Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-199/2025 26.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Şərur rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi qarşı “doğum faktının müəyyən edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladları - xx.xx.2009-cu il təvəllüdlü "Aysunun" Türkiyə Respublikasının İstanbul şəhərində və xx.xx.2010-cu il təvəllüdlü "Nailin" Şərur rayonunda doğulması və analarının o -Ərizəçi olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində o Ərizəçi 2003-cü ildən valideyinləri ilə birgə Türkiyə Respublikasında yaşadığını, onlar ora işləmək və dolanışıqlarını təmin etmək məqsədilə getdiklərini, 2008-ci ildə isə o Şərur rayonu Düdəngə kənd sakini (xala oğlusu) X7 ilə Türkiyə Respublikasında el adəti ilə nikah bağlayıb ailə qurduqlarını, toy ziyafətləri də elə orada baş tutduğunu, buna görə də onlar nikahlarını Şərur rayonuna qayıtdıqdan sonra rəsmiləşdirməyi düşündüklərini, onların bu nikahlarından isə Türkiyə Respublikasının İstanbul şəhərində xx.xx.2009-cu il tarixdə "Aysun" adında qız övladları doğulmuş, onun dogulmasından bir il sonra o Şərur rayonuna qaytmalı olduğunu, burda olduğu müddətdə isə xx.xx.2010-cu il tarixdə onların qeyri-rəsmi nikahlarından "Nail" adlı oğlan övladları da doğulduğunu, həmin vaxt isə uşaqların atası Aqil burada olsa da, birinci övladına aid sənədlərin yerində olmaması səbəbindən onlar yenə də nikaha düşə bilmədiklərini, eyni zamanda uşaqlarına zəruri sənədlərin əldə edilməsi də mümükün olmadığını, bir müddət uşaqları ila birgə burada yaşadıqdan sonra əri və digər yaxınlarının Türkiyə Respublikasında olması, eyni zamanda maddi imkansızlıq səbəbindən yenidən Türkiyə Respublikasına qayıtmağa məcbur olduğunu, bundan sonra on ildən artıq ailəliklə Türkiyə Respublikasında yaşadıqlarını, bu müddətdə müxtəlif səbəblərdən yenə nikahları rəsmiləşdirmədiyini, uşaqlarına zəruri sənədləri ala bilmədiklərini, hazırki vaxtda isə o uşaqları ila birgə Türkiyə Respublikasından qayıtmağa məcbur olduğunu, burada isə uşaqlarının doğumuna aid müvafiq sənədlərin olmaması səbəbindən onların təhsil və digər hüquqlarının reallaşdırılmasında çətinliklərlə qarşılaşdığını, bu səbəbdən də uşaqlarının doğumunun qeydə alınması faktının təsdiq edilməsinə zərurəti yarandığını, qeyd etdiyi halları məhkəməyə dəvət edəcəyim şahidlər də öz izahatları ilə təsdiq edə biləcəklərini, bu məqsədlə etdiyi müraciətlərin cavabında X21 Mərkəzi PHŞ tərəfindən həqiqətən də xx.xx.2010-cu il tarixdə bir oğlan uşağı dünyaya gətirməyi barədə arayış verilsə də, Şərur rayon Nikah Evinə etdiyi müraciətinin heç bir nəticəsi olmadığını və ona müvafiq ərizə ilə məhkəməyə müraciət etməli olmağı bildirildiyini, hüquqi faktın yalnız məhkəmə tərəfindən təsdiq edilməsini nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini, xx.xx.2009-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində doğulmuş qızı "Aysun" və xx.xx.2010-cu il tarixdə Şərur rayonunda doğulmuş oğlu "Nail"in doğumunun qeydə alınması eyni zamanda onun onların anası olmağı faktı müəyyən edilməli olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixdə 15:30-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X9 ifadəsində Aqilin bacısının əri olduğunu, Aqillə Tellinin toylarında iştirak etdiyini, onların toyunun Türkiyə Respublikasının İstanbul şəhərində olduğunu, toyda ailəliklə iştirak etdiklərini, onların birgə evlilikdən 5 uşaqları doğulduğunu, uşaqlardan dördünün İstanbul şəhərində, birinin isə Şərur şəhərində doğulduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X13 ifadəsində Tellinin həmkəndlisi olduğunu, 2008-ci ildə onlarda ailəcə Türkiyə Respublikasının İstanbul şəhərində yaşadıqlarını, həmin ərəfədə Aqilin onları toyuna çağırdığını, Aqillə Tellinin orada evləndiklərini, toyda ailəliklə iştirak etdiklərini, sonradan onların 5 uşaqları doğulduğunu, uşaqların dördünün İstanbul şəhərində, birinin isə Şərur şəhərində doğulduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X3 ifadəsində Tellinin onun xalaqızısı olduğunu, qardaşı Aqillə Tellinin 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində toylarının olduğunu, onların 5 uşaqlarının doğulduğunu, uşaqlardan dördünün İstanbul şəhərində, birinin isə Şərur şəhərində doğulduğunu, İstanbul şəhərində yaşadıqları üçün nikahları olmadığını, oradan gələndə də uşaqla doğum haqqında şəhadətnamə ala bilmədiklərini, bu barədə fotonuda məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli AA0281984 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır; -xx.xx.2024-cü il tarixli AA0281985 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunun məzmunundan görünür ki, Şərur rayon Nikah Evinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü Şərur rayon Şərur şəhərində anadan olmuş X8 doğum haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Doğum haqqında şəhadətnamə vətəndaşın təqdim etdiyi doğum haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilir. Lakin vətəndaş Ərizəçi doğum haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi halda bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananım uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı (AR Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur; - X19 X16 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, o həqiqətən xx.xx.2010-cu il tarixində Şərur rayon X4 və Ginekologiya Şöbəsində bir diri oğlan uşağı dünyaya gətirmişdir. Uşağın çəkisi 3.200, boyu 50 sm olmuşdur. Doğuşu idarə edən həkim Hüseynova Qənifə. - iddiaçı tərəfindən təqdim edilmiş doğum raporunun surətindən (əsli olmadığından tərcümə etdirilməsi mümkün olmamışdır) görününr ki, iddiaçı xx.xx.2009-cu il tarixdə canlı bir uşaq dünyaya gətirmişdir. Məhkəmə tədqiqatı zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, Ərizəçi ilə X7 oğlu 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-rəsmi ailə quraraq evlənmiş, onların bu evliliyindən doğulmuş 5 uşaqlarından xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğumları bu günə qədər qeydə alınmamışdır. Lakin iş materialında olan sənədlərlə müəyyən edilir ki, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X8 barələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən DNT analizləri keçirilmiş və həmin uşaqların Azərbaycan Respublikasının vətəndaşı olan anası Ərizəçi aid olması təsdiq edilmişdir. Ərizəçi uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şərur rayon Nikah Evinə müraciət etmiş, lakin Şərur rayon X2 elektron informasiya sistemində və Arxivində uşaqlar barəsində doğum haqqında akt qeydi aşkar edilmədiyindən Şərur rayon Nikah Evi tərəfindən ona imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə də, məhkəmədə tədqiq edilmiş sübutlarla ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Yuxarıda qeyd edilənlərə əsassən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 xx.xx.2009-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində və X8 xx.xx.2010-cu il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmaları faktı, X1 və analarının Ərizəçi olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 xx.xx.2009-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində və X8 xx.xx.2010-cu il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmaları faktı müəyyən edilsin. X1 və analarının Ərizəçi olması müəyyən edilsin. Qətnamə doğum haqqında şəhadətnam verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-199/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-199/2025
26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver