Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-190/2022 14.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 (altı min) manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat, 1000 (bir min) manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərclərini, ümumilikdə 16500 (on altı min beş yüz) manat pulu, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 (iki min yüz) manat, Vərməziyar kəndindəki ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, “mənəvi zərər”ə görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat pulun və dövlət üsumu olaraq ödədikləri 180 (bir yüz səksən) manat pulun alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia iddia ərizəsində 2008-ci ildə həmkəndliəri, çəpər qonşuları Cavabdeh1 ilə aralarında olan şifahi razılaşma əsasında Şərur rayon Xanlıqlar kəndində mərhum qaynanası X1 miras qalmış 3 otaqlı fərdi yaşayış evini 6000 (altı min) manata qiymətləndirərək satın alınması barədə razılaşdıqlarını, cavabdeh pulu onlardan alsa xərclənəcəyini, pulun gələcəkdə övladlarının işi ilə əlaqədar lazım ola biləcəyini bildirərək pulun onlarda qalmasını, lazım olduqda götürəcəyini bildirdiyini, onlarda cavabdehlə həmkəndli və qonşu olduqlarından ona inanaraq dedikləri ilə razılaşdıqlarını, onlar razılaşdıqdan sonra həmin fərdi yaşayış evini təmirbərpa etdiklərini, həyətyanı torpaq sahəsində təmizlik işləri apardıqlarını, evin elektrik xətlərini və elektrik sayğacını alıb dəyişdirdiklərini, darfaza qapısını svarkaladıqlarını, qonşu ilə arada olan palçıq divarı ekskovatorla sokdürüb yenidən hasar saldıqlarını, armatur dirəklər və setka alaraq digər qonşu ilə ara setkanı bərpa etdiklərini, taxta, şifer, şpaler alaraq dam örtüyünun qırılmış taxtalarını və şferini dəyişdirdiklərini, pəncərələrə şüşə saldıqlarını, evin qabağına beton tökdüklərini, həyətin qurumuş ağaclarını kəsdirdiklərini, trktor gətirərək həyəti kol-kosdan, tikanlardan təmizlətdiklrini, ümumilkidə bu işlərə 1800 manat, əl xərci olaraq usta-fəhlə pulu 300 manat xərc çəkdiklərini və 2020-ci ilin fevral ayınadək onların həmin evdə yaşamağa başladıqlarını, bu müddət ərzində onların dəfələrlə Cavabdeh1 evin qiymətinin yenidən razılaşdırılması və alqı-satqısının rəsmiləşdirməsini bildirsələr də hər dəfə cavabdehin müxtəlif bəhanələrlə onlarla görüşüb evin yenidən qiymətləndirilməsi və alqı-satqının rəsmiləşdirilməsindən yayındığını, 2016-ci il tarixdə Cavabdeh1 Şərur rayon Xanlıqlar kəndində mərhum əri X5 və mərhum qaynanası X2 adına olan çöl torpaq sahələrini 500 (beş yüz) manata icarayə verdiyini, 2017-ci ildə isə həmin torpaq sahələrini satmaq istədiyini, satmağa köməklik etmələrini xahiş etdiyini, həmin vaxt torpağı 6000 (altı min) manata satmaq istədiyindən heç kəsin razılaşmadığını, Cavabdeh1 balaca qızı Şəbnəm Hüseynova xəstə olduğundan ona təcili pul lazım olduğunu bildirdiyini və Xanlıqlar kəndində qaynanasından miras qalmış fərdi yaşayış evini də onlara satacağını nəzərə alaraq torpağı da almaq barədə razılaşdıqlarını, razılaşmalarına əsasən ilk olaraq əllərində olanı verəcəklərini, qızını Bakı şəhərinə müalicəyə aparacağını, qalanını isə sonra verəcəklərini, ona görə də ilk olaraq ona 3300 (üç min üç yüz) manat pul verdiklərini, Turacın pulun 3000 (üç min) manatını özü götürdüyünü, 300 (üç yüz) manatını isə poçt vasitəsi ilə Bakı şəhərinə digər cavabdeh olan oğlu Cavabdeh2 göndərmələrini xahiş etdiyini, həmin müddətdə Cavabdeh1 qızı Şəbnəmin nişanı olacağından material alaraq Şərur rayon Vərməziyar kəndində yerləşən ata evini təmir etdirdiyini, özünün həmin vaxt orada usta kimi işlədiyini, bir neçə gündən, yəni mətbəxin təmiri bitdikdən sonra cavabdehin qızının müalicəsi üçün Bakı şəhərinə getdiyini, bu ərəfədə cavabdehin bir neçə dəfə qızın müalicəsi ilə əlaqədar Bakı şəhərinə gedib gəldiyini, hər dəfə də gəldikdən sonra onlar evdə təmir işlərini davam etdirdiklərini, həmin vaxt Cavabdeh1 təmir işlərindən onlara 950 (doqquz yüz əlli) manat borcu qaldığını, əlavə olaraq 100 manat bir, 300 manat bir Turaca pul verdiklərini, əvvəlcədən 20 kq pendirlə əvəzləşdirərək aldıqları toyuq setkasını isə onlardan sonra başqasına satdığını, bütün bunları Xanlıqlar kəndində X2 adına olan fərdi yaşayış evini pulundan çıxacağımız barədə razılaşdıqları üçün etdiklərini, axırıncı dəfə Bakı şəhərində olarkən pulları qurtardığını və onlara 800 (səkkiz yüz) manat pul göndərməyini bildirdiyini, pulu göndərdikdən bir neçə gün sonra Cavabdeh1 ailə üzvləri ilə birlikdə kəndə qayıtdığını və qızı Şəbnəmin nişan hazırlıqlarına başladıqlarını, imkanları olmadığını bildirərək nişan xərclərinin çəkilməsinə köməklik göstərmələrini xahiş etdilkərini, onların 330 (üç yüz otuz) manata nişan üçün ət aldıqlarını və nişan üzüyü alınması üçün əlavə borc olaraq 400 (dörd yüz) manat pul verdiklərini, özlərinin isə ailəlikcə Şəbnəmin nişanının keçirilməsində digər işlərdə köməklik etdiklərini, nişan bitdikdən sonra Turacla aralarında qalan pulu hesabladıqlarını, onların cavabdehə 1170 (bir min bir yüz yetmiş) manat bocları qaldığını bildirdiyini, onların 2017-ci ilin dekabr ayında qalan 1170 (bir min bir yüz yetmiş) manat pulu Şərur rayon Vərməziyar kəndində Cavabdeh1 anası X6 yanında verərək torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarını ondan aldıqlarını, 2017-ci ilin mart-noyabr ayları ərzində ümumi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpağın alqı-satqısı üçün razılaşdıqları 6000 (altı min) manat pulu tam olaraq ödədiklərini, bu müddət ərzində onlar dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evini və çöl torpaq sahələrinin alqı-satqısını rəsmiləşdirmək istədiklərini bildirdikdə, hər dəfə müxtəlif bəhanələrlə fərdi yaşayış evinin və çöl torpaq sahələrinin alqı-satqısının rəsmiləşdirilməsindən yayındıqlarını və narahat olmayın biz sözümüz sözdür, nə vaxt olsa biz fərdi yaşayış evini və çöl torpaq sahələrini sizin adınıza rəsmiləşdirəcəyik bildirdiklərini, bu halın 2020-ci ilin fevral ayınadək davam etdiyini, cavabdehin fevral ayında kəndə gələcəyini, sənədləri də gətirəcəyini bildirdiyini, 2020-ci ilin fevral ayının 19-da Cavabdeh1 Bakı şəhərindən kəndə gəldiyini, amma başı qarışıq olduğundan və sənədləri özü ilə gətirmək yadından çıxdığını bildirdiyini, onlarında mərhum ərinə ehsan hazırladıqlarını, fevral ayının 23-ü axşam cavabdehin Bakı şəhərinə qayıtdığını, 2020-ci ilin fevral ayının 24-də həmkəndliləri X4 14:00-15:00 radələrində onlara gələrək, Turacın danışmaq istədiyini bildirdiyini və telefonla cavabdehə zəng edərək onlarda olduğunu, sən nə desən o da olacaq və haqqın onun tərəfində olduğunu bildirdiyini, Cavabdeh1 telefonda Ənvər Əliyevlə 5000 (beş min) manat pul göndərdiyini, torpağı satma istəmədiyini, torpağı qaytarmaq istədiyini, gəlib özü ağac əkəcəyini və pulu Ənvərdən alıb torpağın sənədlərini onan verməyimizi bildirdiyini, bu zaman Cavabdeh1 dünən onlarda olduğunu, torpağı qaytarmaq istəməsi barədə niyə bir söz demədiyini və ondan torpağı 5000 (beş min) manata yox, 6000 (altı min) manata aldıqlarını, əlavə olaraq torpaq sahələrinin düzəldilməsi və əkinə hazırlanması üçün 1000 (bir min) manat xərc çəkdiklərini, ona görə də 7000 (yeddi min) manat pullarını qaytardığı təqdirdə torpağı geri qaytaracaqlarını bildirdiklərini, Cavabdeh1 pulu göndərdiyini, pulun qalanını kira haqqı olaraq çıxdığını və ona görə də 5000 (beş min) manat pul göndərdiyini bildirdiyini, onların telefonda cavabdehlə mübahisə etdiklərini və biz torpağı ondan kira yox, satın almışıq, kəntdə kimsə sənə torpağın qiymətlərinin qalxdığını, torpağı o vaxt ucuz satdığını bildirərək torpağı bizdən alıb baha qiymətə sata biləcəyini anlatdıqları üçün belə edirsən bildirdiklərini, torpağın qiymətinin bu gün təqribən 15000 (on büş min) manat olacağını, ona görə torpağı onlardan alıb baha sataraq qazanc əldə etmək istədiyini, torpağı 6000 (altı min) manata onlara satanda torpağın qiymətinin 5000 (beş min) manat olduğunu, torpağın pulunu hissə-hissə ödəmək barədə raqzılaşdıqları üçün 6000 (altı min) manata razılaşdıqlarını, onun bu gün qaytamaq istədiyi pulla onların torpaq ala bilməyəcəklərini, sonradan Cavabdeh1 onlarda olarkən torpağı başqası ilə baha qiymətə razılaşaraq satdığı məlum olduğunu, onların telefonda cavabdehlə mübahisə etdiklərini, cavabdehin onlara nə vaxtdı onun evində qaldıqlarını, pulun hamısını kira haqqı olaraq çıxdığını, onlara artıq pul verməyəcəyini, fərdi yaşayış evini də satmaq istəmədiyini və evindən çıxmalarını tələb etdiyini, əks təqdirdə başlarına oyun acaçağı ilə hədələyərək ünvanlarına xoşagəlməz nalayiq ifadələr işlətdiyini, onların Ənvər Əliyevə torpağı ondan almadıqlarını, bunun Turacla onların məsələsi olduğunu bildirərək pulu da götürüb getməsini bildirdiklərini, daha sonra onlar digər Cavabdeh2 ilə telefonla əlaqə saxladıqlarını, olanları ona bildirdiklərini, İsmayılın anası ilə danışacağını, məsələni həll edəcəyini bildirdiyini, 25 fevral 2020-ci il tarixdə Cavabdeh2 da onlarla telefonla əlaqə saxlayaraq torpağın sənədlərini Ənvər Əliyevə verməyimizi və pulu ondan götürməyimizi bildirdiyini, onlar ailə üzvləri ilə olanları müzakirə etdiklərini və torpağın sənədlərini Ənvər Əliyevə verib 5000 (beş min) manatı ondan alaq, cavabdeh kəndə gələndə isə qalan 2000 (iki min) manat pulu özləri oturub aydınlaşdıracaqları barədə qərara gəldiklərini, bu məqsədlə fevral ayının 26-da torpağın sənədlərini aparıb həyətlərində Ənvər Əliyevə verdiklərini və 5000 (beş min) manat pulu verməsini bildirdiklərini, Ənvər Əliyevin cavabdehlə danışdıqdan sonra pulu verəcəyini bildirərək telefonla danışmaq üçün evə getdiyini, bir neçə dəqiqədən sonra qayıdaraq torpağın sənədlərinin onda qalacağını, pulu isə Cavabdeh1 özü gələndə verəcəyini bildirdiyini, onların o zaman Ənvər Əliyevdən torpağın sənədlərini qaytarmasını, cavabdeh gələndə məsələni özlərinin həll edəcəklərini bildirdiklərini, Ənvər Əliyevin qətiyyətlə sənədləri verə bilməyəcəyini, cavabdehin ona sənədləri özündə saxlamasını bildirdiyini dediyini, onlar qarşıdan əkin vaxtı gəldiyini ona bildirərək əkinə başlamaq üçün onlara pul lazım olduğunu dedikdə Ənvər Əliyev onda pul olmadığını, pulu Bakıya cavabdehin özünə göndərdiyini, əkinə başlamaq üçün bizə ancaq 1000 (bir min) manat pul verəbiləcəyini, amma pulun qalanını, 6000 (altı min) manatını Turacdan uzağı bir həftə ərzində alıb verəcəyinə söz verdiyini, Ənvər Əliyevi bir həmkəndli kimi tanıdıqlarından ona inanaraq 1000 (bir min) manat pulu götürüb getdiklərini, həmin torpaq sahəsində yonca əkdiklərini, 2020-ci ilin iyun ayında Ənvər Əliyevin yoncanı biçib aparmaq istədiyini, o-İddiaçı1 ona yaxınlaşıb Cavabdeh1 hələ onların pulunu verilmədiyini, ona görə də yoncanı özlərinin biçib aparacaqlarını və yoncanı biçməməsini bildirdiyini, X26 bu torpağı ona hədiyyə etdiyini, onların 6000 (altı min) manat pulunu isə kira haqqı olaraq çıxdığını, ona görə də onlara pul verilməyəcəklərini bildirdiyini, ona görə də onların mübahisə etdiklərini və onun Şərur rayon İcra Hakimiyyətinə, polis Şöbəsinə bu barədə məlumat verdiyini, Şərur rayon İcra hakimiyyətinin Nümayəndəsinin, Polis Şöbəsinin rəisinin, ərazi icra nümayəndəsinin, polis sahə inspektorunun onların mübahisəni yerində araşdırmaq məqsədilə ora gəldiklərini, hər ikisini dinlədikdən sonra Ənvər Əliyevə torpaq sahəsinə girməməsini, sənədlərin qaytarıb verməsini, ona isə ondan aldığı 1000 (bir min) manat pulu və yoncanın biçilməsinə çəkdiyi xərci qaytarmağı tapşırdıqlarını, bir neçə gün sonra sahə inspektoru zəng edərək Ənvərin bu gün sənədləri gətirəcəyini, ona da pulu gətirməyi bidirdiyini, onun pulu aparıb verdikdən sonra Ənvər Əliyevin sənədləri verməkdən imtina etdiyini, bu zaman polis sahə inspektoru ondan sənədləri gətirib verməsini tələb etdiyini, Ənvərin həmin gün axşam sənədləri gətirib verərkən onun sahə inspektoruna sənədlərin əsli olmadığını sənədin surəti olduğunu bidirdiyini, Ənvərin isə onlardan aldığı sənədlərin bunlar olduğunu, onda başqa sənəd olmadığını bildirərək sənədin əslini verməkdən boyun qaçırdığını, onun bu barədə müvafiq orqanlara müraciət etsə də Ənvər Əliyev onda başqa sənəd olmadığını bildirərək sənədin əslini verməkdən yayındığını, onların hər dəfə cavabdehlərə aramızda olan şifahi razılaşmaya əsasən aldıqları torpaq sahələrinin sənədlərinin əslini vermələrini və torpaqların alğı-satqısının rəsmiləşdirilməsini bildirsələr də cavabdehlər hər vasitə ilə torpağa mülkiyyət hüququna dair Dövlət aktının əslini verməkdən boyun qaçırdıqlarını, onlara ödədikləri pulun kira haqqına çıxdıqlarını və torpaqları əllərində alacaqlarını bildirdiklərini, onların torpağın pulunu 6000 (altı min) manatı 2017-ci ildə razılaşdıqları kimi cavabdehlərə tam ödəməklə aldıqlarını, əlavə olaraq torpağın əkin üçün yararlı vəziyyətə gətirilməsi üçün 1000 (bir min) manat xərc çəkdiklərini, bu gün həmin torpaq sahəsinin qiymətinin təqribən 15500 (on beş min beş yüz) manat ola biləcəyini, ona görə də cavabdehin həmin torpaq sahələrini əllərindən alacaqları ilə hədələyərək torpaq sahələrini əllərindən alıb baha qiymətə Ənvər Əliyevə satmaq istədiyini, həmin vaxt onların Cavabdeh1 aldıqları torpaq sahələrini bu gün 15500 manata satsaydılar 9500 qazanc əldə edəcəklərini və bu pulla Xanlıqlar kəndində istənilən bir yerdə torpaq sahəsi və ya fərdi yaşayış evi ala biləcəklərini, cavabdehlərin bununla onları əhəmiyyətli dərəcədə ziyana saldıqlarını, onların bu gün Xanlıqlar kəndində qalacaq evləri, əkəcək başqa torpaq sahələri olmadığını, ona görə də cavabdehlər Cavabdeh1 və oğlu Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 (altı min) manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat, 1000 (bir min) manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərclərini, ümumilkidə 16500 (on altı min beş yüz) manat pulu, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 (iki min birb yüz yüz) manat, Vərməziyar kəndindəki ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, toyuq setkası üçün ödədiyin 50 (əlli) manat, cəmi 20000 (iyirmi min) manat pulu və dövlət rüsümu olaraq ödənilmiş məbləği onlara ödəməli olduqlarını hesab etdiklərini, cavabdehlərin onlara qarşı törətdikləri qanunsuz hərəkətləri, onları aldatmaları və bu müddət ərzində onların xoş niyətindən istifadə etmələri nəticəsində ailəlikcə mənəvi sarsıntı keçirərək şüurlarında mənfi psixoloji reaksiyaya səbəb olduğunu, sağlamlıqlarının pozulduğunu və nəticədə fiziki əzab çəkərək iztirab keçirdiklərini, ona görə də cavabdehlər Cavabdeh1 və oğlu İsmayıl Hüseynovun keçirdikləri mənəvi sarsıntı və iztiraba görə onlara “mənəvi zərər olaraq 10000 (on min) manat ödəməli olduqlarını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 (altı min) manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat, 1000 (bir min) manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərcləri, ümumilikdə 16500 (on altı min beş yüz) manat pulu, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 (iki min bir yüz) manat, Vərməziyar kəndindəki ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, toyuq setkası üçün ödədiyi 50 (əlli) manat, cəmi 20000 (iyirmi min) manat, “mənəvi zərər”ə görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat pulun və dövlət rüsümu olaraq ödədikləri 180 (bir yüz səksən) manat pulun alınaraq onların xeyirlərinə ödənilməsi barədə qərar qəbul qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 izahatında iddia ərizəsində qeyd olunan halları təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 izahatında iddia ərizəsində qeyd olunan halları təsdiq edərək əlavə olaraq izahatında Turacla “birevli” olduqlarını, evi əvvəlcə yaşamaq üçün onlara verdiyini, sonra ona evi onlara satmasını dediklərini, onun da ”uşaqlarım böyüsün baxaram” dediyini, sonra isə “uşaqların universiteti bitirsinlər baxaram” dediyini, beləliklə də evi onlara satması barədə bir söz demədiyini, qızı xəstələnəndən sonra Rəsula kənddə olan özlərinin və qaynanasının torpağını təcili satmağı xahiş etdiyini, lakin baha olduğu üçün heç kim torpağı ondan almadığı üçün Rəsulun iki baş inəklərini satıb pulunu Turaca verdiklərini, Turacın torpaq sahəsini iddia ərizəsində qeyd etdikləri kimi razılaşaraq onlara satdığını qeyd edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək, izahatında 2005-ci ildə Rəsul valideynləri və qardaşı ilə yola getmədiyi üçün özünün Xanlıqlar kəndində yerləşən evi boş olduğu üçün Rəsul və ailəsinin evdə yaşayıb evə baxmaları üçün icazə verdiyini, özünün Bakı şəhərində yaşadığını, onlara satmadığını, həmin evlə Rəsulun atasının evi qonşu olduğunu, atası ilə münasibətləri pis olduğu üçün, Rəsul atası ilə öz aralarına 3-4 metrlik palçıq hasar çəkdiyini onları evdən çıxardıqdan sonra gördüyünü, 14 il onun evində yaşadığını, ondan bir qəpik pul belə almadığını, indi gəlib ondan 3-4 metirlik divarın pulunu istədiyini, həmin evdə yaşadığı müddətin kirayə pullarının ondan alınması ilə bağlı məhkəmədə iddia qaldıracağını, bundan əlavə onun evə heç bir xərc çəkmədiyini, bunan əlavə özlərinə və qaynanasına məxsus torpaq sahələrini kənddə icarəyə verdiyini, Rəsulun həmin torpaq sahələrini ona icarə verməyini xahiş etdiyini, əkib-becərdiyi məhsulların yarısını ona verəcəyini bildirdiyini, 2016-cı ildə həmin torpaq sahələrini Rəsula əkib-becərməsi üçün verdiyini, lakin Rəsul ilk bir iki il ona bu il məhsul olmadı, zəif oldu dediyini, bundan sonra Rəsulla illik əvvəlcə 500 manata, sonradan isə illik 1000 (bir min) manata razılaşdıqlarını, Rəsul 2020-ci ilə qədər olan icarə haqqını kəndə gələrkən dəfələrlə istədikdən sonra ona ödədiyini, iki dəfə də poçtla pulu Bakı şəhərinə göndərdiyini, bir dəfə 800 (səkkiz yüz) manat, ikinci dəfə göndərdiyi pulun məbləğini isə dəqiq xatırlamadığını, 2020-2021-ci illərin haqqını isə ödəmədiyini, bu ildə yenə onun istifadəsində olduğunu, həmin pulların alınması ilə bağlı məhkəmədə iddia qaldıracağını, bundan əlavə Rəsulun ona məxsus Vərməziyar kəndində olan evin divarlarına suvaq və boya çəkdirməsini xahiş etdiyini, həmin boyanın və suvağın haqqını özünün ödədiyini, əri vəfat etdiyi üçün özünün hər il fevral ayında kəndə gələrək ərinə ehsan verdiyini, 2019-cu ilin fevral ayında kəndə gələndə Rəsulun kənddə hamıya mərhum ərinə məxsus evi və torpağı, mərhum qayınanasına məxsus torpağı güya ondan satın aldığını dediyini eşitdiyini, bundan sonra Rəsulu və ailəsini evdən çıxardığını, dedikləri həqiqət olsaydı bu üç il ərzində evi ondan niyə tələb etmədiyini anlamağın mümkün olmadığını, daha sonra Rəsulun onlara məxsus torpaq sahələrinin yarısını özbaşına Ramiz adlı şəxsə satdığını öyrəndiyini, Rəsulla aralarında alqı-satqı barədə heç bir razılaşma olmadığını, eyni zamanada iddia ərizəsində qeyd etdiyi digər tələblərin cox gülünc olduğunu, həqiqətə uyğun olmadığını, torpaq sahələrinin hal-hazırda Rəsulun istifadəsində olduğunu, həmin torpaq sahələrinin onun qanunsuz sahibliyindən geri alacağını bildirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini mümükün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X7 ifadəsində Rəsulun anası olduğunu, cavabdehlə qonşu olduqlarını, onun həmişə “boş evdi, satsam sizə satacağam” dediyini, Rəsulla ailəsinin 2008-ci ildə həmin evdə yaşamağa başladıqlarını, 2020-ci ilin fevral ayında o evdən çıxdıqlarını, evin şiferini, sökülən yerlərini düzəltdiklərini, 1 illik kirayə haqqı olaraq 500 manat verdiklərini, 2017-ci ildə Turacın övladının xəstə olduğunu, Rəsulun Turacın torpağını 6000 manata aldığını, sonra Turacın torpağı qaytarmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X24 ifadəsində və ona verilən suallara cavabında 2000-ci ildən 2010-cu ilə qədər həmin mübahisəli torpaq sahəsini özünün əkib-becərdiyini, 2010-cu ildən torpaq sahəsini qardaşına icarəyə verdiyini, 2015-ci ildə icarə haqqını gecikdirdikləri üçün torpaq sahəsini qardaşıgildən aldığını, Turac xanımın həmin torpaq sahəsini Rəsula əkib-becərməsi üçün verməyini dediyini, Turacın evində qaldığı üçün torpaq sahəsini ona verməyini ondan istədiyini, 2016-ci ildən 2019-cu ilə kimi həmin torpaq sahəsini Rəsulun əkib-becərdiyini, onların arasında razılaşmadan məlumatı olmadığını, Turacın ona zəng vurub Rəsula zəng çatmadığını dediyini, onun isə Rəsulun evinə getdiyini, Rəsulla Turacın danışdıqlarını, telefonda Rəsulun Turaca “yer sənindir, kimə istəyirsən ver” dediyini, Turacın ona “Rəsula 1000 manat pul ver” dediyini, onun isə verdiyini, sonra yeri özü əkib-becərdiyini, biçin vaxtı Rəsulun gəlib ona “biçə bilməzsiniz” dediyini, aralarındakı mübahisəyə polis əməkdaşlarının da gəldiyini, həmin yeri özünün biçmədiyini, Rəsulun biçib satdığını, sonra verdiyi 1000 manatı ona qaytardığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X25 ifadəsində və ona verilən suallara cavabında Kəmalənin qardaşı olduğunu, öz avtomobili ilə Rəsulla birlikdə Turacgilə getdiklərini, Turaca 3200 manat pul verdiyini, mübahisə olduqdan sonra 2021-ci ildə Ənvərə “6000 manatı qaytar məsələ həll olunsun” dediyini, onun isə həmin ayın sonu qaytaracağını dediyini, lakin qaytarmadığını, mübahisəli torpaq sahəsinin Ənvərdən alınıb Rəsula verildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X15 ifadəsində və ona verilən suallara cavabında Rəsulun onun xalasının həyat yoldaşı olduğunu, özünün 3-4 il əvvəl həmin torpaq sahəsinə yonca toxumu əkdiyini, 2017ci ildə torpaq sahəsindəki daşları traktorun qoşqusuna yığaraq daşıdığını, həmin torpaq sahəsindəki yoncanı 2021-ci ilin payız aylarında biçdiyini, 2020-ci ildə Ənvərin ona zəng vurub yoncasını biçməyi dediyini, Rəsulun qoymadığını, sonra Rəsulun ondan biçməyi istədiyini, yoncanı biçib yığdığını, preslədiyini, pulunu Rəsulun verdiyini, başqa məlumatı olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X32 ifadəsində və ona verilən suallara cavabında Rəsulun Turacın evində yaşayanda ona evin şiferinin qırıldığını dediyini, evin 4-5 ədəd şiferini dəyişdiklərini, çürüyən navalçaları da dəyişdiklərini, Rəsulun həmin evi satın aldığını və ya kirayə yaşadığını bilmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X16 ifadəsində traktor işlətdiyini, Rəsulun müraciəti ilə bir dəfə həmin torpaq sahəsini şumladığını, qarğıdalı əkdiyini, gübrəsini verdiyini, sonra da biçdiyini, Rəsulun ona pul vermədiyini, Rəsulun pulu şirkətə ödədiyini, pulunu şirkətdən aldığını, torpaq sahəsinin kimin olduğundan xəbərinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X8 ifadəsində bənna işlədiyini, Turacın evi ilə Rəsulun atasıgilin evinin arasına divar hördüyünü, həmin vaxt o evdə Rəsulun yaşadığını, fəhlə kimi də Rəsul və qardaşının işlədiyini, hörgü üçün Rəsuldan 100 dolar pul aldığını, həmin ev boş olduğu üçün Turacın evi Rəsula qalmaları üçün verdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X18 ifadəsində öz maşını ilə Rəsulgili ailəlikcə Xanlıqlar kəndindən Vərməziyar kəndinə, Turacgilin evinə apardığını, onların oraya nə məqsədlə getdiklərini bilmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların təşəbbüsü ilə dəvət olunmuş şahid X11 ifadəsində Kəmalənin bacısı olduğunu, Rəsulla Kəmalənin birlikdə Turacın evinə yaşamaq üçün köçdüklərini, sonra həmin evi satın almaq barədə razılaşmaq istəsələr də, razılaşa bilmədiklərini, daha sonra Turacın torpaq sahələrini sataraq uşağını müalicə etdirmək istədiyini, Kəmaləgilin inəklərini satıb pulunu Turaca verdiklərini bildirmişdir. Məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbiəsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş 19 iyun 2000-ci il tarixli JN-037A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyun 1999-cu il tarixli 06 nömrəli qərarı ilə Şərur rayonu Xanlıqlar kəndində yerləşən 0,08 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş 06 dekabr 1999-cu il tarixli, JN-305 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Şərur rayon Xanlıqlar kəndində yerləşən 1,55 ha torpaq sahəsi X9, Cavabdeh1, X19, X12, X3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)- 190/2022 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)- 190/2022 saylı qərardadı ilə mülki iş üzrə Şərur rayon Xanlıqlar kəndində yerləşən JN-304, Kod - 10218018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə müəyyən olunmuş 0.28 ha torpaq sahəsinin hazırki bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəyindən görünür ki, obyektin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 2700 manatdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)- 190/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçılar cavabdehlərdən torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 (altı min) manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat, 1000 (bir min) manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərclərini, ümumilikdə 16500 (on altı min beş yüz) manat pulu, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 (iki min yüz) manat, Vərməziyar kəndindəki ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, “mənəvi zərər”ə görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat pulun alınaraqq onlara ödənilməsini tələb etsə də buna dair məhkəməyə hər hansı sübut təqdim etməməsi, eyni zamanda Cavabdeh1 isə iddianı qəbul etməyərək izahatında iddiaçılarla evin və torpaq sahələrinin alqı - satqısına dair heç bir razılaşmalarının olmadığını, mərhum ərinə məxsus fərdi yaşayış evini onların yaşayış evi olmadığı üçün müvəqqəti yaşamaları üçün verdiyini, özlərinə və mərhum qayınanasına məxsus mübahisəli torpaq sahələrini Rəsulla razılaşmalarına əsasən 2016cı ildə onlara icarəyə verdiyi, Rəsul tərəfindən 2020-ci ilədək icaarə haqqını ödədiyi, 2020-2021-ci illərə dair isə icarə haqqını ödəmədiyi, iddiaçıların tələb etdikləri digər pulların da həqiqətə uyğun olmadığını bildirməklə iddia tələbini rədd etməsi, eyni zamanda iddiaşıların təşəbbüsü ilə dəvət edilmiş şahidlərin verdikləri ifadələrlə də iddiaçıların qeyd etdikləri hallar öz təsdiqini tapmamışdır. Belləliklə də, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçlarnın üzərinə düşür. Məhz bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçılar iddia tələblərinin əsaslı olmasını sübut etməlidir. Bununla da cavabdehlərin hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində iddiaçılara qeyd olunan məbləğdə ziyanın vurulması, vurulmuş ziyanla cavabdehlərin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair halları da müəyyən etmək mümkün olmamışdır. Bununla da məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. -1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir; - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar hazırki iş üzrə iddia tələblərinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün başqa digər sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmişlər. Nəticə etibarilə iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdiyi halların iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probatio" (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X31 Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdehlər isə iddia tələblərinə qarşı etirazını əsaslandıran halları sübut etməlidirlər. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun olaraq iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehlərin təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçılara ziyаn vurulmаsını, cavabdehlərin hərəkətləri ilə ziyаnvurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçıların vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, iddiaçıların iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə xərci olaraq mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş pul vəsaiti ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə bu qənaətə gəlir ki, iddia rədd edildiyindən mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin bank hesabına ödənilməlidir. Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münaibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “pul tələbinə” dair iddiası rədd edildiyindən işə baxılması ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. İşə baxılması ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün sərf edilmiş 80 (səksən) manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin bank hesabına ödənilsin Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-190/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-190/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver