Məhkəmə qərarları › İş №2(110)-232/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-232/2025

10.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-232/2025 10.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X16 məhkəmə iclas katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs4, X7 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs1nə qarşı “miras əmlakının qəbulu faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakın miras əmlak kimi mənim tərəfimdən qəbulu faktiki müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, mərhum X11 ilə 2006-cı ildə el adət-ənənələinə uyğun olaraq ailə qurmuşuq, nikahımız xx.xx.2011-ci il tarixdə rəsmi qeydiyyata alınmış, bizim birgə nikahdan üç övladımız - xx.xx.2007-ci il təvəllüdü X25, xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2019-cü il təvəllüdlü X30 doğulmuş, X11 xx.xx.2022-ci il tarixdə kəskin miokard-infarkt xəstəliyi səbəbindən vəfat etmişdir. Bildirirəm ki, Mahmudova (Qənbərova) Leyla İbrahim qızının ölümündən sonra Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixdə 06 saylı qərarı ilə Şərur rayon Qarxun kəndində JN-057B nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" Şəhadətnaməyə əsasən cəmi altı nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi miras qalmışdir və mərhum Mahmudova (Qənbərova) Leyla İbrahim qızının birinci növbəli vərəsələri atası X17 və anası X12 notarial qaydada ərizə verərək Mahmudova (Qənbərova) Leyla İbrahim qızından miras qalmış əmlakı qəbul etmədiklərini bildirmişlər. Bildirirəm ki, mən Şərur rayon 1 saylı Notariat öfisinə ərizə ilə müraciət edərək məhum X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaka vərəsəlik hüququ hqqında şəhadətnamə veilməsini xahiş etim. Maraqlı şəxs1ndən verilmiş xx.xx.2024-cü il tarixli, 134 saylı qərarda vərəsəliyin açılma müddəti tərəfimdən buraxıldığından vərəsəliyin açılmasından və "X22 Şəhadətnamə" verilməsindən imtina edilmişdir. Bu səbəbdən də mərhum X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakın tərəfindən qəbulu faktının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında Şərur rayon Aqrar İslahat Komissiyasının Leylaya və ailə üzvlərinə verilmiş torpaq sahəsinin onların istifadəsində olduğunu, Leylanın ölümündən sonra həmin torpaq sahəsinin miras kimi onun qəbul etdiyini, əkib-becərdiyini, Leylanın bacı-qardaşlarının və ana-anasının həmin torpaq sahəsindən istifadə etmədiklərini və mirası qəbul etmədiklərini, həmin torpaq sahəsini öz adına sənədləşdirmək istədiyini bildirərək, məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs4 izahatında bacısının xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailə üzvlərinə verilmiş torpaq sahəsini bacısının istifadə etdiyini, bacısı vəfat edəndən sonra bacısının əri Azərin istifadəsində olduğunu, onun əkib-becərdiyini, miras olaraq onun qəbul etdiyini, bacısından qalan əmlakının onun qəbul etmədiyini, miras əmlakın bacısının əri Azərin adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs2 izahatında xx.xx.2022-ci il tarixdə bacısı Leylanın vəfat etdiyini, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailə üzvlərinə torpaq sahəsinin verildiyini, bacısı vəfat edəndən sonra həmin torpağın bacısının əri Azərin əkibbecərdiyini, miras olaraq onun qəbul etdiyini, bacısından qalan əmlakının onun qəbul etmədiyini, miras əmlakın Azərin adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən maraqlı şəxs X18 izahatında xx.xx.2022-ci il tarixdə bacısı Leylanın vəfat etdiyini, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailə üzvlərinə torpaq sahəsinin verildiyini, bacısı vəfat edəndən sonra həmin torpağın bacısının əri Azərin əkibbecərdiyini, miras olaraq onun qəbul etdiyini, bacısından qalan əmlakının onun qəbul etmədiyini, miras əmlakın Azərin adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1nə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X19 ifadəsində onun mərhumə Leyla və Azər ilə həmkəndli olduqlarının, Leylanın təxminən 3 il öncə vəfat etdiyini, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Leyla və onun ailə üzvlərinə verilmiş torpaq sahəsinin ailə üzvlərinin istifadəsində olduğunu, Leyla vəfat edəndən sonra isə əri Azərin yonca əkdiyini, haliyyədə də Azərinin istifadəsində olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X17 ifadəsində Leylanın onun qızı olduğunu, 3 il bundan öncə vəfat etdiyini, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara verilmiş torpaq sahəsinin Leyla ilə əri Azərin istifadəsində olduğunu, Leyla vəfat edəndən sonra da həmin torpaq sahəsinin Azərinin istifadəsində olduğunu, onun əkib-becərərək mirası qəbul etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-057B KOD 10210018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şərur rayon Qarxun kəndi ərazisində 0.10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli 06 nömrəli qərarı ilə X8, X4, X5, Maraqlı şəxs4, X6 və X1 mülkiyyətinə verilmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi ilə X13 arasında xx.xx.2011-ci il tarixdə 14 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Mahmudova” soyadı verilmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X11 xx.xx.2022-ci il tarixində Şərur rayon Qarxun kəndində kəskin miokard-infarkt səbəbindən vəfat etmişdir; - Şərur rayon Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13 nömrəli arayışından görünür ki, mərhum X3 aşağıdakı tərkibdən ibarət varisləri vardır:

1. X17 – atası – xx.xx.1951

2. X12 – anası – xx.xx.1958

3. Maraqlı şəxs4 – qardaşı – xx.xx.1981

4. X14 – bacısı – xx.xx.1982

5. X10 – bacısı – xx.xx.1989

6. Ərizəçi – əri – xx.xx.1969 - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 134 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ünvan 1i ünvanda qeydiyyatda Ərizəçi xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən,xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 ölümündən sonra miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişdir; - Ərizəçi xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs1nə ərizə ilə müraciət edərək ərizəsində xx.xx.2022ci ildə vəfat etmiş X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair X22 şəhadətnamə verməyiniz xahiş etmişdir; - X17 və X12 xx.xx.2025-ci il tarixdə Şərur rayon 2 saylı notariat ofisinə ərizə ilə müraciət edərək ərizələrinə bildirmişdirlər ki, qızım X11 xx.xx.2022 ci il tarixində ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi uçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır.qızımın ölümündən sonra mirasın nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X20 atası Ərizəçi, anası X9r; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X15 atası Ərizəçi, anası X9r; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X21 atası Ərizəçi, anası X9r. Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin, maraqlı şəxslərin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin yoldaşı mərhum X11 xx.xx.2022-ci il tarixdə öldükdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə yoldaşından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, vərəsələrdən X17 və X12 notariat kontoruna ərizə verməklə qızlarından qalmış miras əmlakları qəbul etməkdən imtina etmiş, digər vərəsələrin isə mirası əmlakları nə hüquqi cəhətdən, nə də ki, faktiki cəhətdən qəbul etmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X2 miras qalmış əmlakların Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar