Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-1496/2025 30.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X2 Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X3 və mərhumə anası X1 mülkiyyətlərində olmuş Şərur rayon Danyeri kənd ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi, 0.1672 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli dörd otaqlı 138.15 kvm sahəsi olan fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, xüsusi icraat qaydasında təqdim edilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş xüsusi icraat qaydasında verilmiş ərizə ərizəçi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Göstərilən normalardan aydın olur ki, iddia ərizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblər xüsusi icraat qaydasında verilmiş ərizələrə də şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə məhkəmə icraatı mümkündür. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da, ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-1496/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-1496/2025
30.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver