Məhkəmə qərarları › İş №2(110)-226/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-226/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-226/2021 31.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın-doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyə n etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1933-cü il tarixində Şərur rayon Çərçiboğan kəndində anadan olmağı barədə hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. xx xxxx 2021-ci il tarixdə Məhkəmə baxışı iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək Şərur Rayon Məhkəməsinə "hüquqi əhəmiyyətli faktın- doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə müraciət edərək Ərizəçi xx.xx.1933-cü il tarixində Şərur rayon Çərçiboğan kəndində anadan olmağı barədə hüquqi faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etdiyini, hal-hazırda iddia tələbini dəyişdirərək Ərizəçi xx.xx.1933-cü il tarixində Şərur rayon Çərçiboğan kəndində doğulmağı, atasının X6, anasının X2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-226/2021 nömrəli, xx xxxx 2021-ci il tarixli qərardadla mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi verdiyi ərizəni müdafiə edərək izahatında xx.xx.1933-cü ildə Şərur rayon Çərçiboğan kəndində doğulduğunu, atasının X6, anasının X2 olduğunu, valideynlərinin hər ikisinin də vəfat etdiyini, şəxsiyyət vəsiqəsini itirdiyini, pensiya kartının vaxtı bitdiyindən yenidən şəxsiyyət vəsiəsi almaq üçün doğum şəhadətnaməsinin lazım olduğunu, doğum şəhadətnaməsinidə itirdiyindən doğum akt qeydiyyatı kitabından çıxarış almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, Qeydiyyat şöbəsində ona doğum akt qeydiyyatı kitabında doğum qeydinin olmadığı ona məlum olduğunu, ona Maraqlı şəxsndə doğum haqqında şəhadətnamə verməkdən imtina edildiyini, bu faktı başqa formada müəyyən etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etdiyini, haliyədə Çərçiboğan kəndində ondan yaşlı və onun eyni yaşda insanlar olmadığı üçün bu faktı təsdiq edəcək heç bir şahidinin olmadığını qeyd edərək məhkəmədən təqdim etdiyi sübutlar əsasında onun xx.xx.1933-cü ildə Şərur rayon Çərçiboğan kəndində anadan olması, atasının X6, anasının X2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda işlərinin çoxluğunu nəzərə alıb, onların iştirakı olmadan baxılmasını və nəticə verilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şərur rayon Dövlət Arxivinin 02/48 saylı xx xxxxxx 2021-ci il tarixli arxiv arayışda qeyd olunmuşdur ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Dərvişlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1996-2000-ci illərə aid 8 №li təsərrüfatbaşına kitabında Çərçiboğan kənd sakini Ərizəçi 1933-cü ildə doğulduğu göstrilmişdir. İş materiallarında olan Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 279 nömrəli arayışından görünür ki, Ərizəçi Şərur rayon Çərçiboğan kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikah haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, Cəlilov Cəmşid K.Məhəmməd oğlu ilə X4 arasında xx xxxxxx 1951-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Cəlilova" soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, arayışdan görünür ki, Cəlilov Cəmşid K.Məhəmməd oğlu xx.xx.1988-ci il tarixdə Şərur rayon Çərçiboğan kəndində Qionortenizel boleznstidən ölmüş və bu barədə Şərur rayon Dərvişlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlkdə xx.xx.1988-ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 333 nömrəli arayışdan görünür ki, xx.xx.1933-cü il təvəllüdlü Şərur rayon Çərçiboğan kənd sakini Ərizəçi Şərur rayon Dərvişlər kənd İƏD üzrə nümayəndəliyində nikah qeydində təvəllüdündə gün, ay yazılmadığından nikah haqqında akt qeydindən çıxarışında qeyd edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 316 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs arxivində 1933-cü il təvəllüdlü Ərizəçi Çərçiboğan kənd icra nümayəndəliyi üzrə 1933-1954-cü illər dair doğum haqqında akt qeytdiyyatı tapılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/2-62-76 nömrəli ərizəçiyə ünvanlanmış cavab məktubundan görünür ki, Maraqlı şəxs tərəfindən 1933- 1954-cü illər üzrə doğum akt qeydi axtarıldığından və tapılmadığından bərpa akt qeydi məhkəmə qaydasında müəyyən edilir. Ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ərizəçi Elektron Məhkəmə İnformasiya Sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1933-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində doğulmuşdur. İş materiallarında olan Şərur rayon Çərçiboğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 640 nömrəli arayışından görünür ki, Cəlilova X1 yaşayır:

1. Mərhum atası X6

2. Mərhum anası X2 Məhkəmə ərizəçini dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı ərizəçinin izahatı və iş materialında olan sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1933-ci il tarixdə Şərur rayon Çərçiboğan kəndində doğulmuşdur. O, şəxsiyyət vəsiqəsini itirdiyi üçün yenidən şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında akt qeydləri kitabından çıxarış almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında akt qeydləri kitabında onun haqqında məlumat olmadığı üçün bundan imtina edilərək, məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iş materiallarında olan sübutlarla Ərizəçi xx.xx.1933-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində doğulması, atasının X6, anasının X2 olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında akt qeydləri kitabında Ərizəçi xx.xx.1933-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində doğulması, atasının X6, anasının X2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 7.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxsndə doğum haqqında akt qeydləri kitabında qeydiyyatının olmaması müəyyən edilsin və doğum haqqında akt qeydləri kitabında Ərizəçi xx.xx.1933-cü il tarixdə Şərur rayon Çərçiboğan kəndində doğulması, atasının X6, anasının X2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar