Məhkəmə qərarları › İş №2(110)-184/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-184/2021

21.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-184/2021 21.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Naxçıvan MR Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçıCavabdeh1 QİZİ, Cavabdeh2 qarşı mənzil mübahisələri mənzilə köçürmə tələbinə dair iddia ərizəsi baxaraq MÜƏYYƏN ETDİM: İddiaçıCavabdeh1 QİZİ, Cavabdeh2 qarşı mənzil mübahisələri mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, əvvəllər eyni cavabdehə qarşı eyni tələb ilə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi rədd olunmuşdur və o, həmin qətnamədən narazı qalmışdır. Həmçinin iddiaçı iddia ərizəsinə məhkəmənin həmin qətnaməsini əlavə etmişdir və həmin qətnaməyə əsasən onun cavabdehə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçıCavabdeh1 QİZİ, Cavabdeh2 qarşı mənzil mübahisələri mənzilə köçürmə tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş ______ (rəqəmlə) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan MR Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar