Məhkəmə qərarları › İş №2(110)-162/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-162/2022

25.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-162/2022 25.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyə n etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi xx xxx 1959-cu il tarixdə Şərur rayonunun Dizə kəndində doğulmağı, atasının X12, anasının X4 olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Şərur rayon Dizə kəndində xx xxx 1959-cu il tarixdə anadan olduğunu, həmin kənddə oxuduğunu, həmin kənddə böyüyüb boya-başa çatdığını, atasının X12, anasının isə X4 olduğunu, onların ailəsində onunla birlikdə 6 uşaq olduğunu, 1995-ci ildə Türkiyə Respulikasına getdiyini, həmin vaxt başqa sənədi olmadığından SSRİ dövründə aldığı pasportla getdiyini, Türkiyə Respublikasının Manisa şəhəri, akhisar bölgəsinin Ballıca kəndində Türk vətəndaşı ilə evləndiyini, 1995-ci ildən də orada yaşadığını, bu evlilikdən də bir oğlunun olduğunu, sənədləri olmadığından həyat yoldaşı ilə indiyədək nikaha düşə bilmədiklərini, ona görə də sənədlərini düzəltdirmək üçün Şərur rayon Dizə kəndində gəldiyini, lakin doğum şəhadətnaməsini itirdiyindən şəxsiyyət vəsiqəsi ala bilmədiyini, doğum akt qeydiyyatı kitabından çıxarış almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, qeydiyyat şöbəsində ona doğm aktlarının qeydiyyatı kitabında doğum qeydinin olmamasının məlum olduğunu, onun bundan xəbərinin olmadığını, əvvəlki sənədlərini də hansı qaydada alındığından xəbərinin olmadığını, onun haliyyədə doğum qeydini təsdiq edən başqa sənədi olmadığından məhkəməyə müraciət etməli olduğunu, onun Dizə kəndində doğulmağı faktını şahidlərində (onunla birlikdə orta məktəbdə bir sinifdə oxuyan Şərur rayon Dizə kəndində yaşayan X8 və X11 və digərləri) təsdiq edə biləcəklərini qeyd edərək, onun Ərizəçi xx xxx 1959-cu il tarixdə Şərur rayonunun Dizə kəndində doğulmağı, atasının X14, anasının X4 olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmətdən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Şərur rayon Nikah evinin müdiri məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Ərizəçi Şərur rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktı tələbinə dairmülki iş üzrə 25.02.2022-ci il tarixə, saat 09:15-ə təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X11 ifadəsində Ərizəçi ilə Şərur rayon Dizə kənd orta məktəbində eyni sinifdə oxuduğunu, onun ailəsini tanıdığını, atasının X12, anasının isə X4 olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X8 da şahid X11 ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Dövlət Arxivinin 01/29 saylı 12 yanvar 2022-ci il tarixli arxiv arayışda qeyd olunmuşdur ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1991-1995-ci illərə aid 8/21 № li təsərrüfatbaşına kitabında Dizə kənd sakini X12 ailə başçısı olmaqla aşağıdakı ailə üzvlərinin olduğu müəyyən edilmişdir.

1. X4-həyat yoldaşı

2. X5-qızı

3. Ərizəçi-qızı

4. X6-oğlu

5. X7-qızı İş materiallarında olan Şərur rayon Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.01.2022-ci il tarixli, 38 nömrəli arayışından görünür ki, Ərizəçi Şərur rayon Dizə kəndində yaşayır. İş materiallarında olan Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06.11.2001-ci il tarixli, AZ № 138019 nömrəli ölüm haqqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 24.10.2001-ci il tarixdə Şərur rayon Dizə kəndində miokart infaktdan ölmüş və bu barədə Şərur rayon VVADQ şöbəsində 06.11.2001-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.01.2022-ci il tarixli, nikah haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X12 ilə X4 arasında 30 aprel 1964-cü il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Qənbərova" soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan MSSR İliç rayon İcraiyyə Komitəsinin daxili işlər şöbəsi tərəfindən verilmiş 24.06.1983-cü il tarixli, XVİİİ-ЖГ № 667430 nömrəli pasportdan görünür ki, Ərizəçi xx xxx 1959-cu il tarixdə Şərur rayon Dizə kəndində doğulmuşdur. İş materiallarında olan Şərur rayon Nikah evi tərəfindən verilmiş 17.01.2022-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sisteminə 17.01.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.11.2022-ci il tarixli, 1571 nömrəli arayışdan görünür ki, Dizə kənd inzibati ərazi dairəsi üzrə 1959-cu ilə aid Şərur rayon Qeydiyyat şöbəsinin arxivində Ərizəçi 1964-2021-ci illər üzrə doğum haqqında akt qeytdiyyatı tapılmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyi üçün yenidən şəhadətnamə almaq üçün Şərur rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum haqqında akt qeydləri kitabında onun haqqında, eyni zamanda atası və anası barədə məlumat olmadığı üçün bundan imtina edilərək, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə baxışı iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialında olan digər yazılı sübutlarla ilə müəyyən olundu ki, Ərizəçi xx.xx.1959cu il tarixdə Şərur rayon Dizə kəndində doğulmuş, atası X12, anası isə X2r. Ərizəçinin doğum akt qeydinin bərpası üçün bu faktların başqa qaydada müəyyən edilməsi mümkün olmadığından Ərizəçi xx.xx.1959-cu il tarixdə Şərur rayon Dizə kəndində doğulması faktı məhkəmə qaydasında müəyyən edilməli, eyni zamanda doğum haqqında akt qeydləri kitabında Ərizəçi ata qırafasında atasının X12, ana qırafasında anasının X4 olması barədə doğum akt qeydi bərpa olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216- 220-ci, 307,308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Şərur rayon Dizə kəndində doğulması faktı müəyyən edilsin. Şərur rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında Ərizəçi ata qırafasında atasının X12, ana qırafasında anasının X4 qeyd edilməklə doğum akt qeydi bərpa edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar