Məhkəmə qərarları › İş №2(110)-188/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-188/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-188/2025 19.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur rayon Nikah Evinə qarşı “doğum faktının müəyyən edilməsi və doğum akt qeydlrəri kitabında qeydin aparılması” tələbi barədə ərizəsinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1958-ci ildə Şərur rayon Düdəngə kəndində doğulmuş X2 doğum faktının müəyyən edilməsi və doğum akt qeydləri kitabında qeydin aparılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində o xx xxxx 1958-ci ildə Şərur rayon Düdəngə kəndində doğulduğunu, onun soyadı Fərəcova adı Reyhan atasının adı isə Feyzulla kimi yazıldığını, o orta məktəbi bitirdikdən sonra orta təhsil haqqında attestatda onun adı X1 yazıldığını, o 1983-cü ildə ailə qurduğunu, nikah haqqında Şəhadətnamədə onun adı və soyadı X1 yazıldığını, o nikah bağladıqdan sonra həyat yoldaşının soyadını qəbul etdiyini, haliyədə onun şəxsiyyət vəsiqəsində soyadı Hüseynova, adı Reyhan, ata adı isə Feyzulla qızı kimi qeyd edildiyini, atasından qalmış miras əmlakın qəbulu üçün ondan doğum akt qeydləri kitabından çıxarış tələb olunduğundan, o Şərur rayon Nikah Evinə müraciət etdiyini, Şərur rayon Nikah Evindən onun doğumu barədə məlumatların olmadığından ona çıxarış verilmədiyini, ona Şərur rayon Nikah Evi tərəfindən 29 dekabr 2024-cü il tarixli məktubla imtina olunduğunu, o doğum akt qeydləri kitabında qeydin aparılması üçün Şərur rayon Nikah evinə müraciət etmiş olduğunu, Şərur rayon Nikah Evi qeydin aparılması üçün məhkəməyə müraciət olunmasını məsləhət görmüş olduqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmətdən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Şərur rayon Nikah evinin müdiri xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində ərizəçi X2 Şərur rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktı tələbinə dairmülki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 11:30-a təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxışı iclasının maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X12 ifadəsində Ərizəçi Düdəngə kəndində doğulduğunu, onunla qonşu olduqlarını, eyni məhəllədə böyüdüklərini, atasının X10, anasının X8 olduğunu, eyni məktəbdə oxuduqlarını, uşaqlıqdan bugünədək yaxın münasibətlərinin olduğunu, hər zaman gediş-gəlişləri olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X11 ifadəsində Ərizəçi Düdəngə kəndində doğulduğunu, onun xalasının qızı olduğunu, uşaqlıqan bi məhəllədə yaşadıqlarını, həmçinin qapıbir qonşu olduqlarını, atasının X10, anasının X8 olduğunu, Düdəngə kəndində eyni məktəbdə təhsil aldıqlarını, qohumluq münasibətləri olduğu üçün hazırda bir-birilərinin evlərinə gedib gəldiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X7 ifadəsində Ərizəçi Düdəngə kəndində doğulduğunu, onun bacısı olduğunu, ondan 2 yaş böyük olduğunu, atalarının X10, analarının X8 olduğunu, 4 bacı 1 qardaş olduqlarını, əvvələr Reyhanın doğum haqqında şəhadətnaməsi olduğunu, sonradan itdiyini, lakin qeydiyyat şöbəsində bu barədə məlumatın olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X19 ifadəsində Ərizəçi Düdəngə kəndində doğulduğunu, atası ilə Reyhanın anası Dilbərin əminəvəsi olduqlarını, Reyhanla qonşuluqdan yaşadıqlarını, uşaqlıqlarının bir yerdə keçdiyini, Reyhanın ondan 3 yaş böyük olduğunu, bir evli olduqlarını, atasının X10, anasının X8 olduğunu, 8-ci sinifə kimi eyni məktəbdə təhsil aldıqlarını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləriin ifadələrini işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şərur Rayon Cəlilkənd icra nümayəndəliyinin 1955-1960-cı illərə dair ilkin, Şərur rayon Nikah Evinin 1957-2024-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 doğum məlumatının müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evi tərəfindən 1948-1954-cü illər üzrə ilkin və bərpa akt qeydləri axtarılmış lakin akt qeydi aşkar olunmamışdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 doğum məlumatının müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evi tərəfindən 1948-1954-cü illər üzrə ilkin və bərpa akt qeydləri axtarılmış lakin akt qeydi aşkar olunmamışdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X8 xx.xx.1999-cu il tarixdə Şərur rayon Düdəngə kəndində miokart infaktdan ölmüş və bu barədə Şərur rayon Düdəngə kənd İN xx.xx.1999-cu il tarixdə 28 nömrə ilə qeyd edilmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X10 xx.xx.2001-ci il tarixdə Şərur rayon Düdəngə kəndində kəskin ürək-damar çatışmamazlığından ölmüş və bu barədə Şərur rayon Düdəngə kənd İN xx.xx.2001-ci il tarixdə 495 nömrə ilə qeyd edilmişdir; - 27 iyul 1983-cü il tarixli orta təhsil haqqında attestatdan görünür ki, X6 1983-cü ildə İliç rayonu 2 №li qiyabi orta məktəbi kafi qiymtlərə bitirmişdir; - 28 iyul 1987-ci il tarixli Dövlət texniki peşə təhsili komitəsi tərəfindən verilmiş diplomdan görünür ki, X6 15 iyul 1987-ci ildə İliç rayonu 187 №li peşə məktəbinə daxil olmuş və kiçik satıcı ixtisasını bitirmişdir; - Şərur rayon İliç rayon Ulya-Noraşen kənd soveti tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 arasında 20 iyun 1983-cü il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Hüseynova" soyadı verilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyi üçün yenidən şəhadətnamə almaq üçün Şərur rayon Nikah Evinə müraciət etmiş, lakin doğum haqqında akt qeydləri kitabında onun haqqında, eyni zamanda atası və anası barədə məlumat olmadığı üçün bundan imtina edilərək, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə baxışı iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialında olan digər yazılı sübutlarla ilə müəyyən olundu ki, ərizəçi X6 xx.xx.1958-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulmuş, atası X10, anası isə X5r. Ərizəçinin doğum akt qeydinin bərpası üçün bu faktların başqa qaydada müəyyən edilməsi mümkün olmadığından ərizəçi X2 xx.xx.1958-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulması faktı məhkəmə qaydasında müəyyən edilməli, eyni zamanda doğum haqqında akt qeydləri kitabında ərizəçi X2 ata qırafasında atasının X10, ana qırafasında anasının X8 olması barədə doğum akt qeydi bərpa olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Yuxarıda qeyd edilənlərə əsassən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1958-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulması faktı müəyyən edilməli, Şərur rayon Nikah Evində doğum haqqında akt qeydləri kitabında Ərizəçi ata qırafasında atasının X10, ana qırafasında anasının X8 qeyd edilməklə doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 307,308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1958-ci il tarixdə Şərur rayon Düdəngə kəndində doğulması faktı müəyyən edilsin. Şərur rayon Nikah Evində doğum haqqında akt qeydləri kitabında Ərizəçi ata qırafasında atasının X10, ana qırafasında anasının X8 qeyd edilməklə doğum akt qeydi bərpa edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar