yaşamağa davam etdiklərini, 2022-ci ilin noyabr ayında ev qəzalı vəziyyətdə olduğu üçün uşaqları ilə evdən çıxdıqlarını və Şahtaxtı kəndinə gedib, hal-hazırda orada yaşadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 izahatında Abdullayev Həşimin birinci arvadından olan oğlu olduğunu, anasının adı X30 olduğunu, 1949-cu ildə anasının onu atasının yanında qoyaraq getdiyini, sonradan atasının Bulqeyislə evləndiyini, onu Bulqeyis böyütdüyünü, 1965-ci ildə hərbi xidmətə getdiyini, 1968-ci ildə qayıtdığını, atasının evində yaşamağa başladığını, 1970-ci ildə ailə qurduğunu və Şahtaxtı kəndində başqa evə köçdüyünü, bu günə qədər orada yaşadığını, 1988-ci ildə atası vəfat edəndə Rübabə adlı qadınla evli olduğunu, Bulqeyisdən rəsmi qaydada olmasada faktiki ayrıldığını, Bulqeyisin qardaşı Abbasın ailəsi ilə Şəki şəhərinə gedərək orada yaşadığını, atasının xəstə olduğunu, tez-tez atasının yanına gedib-gəldiyini, həmin vaxt Məhəmmədəlinin hərbi qulluqçu olduğunu, Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, atasının vəfatı barədə Məhhəmmədəliyə və Abbasa xəbər verdiyini, Məhhəmmədəlinin, Abbasasın və Bulqeyisin yas mərasiminin 2-ci gün gəldiklərini, atasının dəfn xərclərinin ödənməsi üçün pul yığdığını, yas mərasiminə öz pulunu xərcləndiyini, atasının vəfatından sonra Məhhəmmədəlinin Sumqayıta qayıtdığını, çünki iş yerinin orda olduğunu, həmin evdə Abbas və Bulqeyisin yaşamağa başladığını, daha Şəki şəhərinə qayıtmadıqlarını, atasının yas mərasimindən sonra həmin evdə yaşamadığını, orada hər hansı bir təsərrüfat işi aparmadığını, çünki yaşayış yerinin Şahtaxtı kəndində olduğunu, mirasın qəbulu ilə bağlı notariusa müraciət etmədiyini, Bulqeyis rəhmətə gedəndən sonra həmin evdə Abbasın və ailəsinin yaşdığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X31 ifadəsində Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə mühasib işlədiyini, İddiaçı vərəsəlik hüquqi haqqında şəhadətnamə almaq üçün müraciət etdiyini, arayışı hazırlayıb verdiklərini, qaytanlanmış kitabda Ağəlinin adı olmadığı üçün arayışa onun adının yazılmadığını, sonradan Ağəli müraciət etdikdən sonra sənədlərinə baxdıqda həqiqətəndə X13 olmasını bildiyini, qonşulardan da soruşub maraqlandığını, bunun həqiqət olduğunu bildiyini, onun adınında vərəsəlik arayışında qeyd olunduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X45 ifadəsində Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə işlədiyini, İddiaçı nümayəndəliyə müraciət edərək, vərəsəlik haqqında arayış istədiyini, arayışı hazırlayıb verdiklərini, Ağəlinin adı qaytanlanmış kitabda olmadığı üçün arayışda onun adının qeyd olunmadığını, Abdullayev Ağəli müraciət etdikdən sonra sənədlərinə baxan zaman həqiqətəndə X13 olmasını bildiyini, bundan sonra onun Abdullayev Həşimin vərəsəsi olması barədə arayış verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X24 ifadəsində Həşimlə qonşu olduğunu, Həşim 1988ci ildə vəfat edən zaman Məhəmmədəlinin Bakıda yaşadığını, yas mərasimində iştirak etdiyini, sonra da bir müddət həmin evdə qaldığını, 1988-ci ilin noyabr ayında özünün əsgərliyə getdiyini, 1990-cı ildə qayıdan zaman Məhəmmədəlinin orada yaşadığıı gördüyünü, Məhəmmədəlinin orada tək yaşadığını, başqa heç kimi görmədiyini, 1990-cı ildən sonradan Məhəmmədəlinin anası Bulqeyisində həmin evə gəldiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X53 ifadəsində Həşimlə yaxın qonşu olduqlarını, Həşimin 1988-ci ildə vəfat etdiyini, o vəfat etdikdən sonra Məhəmmədəlinin gəldiyini, yas mərasimində iştirak etdiyini, sonra ailəsi ilə birlikdə orada yaşamağa başladığını, təxminən 1990- cı ildə anası Bulqeyisin də gəlib orada yaşadığını, Abbasın isə 1996-1997-ci illərdə gəlib orada yaşadığını bildirmişdir. Cavabdeh Şərur rayon 2 saylı Notariat məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarına, şahid ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1960-ci il tarixli İ ИЕ № 020004 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X19 arasında xx.xx.1960-cı il tarixdə rəsmi nikah bağlanmış, bu barədə 35 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Abdullayeva soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli İİİ ЖГ № 414992 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X16 xx.xx.1988-ci il tarixdə vəfat etmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 333247 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 871625 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir; - Şərur rayon Zaks Bürosu tərəfindən verilmiş xx.xx.1967-ci il tarixli AЗ-İ № ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı valideynləri X16 və X9r. - Şərur rayon Zaks Bürosu tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli AЗ-İ № ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 valideynləri X16 və X9r. - Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən tərəfindən verilmiş 274 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X16 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdə vərəsələri qalmışdır:
1. X20- arvadı (vəfat edib)
2. İddiaçı – oğlu -1954
3. X28 –oğlu (vəfat edib)
4. X22 – oğlu -1960 - Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən tərəfindən verilmiş 110 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdə vərəsələri qalmışdır:
1. X20- arvadı (vəfat edib)
2. X28 –oğlu (vəfat edib)
3. X29 – oğlu 1946
4. İddiaçı – oğlu -1954
5. X22 – oğlu -1960 - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1963-ci il tarixli АЗ № 388804 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1946 –cı il təvəllüdlü X17 atası X16, anası X32r; - Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.1268 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 54.70 kv.m olan fərdi yaşayış evi X7 adına qeydiyyata alınmışdır. - Cavabdeh xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarında qeyd olunmuşdur ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan Qanun üzrə X41 Şəhadətnamə verilməsindən imtina edilsin; - X2 Respublikasında vermiş olduğu ərizədə bildirmişdir ki, 1913-cü il təvəllüdlü atam X16 18 mart 1988-ci ildə vəfat etmişdir, 1926-cı il təvəllüdlü anam X20 isə 26 noyabr 2009-cu ildə vəfat etmişdir, hər ikisi vəfat edənədək Azərbaycan Respublkasında daimi yaşamışlar. Vərəsəliyin açılması vaxtı və yeri mənə məlumdur. Mən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışam və bununla bağlı məhkəmkə qaydasında iddiamı irəli sürmək niyyətim yoxdur. Vərəsəlik hüquqlarının qanun və vəsiyyətnamə üzrə vərəsə olanın, yəni vəsiyyət edənlərin oğlunun- xx xxxxxx 1954-cü il təvəllüdlü İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etirazım yoxdur. - İddiaçı Cavabdehndə vermiş olduğu **********933 saylı ərizəsində bildirmişdir ki, Şərur şəhərində qeydiyyatda olan xx.xx.1988-ci ildə vəfat etmiş atam X5 miras qalmış əmlakı qəbul edirəm. Miras əmlak Naxçıvan MR ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyimin zəruriliyi notarius tərəfindən mənə izah edildi. Göstərilən əmlakdan mənə çatası paya qanun üzrə X41 şəhadətnamə verməyinizi xahiş edirəm. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən miras əmlak X12 məxsus olmuş, o, xx.xx.1988-ci tarixdə öldükdən sonra onun vərəsələri olan arvadı X20, uşaqları- X28, X29, İddiaçı, X22 qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. Lakin İddiaçı iddia ərizəsində atasının ölüm xəbərini mərhum anasına bildirdikdən sonra anası X20 mərhum atasından miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlaka köçərək onunla birlikdə yaşamağa başladığını etiraf etsədə, özünün vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna hazırki mübahisə predmeti olan fərdi yaşayış evinin mirası kütləsinin qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Nəticədə iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən 22 ilə yaxın müddət keçdikdən sonra notariusa, 25 ildən artıq bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Eyni zamanada məhkəmədə şahid qismində ifadə verən idddiaçının qardaşı X29 atası rəhmətə gedəndə qardaşı Məhəmmədəlinin Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, hərbi qulluqçu olduğunu, ona atasının ölüm xəbərini verdiyini, o, gəlib yas mərasimində iştirak etdikdən sonra işi ilə əlaqədar geri qayıtdığını bildirmişdir ki, buda ərizəçinin atasını ölümündən sonra uzun müddət həmin miras əmlakda yaşaması iddiasının ağılabatan olmaması qənaətinə gəlməyə əsas verir. Həmçinin iddiaçının nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahidlər X24 və X53 isə miras əmlakın yalnız İddiaçı tərəfindən qəbul edildiyini, orada yaşadığını, anası X10 isə 1990-cı ildən sonra həmin evə gələrək orada yaşamağını qeyd etməklə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə zidd ifadələr vermişlər. Belə ki, yuxarıda qeyd olunduğu ki, iddiaçı atası rəhmətə gedən sonra anasının həmin evə köçərək orada yaşadığını, mirası qəbul etdiyini bildirmişdir. Belə olan təqdirdə şahidlər X15 və X42 ifadələri işin faktiki hallarına uyğun olmadığından məhkəmə onları sübut kimi qəbul etmir. Beləliklə də qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə atası X7 xx.xx.1988-ci tarixdə öldükdən sonra ondan qalmış miras əmlakı qəbul etməsini təsdiqi edən heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı mirası qəbul etməyə yönələn heç bir hərəkət etmədiyindən mirası qəbul etmək hüququnu itirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının atası X16 xx.xx.1988-ci tarixdə öldüyündən ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır... ; - 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar... ; - 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir... Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; - 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd emişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev