Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-236/2022 25.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailəsinin onun mülkiyyətində olan Şərur rayon Muğancıq Müslüm kəndində yerləşən 1338 m2 həyətyanı torpaq sahəsi üzərində tikilmiş 110 m2 sahəsi olan 3 otaqlı fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 25 may 2022-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında İddiaçı məhkməyə ərizə təqdim edərək ərizəsində Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbi barədə iddia qaldırdığını, cavabdehlə mübahisəni öz aralarında həll etmək məqsədilə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçı ilə öz aralarında razılaşmaları məqsədi ilə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanması haqda ərizəsinə etirazının olmamasını bildirmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyinə və cavabdehin də verilmiş ərizəyə etirazı olmadığına görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə 23.02.2022-ci il tarixli, 27439 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə 23.02.2022-ci il tarixli, 27439 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-236/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-236/2022
25.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver