Məhkəmə qərarları › İş №2(110)-229/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-229/2021

26.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-229/2021 26.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh “pul tələbi”nə dair mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlunun mülkiyyətində olan Şərur rayon Maxta kənd ərazisində yerləşən 0.72 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 1100 (bir min yüz) ABŞ dollarını, zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin və ya manatla ekvivalentinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində JN-0412 kod-10216018 nömrəli dövlət aktı ilə Cavabdeh verilmiş torpaq sahəsini onunla aralarında olan şifahi razılaşmaya əsasən 2000-ci ildən 2008-ci ilədək əkərək hər il kira haqqı olaraq 150 (yüz əlli) kq taxıl verdiyini, 2008-ci ildə Cavabdeh ona təcili pul lazım olduğundan torpaq sahəsini satmaq istədiyini bildirdiyini, həmin vaxt iki inək satıb 1100 (bir min yüz) ABŞ dolları pul verərək 0.72 ha torpaq sahəsini aralarında olan razılaşmaya əsasən ondan satın aldığını, torpaq sahəsini sənədləşdirmək üçün birlikdə Şərur şəhərində Notarial kontora getdiklərini, Cavabdeh ondan qabaq maşından düşüb Notariusa getdiyini və qayıdaraq notariusun yerində olmadığını bildirdiyini, sonra ona qohum olduqlarını, torpağı sənədləşdirməyə ehtiyac olmadığını, “sən vaxtında pulu çatdırdın və məndə öz işimi həll etdim” dediyini, torpağı satdığını, onunda aldığını, kişi kimi söz verdiyini, torpağı geri qaytarmayacağını, o da onun sözlərinə inanaraq torpağı həmin vaxt sənədləşdirmədən onunla birlikdə kəndə qayıtdıqlarını, 2009-cu ildə Cavabdeh imkanı olmadığını, kredit götürmək istədiyini, bu səbəbdən də torpaq sənədini ona verməyini xahiş etdiyini, o da həmkəndli və qohum olmaqlarını nəzərə alaraq torpağın sənədini kredit götürməsi üçün ona verdiyini, 2010-cu ildə Cavabdeh krediti ödəyib qurtarıbsa torpaq sənədini verməsini bildirdiyini və o sənədi gətirib verdiyini, həmin vaxt o sənədin notariusda təstiq olunmuş surətinin olduğuna fikir vermədiyini, çünki ona inandığını, onu aldadacağına və dolandıra biləcəyinə inanmadığını, 2009-cu ildə torpağı sənədləşdirmək istədiklərini və oğlu X1 notariusa müraciət etdiyini, notariusda bu sənədin əsli olmadığını, təsdiq olunmuş surəti olduğunu bildirdiklərini, o Cavabdeh torpaq sənədinin əslini istədiyini və torpağı sənədləşdirmək istədiyini bildirdiyini, Cavabdeh isə ona sənədi vermək istəmədiyini və torpağı qaytarmaq istədiyini bildirdiyini, o da söz verdiyini və razılaşdıqlarını, indi nə oldu fikrini niyə dəyişdiyini soruşduğunu, 2019-cu ilin axırlarında iddiaçı Cavabdeh 560 (beş yüz altmış) manat pulla onlara gəldiyini, imkanı olmadığını, oğlunun onu pis vəziyyətə saldığını, dolana bilmədiyini və torpağı qaytarmağını istədiyini, o da pulu qəbul etmədiyini, ona 1100 (bir min yüz) ABŞ dolları verdiyini, pulun hamısını gətirərsə torpağı qaytaracağını, sonra Cavabdeh Şərur rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Şərur rayon Maxta kənd ərazisində yerləşən JN-0412 kod-10216018 nömrəli dövlət aktı ilə verilmiş 0.72 ha torpaq sahəsinin onun tərəfindən yaradılmış maneələrin aradan qaldıraraq alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, 2008-ci ildə həmin torpaq sahəsini 1100 (bir min yüz) ABŞ dolları ödəyərək Cavabdeh aldığını, bu gün həmin torpaq sahəsini 4000 (dörd min) ABŞ dollarına ala biləcəyini, o torpağın pulunu 2008-ci ildə razılaşdıqları kimi tam ödəməklə almağına baxmayaraq cavabdeh torpaq sahəsinin üzərindəki hüquqlarının rəsmiləşdirilməsindən qəsdən boyun qaçıraraq torpaq sahəsini geri qaytarmaq istədiyini, bununlada cavabdeh ona əhəmiyyətli dərəcədə ziyana saldığını, ona görə də hesab edir ki, Cavabdeh 0.72 ha torpaq sahəsinin alınması üçün cavabdehə ödədiyi 1100 (bir min yüz) ABŞ dollarını, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərini və ya manatla ekvivalentini, hüquqi yardım almaq üçün ödədiyi vəkil qonorarını və dövlət rüsumunu ona ödəməli olduğunu cavabdeh Mirağa Seidovun mülkiyyətində olan Şərur rayon Maxta kəndi ərazisində yerləşən 0.72 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 1100 (bir min yüz) ABŞ dolarını, maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin və ya manatla ekvivalenti, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə baxışı iclaslarında iştirak edən İddiaçı izahatlarında iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında irəli sürülmüş iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh məxsus Şərur rayon Maxta kəndi ərazisində yerləşən 0.72 ha torpaq sahəsini aralarında olan razılığa əsasən 1100 (bir min yüz) ABŞ dolarına aldığını, ona arxayın olaraq həmin vaxtı sənədləşdirmədiklərini, torpaq sahəsinin 2008-ci ildən daim onun istifadəsində olduğunu, indi torpaqların bazar qiymətlərinin qalxmasına görə Mirağa daha çox qazanc əldə etmək üçün torpaq sahəsini geri tələb etdiyini, torpağı Mirağadan aldığını bilən şəxslər də ondan qorxduqları üçün gəlib məhkəmədə onun xeyrinə ifadə verməkdən imtina etdiklərini, mübahisəli torpaq sahəsini cavabdehdən alması və bunun müqabilində ona 1100 (bir min yüz) ABŞ doları verməsinə dair əlavə sübutlarının olmadığını bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddia tələbi üzrə cavabdeh qismində iştirak edən Cavabdeh izahatında iddiaçıya qeyd etdiyi mübahisəli torpaq sahəsini satmadığını, həmin torpaq sahəsini ona müvəqqəti istifadə etməsi üçün icarəyə verdiyini, iddiaçının 2008-ci ildə ona 1100 ABŞ doları pul vermədiyini, ona 560 manat pul verdiyini, 2018-ci ilin noyabr ayında 560 manatı aparıb Elxana qaytardığını, 2020-ci ildə yoldaşı ilə torpaq sahəsinə baxmağa getdiklərini, orada Elxanla əkdiyi yoncanın iki biçimini onlara verməsi barədə razılığa gəldiklərini, daha sonra Elxanın razılaşmanı pozduğunu, buna görə də həmin torpaq sahəsini ondan geri almaq qərarına gəldiyini, hal-hazırda onun iddiaçıya heç bir borcunun olmadığını, iddiaçıdan aldığı 560 manat pulu geri qaytardığını, iddiaçının isə pulu ondan almasını etiraf etmədiyini, onun isə o pulu qaytamasına dair heç bir sübutunun olmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində iştirak edən X2 vermiş olduğu izahatında Cavabdeh mülkiyyətində olan Şərur rayon Maxta kəndi ərazisində yerləşən 0.72 ha torpaq sahəsini 12-13 il bundan əvvəl atasına satdığını, həmin torpaq sahəsinin onların əkib becərdiklərini, kənddə hər kəsin həmin torpağın onun atasına məxsus olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarına, şahid ifadəsinə və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, JN 04112 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, mübahisəli torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh oğlu və onun ailə üzvlərinə məxsusdur. İş materiallarında olan 2004-2012-ci illər üzrə sosial sığorta ödənişlərinin əks olunduğu qəbzlərdən görünür ki, həmin qəbzlər İddiaçı adına yazılmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli 2(110)-229/2021 saylı Mülki iş üzrə Daşınmaz əmlakın qiymətləndirilməsinin təşkil edilməsi haqqında qərardaddan görsənir ki, Şərur rayon Maxta kəndində yerləşən 0.72 ha torpaq sahəsinin hazırki bazar qiymətinin nə qədər olmasının müəyyən edilməsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətininə həvalə edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon idarəsi tərəfindən təqdim olunmuş 24.06.2021-ci il tarixli 03/215 nömrəli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəydən görünür ki, Şərur rayon Maxta kəndində yerləşən 0.72 ha torpaq sahəsinin 24.06.2021-ci il tarixinə bazar dəyəri 3600 manat tşkil edir. İş materiallarına əlavə olunmuş 09.12.2020-ci il tarixli Hüquqi yardım üzrə xidmət müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamışdır İş materiallarına əlavə olunmuş 09.12.2020-ci il tarixli, 004181 nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə 300 (üç yüz) manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş 02.02.2021-ci il tarixli 17003 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün dövlət büdcəsinə 30 (otuz) manat rüsum ödəmişdir. İşin hallarına görə iddiaçı iddia ərizəsində İddiaçı Cavabdeh məxsus Şərur rayon Maxta kəndi ərazisində yerləşən 0.72 ha torpaq sahəsini aralarında olan razılığa əsasən 1100 (bir min yüz) ABŞ dolarına aldığı, ona arxayın olaraq həmin vaxtı sənədləşdirmədikləri, mübahisəli torpaq sahəsini cavabdehdən alması və bunun müqavilində ona 1100 (bir min yüz) ABŞ doları verməsinə dair əlavə sübutlarının olmadığı, Cavabdeh isə iddianı qəbul etməyərək izahatında iddiaçıya mübahisəli torpaq sahəsini satmadığı, həmin torpaq sahəsini iddiaçının müvəqqəti istifadə etməsi üçün icarəyə verdiyi, iddiaçının 2008-ci ildə ona 1100 ABŞ doları pul vermədiyi, ona 560 manat pul verdiyi, 2018-ci ilin noyabr ayında 560 manatı aparıb iddiaçıya qaytardığı, iddiaçının isə pulu ondan almasını inkar etdiyi, onun isə 560 manat pulu qaytamasına dair heç bir sübutunun olmadığı müəyyən edilmişdir. Bu səbəbdəndə məhkəmə bu qənatə gəlir ki, iddiaçı tərəfindən torpaq sahəsi üçün 1100 (bir min yüz) ABŞ doları verməsinə dair heç bir sübut təqdim edilməmiş, cavabdeh tərəfindən isə iddiaçının yalnız 560 (beş yüz altmış) manat pulun ödənildiyi etiraf edilmiş, lakin həmin pulun iddiaçıya qaytarılmasına dair isə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin olunaraq Cavabdeh 560 (beş yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, torpaq sahəsi üçün ödənilmiş pul tələbi qalan hissədə və maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin və ya manatla ekvivalentinin alınıb iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını sübut etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: - 1096.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) hüquqlа və yа qаnunlа müdаfiə еdilən bаşqа şəхsə (zərəçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıхаrаn təqsirli, hüquqа zidd (mülki qаnunvеriciliyin nоrmаlаrını pоzаn) əməldir (hərəkət və yа hərəkətsizlikdir). - 1096.2-ci mаddəsinə əsаsən dеlikt törətmiş şəхs mülki hüquqi məsuliyyəti dаşıyır. MM-in mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən - 1097.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) nəticəsində fiziki şəхsin şəхsiyyətinə və yа əmlаkınа vurulmuş zərərin, hаbеlə hüquqi şəхsin əmlаkınа və işgüzаr nüfuzunа vurulumş zərərin əvəzi zərərvurаn tərəfindən tаm həcmdə ödənilməlidir. - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın. - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. Yuxarıda qeyd olunan qanun normalarının təfsirindən belə nəticəyə gəlinir ki, MM-in 1096.1 mаddəsi üzrə dеlikt məsuliyyətinin yаrаnmаsı üçün mülki-hüquq pоzuntsunun tərkibini təşkil еdən аşаğıdаkı еlеmеntlərin оlmаsı zəruridir: а) ziyаnın vurulmаsı, b) ziyаnvurаnın hüquqа və yа qаnunаzidd hərəkəti, v) əvvəlki iki еlеmеntlər аrаsındа səbəbli əlаqə, d) ziyаnvurаnın təqsiri. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun olaraq iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçıya ziyаn vurulmаsını, cavabdehin hərəkətləri ilə ziyаnvurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin və ya manatla ekvivalentinin alınıb iddiaçıya ödənilməsi barədə tələbi qanuni və əsaslı olmamışdır. Məhkəmə qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından iddia tələbi maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin və ya manatla ekvivalentinin alınıb ona ödənilməsi hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş materiallarında olan 09.12.2020-ci il tarixli Hüquqi yardım üzrə xidmət müqaviləsi üzrə 09.12.2020-ci il tarixli, 004181 nömrəli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə 300 (üç yüz) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və Mülki Prosesual Məcəllənin 121-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 300 (bir yüz) manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə müraciət etməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etmişdir, lakin iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25.79 (iyirmi beş manat yetmiş doqquz qəpik) manatı iddiaçıya aid edilməli, 4.71 (dörd manat yetmiş bir qəpik) manatı isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıdan aldığı 560 (beş yüz altmış) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4.71 (dörd manat yetmiş bir qəpik) manatı olmaqla, cəmi 864.71 (səkkiz yüz altmış dörd manat yetmiş bir qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar