Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-25/2022 24.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı İldirim qızının, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı İldirim qızının Cavabdeh1 Mirzə oğluna qarşı “çəkilmiş xərcin geri qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Dizə kəndində yerləşən JN- 485A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş mərhum X9 0.18 ha həyatyanı torpaq sahəsinə və üzərindəki evin təmiri üçün çəkilmiş xərcin ümumilikdə 21500 (iyirmi bir min beş yüz) manat pulun varisi Cavabdeh1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İldirim qızı iddia ərizəsində 2006-cı ildə Cavabdeh4 ilə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladının dünyaya gəldiyini, 2008-ci ildə JN-485A nömrəli şəhadətnaməyə əsasən Dizə kənd sakini mərhum X9 mülkiyyətində olan dizə kənd ərazisində yerləşən 0.18 ha həyatyanı torpaq sahəsi və üzərində təmirsiz evi 6500 (altı min beş yüz) manat ödəməklə aldıqlarını, həmin vaxtdan evin təmir işlərinə başladıqlarını, evdə təmir və həyətdə abadlaşdırma işləri aparıldığını, torpaq sahəsinə və təmir işlərinə ümumilikdə 21500 (iyirmi bir min beş yüz) manat xərcinin çıxdığını, 2016-cı ildən ailə münasibətlərinin korlanması səbəbindən iki uşağı ilə birlikdə Çomaxtur kəndində valideynlərinin himayəsində yaşadığını, lakin son zamanlar müəyyən səbəblərdən Dizə kəndində aldıqları evə qayıtmaq istəsə də mərhum Mirzə Əliyevin varisi Cavabdeh1 Mirzə oğlu tərəfindən maneələr yaradıldığını, bu barədə telefon vasitəsilə danışıqlar aparılsa da onun evin geri alındığını söylədiyini və həmin evə qayıtmasına maneələr yaratdığını, başqa yaşayış evinin olmadığını, iki uşaqla başqa mənzil tikməyinə maddi imkanının olmadığını, cavabdehdən evə çəkilmiş xərcləri geri istəsə də onun bundan boyun qaçırdığını, özünün isə bütün çəkilmiş xərclərin qaytarılmasını istədiyini qeyd edərək, Şərur rayon Dizə kəndində yerləşən JN-485A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş mərhum X9 0.18 ha həyatyanı torpaq sahəsinə və üzərindəki evin təmiri üçün çəkilmiş xərcin ümumilikdə 21500 (iyirmi bir min beş yüz) manat pulun varisi Cavabdeh1 Mirzə oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı İldirim qızı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Şərur rayon məhkəməsində Cavabdeh1 Mirzə oğluna qarşı “çəkilmiş xərcin geri qaytarılması” tələbi ilə iddia qaldırdığını, məhkəmə araşdırması dövründə Cavabdeh1 Mirzə oğlunun birgə nikah dövründə qazandıqları əmlakın yəni torpaq və evə görə ödənilmiş pulu həyat yoldaşı Cavabdeh4 geri qaytarmasının məlum olduğunu, ailənin faktiki olaraq dağılmasını və nikahın ləğvi mərhələsində olduğu üçün qeyri-müəyyənlik yarandığını, ona görə də iddia tələbini dəyişərək cavabdehlər X16, Cavabdeh3, Cavabdeh1 Mirzə oğlu və Cavabdeh4 Cavabdeh4 ilə birgə nikah dövründə əldə olunmuş Şərur rayon Dizə kəndində yerləşən 0.18 ha həyatyanı torpaq sahəsi və evin alınması üçün ödənilmiş 6500 manat pulun və üzərindəki evin təmiri üçün çəkilmiş xərcin-15000 manat pulun, ümumilikdə 21500 manatın ½ hissəsinin müəyyən olunaraq, yəni 10750 (on min yeddi yüz əlli) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-648/2021nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadı ilə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlinmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı İldirim qızı izahatında, 2008-ci il tarixdə evi Əliyev Mirzədən 20 illik etibarnamə ilə 6500 manata aldıqlarını, evin 3 otaq 1 mətbəxdən ibarət olduğunu, özləri Türkiyədə yaşadığı üçün evi atasının vasitəçiliyi ilə təmir etdirdiklərini, təmir zamanı açıq eyvan əlavə etdiklərini, təqribən 15000 manata yaxın xərc çəkdiklərini, 2012-ci ildə Naxçıvan MR-na qayıtdıqlarını, 2013-cü ilin yanvarına qədər həmin evdə yaşadıqlarını, 2014-cü ildə nikahının pozulduğunu, 2 il atasıgildə yaşadığını, 2015-ci ildə barışaraq təkrar nikah bağladıqlarını, həmin evdə yaşamağa başladıqlarını, 5-6 ay orada yaşadıqdan sonra yenidən ailəliklə Türkiyəyə qayıtdıqlarını, 2016-cı ilin 18 dekabrında qızını da götürərək atası evinə qayıtdığını, Namiqin Türkiyədə qaldığını, Türkiyədən qayıtdıqdan sonra arada evinə gedibgəldiyini, 2021-ci ildə yenidən Namiqlə nikahının pozulduğunu, Namiqin onu evə buraxmadığını, evi sahibinə qaytardığını dediyini, ev sahibi ilə danışdıqda isə ev sahibinin ona Namiqin yalan dediyini evi geri qaytarmadığını deməsini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X14, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X16 02.11.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq, teleqramda 05.11.2021ci il tarixdə saaat 11:00-a təyin edilmiş məhkəmə iclasında oğlum Cavabdeh1 Mirzə oğlu və onun maddi imkansızlığa görə iştirak edə bilməyəcəklərini, həqiqətən 2006-2007-ci illərdə rəhmətlik həyat yoldaşı X17 ilə evli olduqları müddətdə Şərur rayon Dizə kəndində onlara məxsus torpaq sahəsinin üzərində təmirsiz evi 6500 (altı min beş yüz) manata Cavabdeh4 və İddiaçı İldirim qızına satdıqlarını, onların heç bir irad və tələblərinin olmadığını, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. 10 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilən X1 ifadəsində qardaşı oğlu Abdulla Abdullayevin ona baldızıgilin Dizə kəndində ev aldıqlarını, onların evi üçün 6 ədəd pəncərə, 4 ədəd qapı düzəltməsini sifariş etdiyini, onun həmin pəncərələri və qapıları düzəltdiyini, qardaşı oğlunun gəlib pəncərələri və qapıları apardığını bildirmişdir. 10 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilən X2 izahatında sürücü olduğunu, həmkəndlisi İldırımın qızı Yeganəyə Dizə kəndində ev aldıqlarını, evin şiferini dəyişdirdiklərini, həmkəndliləri Abdullayev Abdullanı, Tahiri və Nəso adlı şəxsi 4-5 gün şifer vurmaq üçün Dizə kəndinə apardığını, axşam gedib onları gətirmələrini xahiş etdiyini, onun pulunu İldırımın verdiyini, o ərəfədə həmin evdə Namiqi görmədiyini bildirmişdir. 10 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilən X5 izahatında usta olduğunu, Yeganənin atası İldırım kişinin ona qızına Şərur rayon Dizə kəndində ev aldıqlarını dediyini, həmin evi təmir etməyi xahiş etdiyini, Namiqlə bacanağı Abdulla Abdullayevin gəc qatdığını özünün isə gəci və alçını vurduğunu, digər otaqların gəci çəkildiyi üçün yalnız evin mətbəx və 1 böyük otağının gəcini vurduğunu, mətbəxin lambirinini də vurduğunu, gördüyü işlərin pulunu Yeganənin atası İldırım kişidən aldığını, İldırım kişinin Qaz-31 maşını olduğunu, Namiqin onu və digər ustaları həmin maşınla Dizə kəndinə apardığını bildirmişdir. 10 yanvar 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında şahid qismində dindirilən X6 izahatında İldırımın ondan qızının evinin təmir işlərini aparmağını istədiyini onun da razılaşdığını, İldırımın onu həmin evə apardığını, 2 otağın alçısını, 3 otağın isə tavanının alçısını və boyasını özünün, 1 otaq və mətbəxin alçısını isə həmkəndlisi Elsəvər ustanın çəkdiyini, gördüyü işlərin pulunu İldırım kişinin verdiyini, Namiqi görmədiyini bildirmişdir. Məhkəmə idiaçının, onun vəkilinin və şahidlərin izahatlarına və mülki iş materialında tədqiq olunmuş digər sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12.12.2013-cu il tarixli AZ-İ № 493646 nömrəli ölümün akt qeydləri kitabından çıxarışdan görünür ki, X17 19.12.2012-ci il tarixdə Sumqayıt şəhərində ağ ciyər ödemi xəstəliyi səbəbindən vəfat etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsi haqqında 09.10.2001-ci il tarixli JN- 485A nömrəli şəhadətnamənin təstiq olunmuş surətindən görünür ki, Şərur rayon Aqrar İslahat komissiyasının 28 sentyabr 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Şərur rayon Dizə kəndində X17, X16, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətinə 0.18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 11 noyabr 2008-ci il tarixli ƏN-İ № 117258 nömrəli etibarnamənin surətindən görünür ki, Şərur rayonu Dizə kəndində yaşayan X17, Cavabdeh2 və Cavabdeh1 Şərur rayon Aqrar İslahat Komissiyasının 28.09.1998-ci iltarixli, 07 nömrəli qərarına əsasən Şərur rayonu Dizə kəndində yerləşən 0.18 ha torpaq sahəsininə dair sərəncam vermək, bağışlamaq, satmaq, dəyişmək, ipoteka (girov qoymaq), pulunu almaq buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi 20 il müddətinə Cavabdeh4 etibar etmişlər. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.03.2015-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4 ilə Tahirova Yeganə İldırım qızı arasında 12.03.2015-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 49 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Vəliyeva" soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 13.12.2021-ci il tarixli 322 nömrəli rəyindən görünür ki, Cavabdeh4 ilə İddiaçı İldırım qızının birgə nikah dövründə əldə etdikəri Şərur rayon Dizə kəndində yerləşən yaşayış evinin təmir işlərinə çəkdikləri xərcin bugünkü bazar qiymətlərinə uyğun olaraq ümumilikdə təqribi dəyəri 9169.60 (doqquz min yüz altmış doqquz manat, altmış qəpik) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı iş materialında olan sübutlarla müəyyən olunur ki, İddiaçı İldirim qızı ilə Cavabdeh4 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, iş üzrə tərəflər nikahda olduqları müddətdə 2008-ci ildə JN-485A nömrəli şəhadətnaməyə əsasən Şərur rayon Dizə kəndində X9, X10, Cavabdeh3 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan 0.18 ha həyatyanı torpaq sahəsi və üzərində yerləşən təmirsiz 3 otaq və mətbəxdən ibarət yaşayış evinin alınması üçün 6500 manat ödəmişlər. Eyni zamanda cavabdeh X16 02.11.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq, teleqramda 05.11.2021-ci il tarixdə saaat 11:00-a təyin edilmiş məhkəmə iclasında oğlum Cavabdeh1 Mirzə oğlu və mən maddi imkansızlığa görə iştirak edə bilməyəcəklərini, həqiqətən 2006-2007-ci illərdə rəhmətlik həyat yoldaşı X17 ilə evli olduqları müddətdə Şərur rayon Dizə kəndində onlara məxsus torpaq sahəsinin üzərində təmirsiz evi 6500 (altı min beş yüz) manata Cavabdeh4 və İddiaçı İldirim qızına satdıqlarını bildirməklə bu faktı bir daha təsdiq etmişlər. Həmçinin iş materialarında olan 11 noyabr 2008-ci il tarixli ƏN-İ № 117258 nömrəli etibarnamənin surətindən görünür ki, Şərur rayonu Dizə kəndində yaşayan X17, Cavabdeh2 və Cavabdeh1 Şərur rayon Aqrar İslahat Komissiyasının 28.09.1998-ci iltarixli, 07 nömrəli qərarına əsasən Şərur rayonu Dizə kəndində yerləşən 0.18 ha torpaq sahəsininə dair sərəncam vermək, bağışlamaq, satmaq, dəyişmək, ipoteka (girov qoymaq), pulunu almaq buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi 20 il müddətinə Cavabdeh4 etibar etmələri müəyyən olunmuşdur. Mövcud vəziyyətdə həmin əmlak Cavabdeh4 adına qeydiyyata alınmamış, tərəflər arasında nikah münasibətlərinə xitam verildiyindən isə iddiaçının həmin əmlakdan ona çatan payı əldə etməsi üçün Cavabdeh4 həmin əmlakı dövlət qeydiyyatına aldırmaqda maraqlı deyil. Mübahisə predmeti olan əmlak isə hazırda iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə mülkiyyətlərində olduğundan iddiaçı həmin əmlakdan ona düşən payı başqa formada əldə edə bilmir. Bununlada məhkəmə bu qənaətə gəlir ki, İddiaçı İldirim qızı ilə Cavabdeh4 birgə nikahları dövründə Şərur rayon Dizə kəndində yerləşən 0.18 ha torpaq sahəsi və üzərində yerləşən 3 otaq və mətbəxtdən ibarət yaşayış evinin alınması üçün ödədikləri 6500 manat məbləğində pulun ½ (ikidə bir) hissəsi, yəni 3250 (üç min iki yüz əlli) manatı əmlakın hazırki mülkiyyətçiləri X7, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı İldirim qızına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; - 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır; - 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir: - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Eyni zamanda məhkəmə iddia tələbinin evin təmirinə çəkilən 15000 manat xərcin ½ hissəsinin cavabdehlər X16, Cavabdeh3, Cavabdeh1 Mirzə oğlu və Cavabdeh4 alınaraq İddiaçı ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şahid ifadələri ilə müəyyən olunmuşdur ki, həmin yaşayış evinin təmir işləri İddiaçı ilə Cavabdeh4 birgə nikahda olduqları dövrdə aparılmışdır. Eyni zamanda iş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 13.12.2021-ci il tarixli 322 nömrəli rəyindən görünür ki, Cavabdeh4 ilə İddiaçı İldırım qızının birgə nikah dövründə əldə etdikəri Şərur rayon Dizə kəndində yerləşən yaşayış evinin təmir işlərinə çəkdikləri xərc bugünkü bazar qiymətlərinə uyğun olaraq təqribi olaraq 9169.60 (doqquz min yüz altmış doqquz manat, altmış qəpik) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı İldırım qızı ilə Cavabdeh4 birgə nikahları dövründə mübahisə predmeti olan fərdi yaşayış evinin təmir işlərinə çəkilən 9169.60 (doqquz min yüz altmış doqquz manat, altmış qəpik) manat məbləğində pulun ½ (ikidə bir) hissəsi, yəni 4584.8 (dörd min səkkiz yüz səksən dörd manat səksən qəpik) manatı da cavabdehlər X7, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı İldirim qızına ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin olunaraq İddiaçı İldirim qızı ilə Cavabdeh4 birgə nikahları dövründə Şərur rayon Dizə kəndində yerləşən 0.18 ha torpaq sahəsi və üzərində yerləşən 3 otaq və mətbəxtdən ibarət yaşayış evinin alınması üçün ödədikləri 6500 manat məbləğində pulun və həmin evin təmirinə çəkilən 9169.60 manat məbləğində pulun, ümumilikdə 15669.6 manat məbləğində pulun ½ hissəsi, yəni 7834.8 (yeddi min səkkiz yüz otuz dörd manat səksən qəpik) manatı cavabdehlər X7, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı İldirim qızına ödənilməli, iddia digər hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Çünki Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı İldirim qızı ilə Cavabdeh4 birgə nikahları dövründə Şərur rayon Dizə kəndində yerləşən 0.18 ha torpaq sahəsi və üzərində yerləşən 3 otaq və mətbəxtdən ibarət yaşayış evinin alınması üçün ödədikləri 6500 manat məbləğində pulun və həmin evin təmirinə çəkilən 9169.60 manat məbləğində pulun, ümumilikdə 15669.6 manat məbləğində pulun ½ (ikidə bir) hissəsi, yəni 7834.8 (yeddi min səkkiz yüz otuz dörd manat səksən qəpik) manatı cavabdehlər X7, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı İldirim qızına ödənilsin. İddia digər hissədə rədd olunsun. İddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İldirim qızına aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-25/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-25/2022
24.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver