Məhkəmə qərarları › İş №2(110)-230/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-230/2020

14.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-230/2020 14.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavadeh Cavabdeh qarşı “mülkiyyətimdə olan həyətyanı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Şərur Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən JN-841 A nömrəli Şərur rayon Yengicə kənd ərazisində yerləşən torpaq sahəsinin bir hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və xx xxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh ilə razılaşdığını, cavabdehin ona evinin arxasından 130 m2 torpaq sahəsinin (kanalizasiya qalmaq şərti ilə) verdiyini və qalan 370 m2 torpaq sahəsinin əvəzinə 3000 (üç min) manat verdiyini, ona görə də iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də ailənin bərpası məqsədilə hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər; 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC Şərur filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə TT**********17410 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavadeh Cavabdeh qarşı “mülkiyyətimdə olan həyətyanı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC Şərur filialı vasitəsilə xx.xx.2020-ci il tarixdə TT**********17410 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar