Məhkəmə qərarları › İş №2(110)-148/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-148/2023

02.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-148/2023 02.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu və Cavabdeh4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X2 ölümündən sonra miras qalmış Şərur rayon Məmmədsabir kəndində 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evlərinin anası X12 tərəfindən qəbul edilməsi, anasının ölümündən sonra isə faktiki olaraq həmin miras əmlakların onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi atası X9 ilə anası X10 1951-ci ildə nikaha daxil olmadan evlənərək bir yerdə yaşadıqlarını, 1953-cü ildə qardaşı Cavabdeh1, 1955-ci ildə bacısı Cavabdeh2 doğulduğunu, xx.xx.1957-ci ildə nikaha daxil olduqdan sonra 1958-ci ildə qardaşı Cavabdeh3 oğu, 1961-ci ildə özünün, 1964-cü ildə qardaşı Cavabdeh4 doğulduqlarını, atasının xx.xx.2017-ci il tarixdə, anasının isə xx.xx.2022-ci il tarixdə öldükərini, onların ölümündən sonra Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.0369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.1945 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 fərdi yaşayış evlərinin miras qaldığını, valideynlərinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu, İddiaçı, Cavabdeh4 vərəsləri olduqlarını, atasının ölümündən sonra həmin miras əmlaklarının anasını qəbul etdiyini, anasının ölümündən sonra həmin miras əmlakları faktiki olaraq özünün qəbul etdiyini, xx.xx.2022-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət etdiyini, valideynlərinin ölümündən əvvəl cavabdehlərin evlənərək özlərinə aid evdə yaşadıqlarını, valideynlərinin ölümündən sonra cavabdehlərdən heç biri həmin mirasa sahiblik etmədiyini, valideynlərinə verilmiş JN-85A nömrəli torpağın mülkiyyətə veilməsinə dair şəhadətnamə itdiyindən bu barədə qəzetdə elan verdiyini, bundan sonra Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək valideynlərinin adına torpaq sahəsinin olması barədə arayış aldığını, vərəsəlik şəhadətnaməsinin alınması üçün Şərur rayon 1 saylı Notariat Ofisinə müraciət etdiyini, notariat ofisi xx.xx.2022-ci il tarixli qərarında vərəsəlik şəhadətnaməsindən rəsmi olaraq imtina etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq həmin torpaq sahəsində 2 evin olduğunu, onların birində valideynlərinin, digərində isə Qulu və onun ailə üzvlərinin yaşayırdıqlarını, anasının xəstə olan vaxtı 3 ay ərzində ona özünün baxdığını, anası vəfat etdikdən sonra qırxına kimi gedib-gəldiyini, onun yeddisini, cümə axşamlarını keçirtdiyini, anasının vəfatının 3-cü günündə Qulunun evin açarlarını ondan aldığını, yas mərasiminin xərclərinin anasının pensiyası ilə ödənildiyini, anasının 28 mart 2022-ci il tarixində vəfat etdiyini, ilk dəfə notariusa 15 iyul 2022-ci ildə müraciət etdiyini, mirasın qəbulu barədə ərizəni 01 avqust 2022-ci il tarixində verdiyini, mirasın qəbulu ilə bağlı 3 ay ərzində notariusa müraciət etdiyini, notariusun torpağın, evin sənədlərini sənədləri istədiyini, lakin sənədlərin ondan olmadığından ərizəsini qəbul etməkdən imtina etdiklərini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etmədiyini, anasının xəstə olanda qardaşı İsgəndərin anasına baxdığını, Solmazın həftədə 1 dəfə gəlib-getdiyini, yas mərasiminin həmin evdə keçirildiyini, üçü çıxdıqdan sonra Solmaz gedəndə evin açarlarını ondan istədiyini, Solmazın da açarlar üstünə ataraq getdiyini, anasının qırxına kimi Solmazın cümə axşamları gəldiyini, o evin onların ata evi olduğunu, istəyənin gəlib qala biləcəyini, Solmazın isə məqsədi onu adına keçirib satmaq olduğunu, bir həyətdə 2 evin olduğunu, həmin evinin birində ailə üzvləri ilə yaşadıqlarını, valideynlərinin yaşadığı evdə isə heç kimin yaşamadığını, həmin həyətə özünün baxdığını, ağaclarını suvardığını, valideynlərinin yaşadığı evin 1961-ci ildə müqavilə ilə alındığını, digər evi isə 1984-1985-ci illərdə atası tərəfindən tikilməyə başladığını, həmin evlərin üzərində tikildiyi 0.19 ha həyətyanı torpaq sahəsinin ata-anasının mülkiyyəti olduğunu, evlərin isə heç birinin mülkiyyət sənədinin olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, Cavabdeh1 və Cavabdeh3 sonuncu məhkəmə iclasında heç bir üzrlü səbə göstərmdən gəlməmişdirlər. Digər Cavabdeh2 məhkəmə sənədini şəxsən qəbul etməsinə baxmayaq heç bir məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zaman verdiyi izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, bacıları Solmaz ilə Qulu arasında evin açarları üstündə mübahisə yarandığını, Qulunun kiçik qardaş kimi valideynlərinin himayəsində yaşadığını, anaları xəstə olanda bacıları Solmazla Tovuzun gedib-gəldiklərini, lakin analarına İsgəndərin baxdığını, analarını sağlığında və o vəfat edəndən sonra Solmazın orada yaşamadığını, yəni faktiki olaraq mirası qəbul etmədiyini, evin açarlarının Quluda olduğunu, kənd təsərrüfat təyinatlı torpaq sahəsini əvvəldən özünün əkdiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zaman verdiyi izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, anası xəstə olan vaxtı onun bütün ehtiyaclarını özünün qarşıladığını, onun yemeyini bişirdiyini, Solmazla Tovuzun həftədə 1 dəfə analarının yanına gəldiklərini, anasının vəfatından sonra Solmaz yeddisində çıxıb, cümə axşamları, bir də 40-da gəldiyini, yasın xərclərini anasının pensiyası ilə qarşıladığını, Solmazın öz torpaq sahəsi olduğunu, onu satıb Naxçıva şəhərinə gedərək orada yaşamağa başladığını, valideynlərinin bu ev kiçik qardaşları Qulu və onun oğlu Arazın olduğunu həmişə dediklərini, həmin evdə Solmazın yaşamadığını, həmin evə anası öləndən sonra da Qulunun baxdığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə zərurət yarandığından Şərur rayon 1 saylı Dövlət Notariat Ofisi və Şərur rayon 2 saylı Dövlət Notariat Ofisi cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Şərur rayon 1 saylı Dövlət Notariat Ofisi və Şərur rayon 2 saylı Dövlət Notariat Ofisi məhkəmə iclasında iştirak etməmişdirlər. Şərur rayon 1 saylı Dövlət Notariat Ofisi ərizə göndərərək İddiaçı xx.xx.2022-ci il tarixdə müraciət edərək X3 qalmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyini, vərəsələr arasında mübahisə olduğundan və notarial hərəkətləri aparmaq üçün zəruri sənədləri təqdim etmədiyindən şəhadətnamənin verilməsindən imtina edildiyini göstərmişdir. Şərur rayon 1 saylı Dövlət Notariat Ofisi ərizə göndərərək İddiaçı xx.xx.2022-ci il tarixdə xx.xx.2017-ci il tarixdə ölmüş X1 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə verdiyini göstərmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində və verilən suallara cavabında anaları xəstə olanda ona Solmaz, Tovuz və İsgəndərin baxdığını, İsgəndərin anasının pensiyası ilə onu saxladığını, yanında İsgəndərin qaldığını, analarının yas mərasimində iştirak etdiyini, yeddisini vermək üçün Solmaz və Tovuzla ora getdiklərini, Qulunun onların dalına düşərək evin açarlarını Solmazın əlindən aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında tərəflərlə hasar qonşusu olduqlarını, analarının 5-6 ay xəstə olduğunu, xəstə olan vaxtı analarına İsgəndər, Solmaz, Tovuzun baxdığını, bacılar gedib-gəldiyini, İsgəndərin isə yanında qaldığını, anaları rəhmətə gedəndən sonra o evdə heç kimin yaşamadığını, həmin həyətə Qulunun baxdığını, çünki Qulunun da evi həmin həyətdə yerləşdiyini, çöl torpağı ilə bağlı hər hansı məlumatının olmadığını, anasının ölməmişdən qabaq Solmazın gəldiyini gördüyünü, lakin öldükdən sonra onu orada görmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində və verilən suallara cavabında onlarla qonşu olduğunu, aralarında bir ev olduğunu, analarına İsgəndərin baxdığını, Tovuzla Solmaz isə gedib-gəldiklərini, anaları vəfat etdikdən sonra həmin evin boş olduğunu, evin işıqlarının yanmadığını, həyətin girişinin bir olduğunu, həmin həyətdə iki evin olduğunu, həmin evin birində də Qulunun yaşadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X9 ilə X12 xx.xx.1957-ci il tarixdə nikaha daxil olmuşdurlar. İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cü il 06 nömrəli qərarları ilə Şərur rayon Məmmədsabir kəndində yerləşən 0.04 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-132) və 0.19 ha həyətyanı torpaq sahəsi (JN-085A) mülkiyyət hüququ əsasında X6 və X8 məxsus olmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Az-İ № 871595 nömrəli və xx.xx.2022-ci il tarixli Az-İ № 586282 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan görünür ki, X9 xx.xx.2017-ci il tarixdə, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Məmmədsabir kənd İƏDN-in xx.xx.2022-ci il tarixli 107 nömrəli arayışından görünür ki, X9 və X12 vəfat edəndən sonra onun vərəsləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu, İddiaçı, Cavabdeh4 qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şərur rayon 1 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X3 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il il tarixdə X1 və X3 qalmış mirası qəbul etmədiyini, həmin mirasdan bacısı İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il il tarixdə X1 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 25 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon 1 Saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Cavabdeh4 tərəfindən təqdim edilmiş kommunal ödənişlərə dair qəbzlərdən görünür ki, 2022-ci ilin aprel-iyun ayları ərzində qaz və elektrik sərfiyyatı ilə bağlı cavabeh Cavabdeh4 tərəfindən kommunal ödənişlər ödənmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu, İddiaçı, Cavabdeh4dur. X12 öldükdən 4 ay sonra iddiaçı xx.xx.2022-ci il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Şərur Rayon 1 Saylı Notariat Kontoru xx.xx.2022-ci il tarixli qərarı ilə X3 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Şərur Rayon 2 Saylı Notariat Kontoru xx.xx.2022-ci il tarixli 25 nömrəli qərarı ilə X1 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, iddiaçı tərəfindən miras faktiki qəbul edilməmişdir. Quliyeva Kübra və Quliyev Yunisdən miras qalan 0.19 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərindən birində həmin şəxslərin sağlığında və vəfatından sonra Cavabdeh4 yaşamışdır. Buna görə də iddiaçının tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı anası X7 ölümündən sonra həmin əmlakların faktiki qəbul edilməsi ilə bağlı hər hansı hərəkət etməmiş, eyni zamanda mirasın qəbulu üçün müəyyən olunmuş 3 aylıq müddəti buraxmışdır. Məhkəmə həmçinin iddiaçıya izah edir ki, mirasın faktiki qəbul edilməsi ilə bağlı iddianın rədd olunması iddiaçının müvafiq üzürlü hallar olduğu təqdirdə mirasın qəbulu üçün müəyyən olunmuş müddətin məhkəmə tərəfindən uzadılması ilə bağlı iddia qaldırmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğu və Cavabdeh4 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar