Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-253/2021 02.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Məmədəli oğluna və Cavabdeh2 Fikrət oğluna qarşı “damın məcburi boşaldılması tələbi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Məmədəli oğlunun və Cavabdeh2 Fikrət oğlunun Şərur rayon X3 xx xxxxxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə JN-025B nömrəli 10215048 kodlu torpağın mülkiyyətə verilmiş 0.05 hektar həyatyanı sahədə tikilmiş fərdi yaşayış sahəsinə aid damın məcburi boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarilmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləriiddia ərizəsinə əlavə edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır; 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələbinə əsasən, iddiaçı iddia ərizəsində Şərur rayon X3 xx xxxxxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə JN-025B nömrəli 10215048 kodlu torpağın mülkiyyətə verilmiş 0.05 hektar həyatyanı sahədə tikilmiş fərdi yaşayış sahəsinə aid damın məcburi boşaldılmasını tələb etsə də, həmin fərdi yaşayış sahəsinə aid damın onun mülkiyyətində olmasını təsdiq edən sənədin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı tərəfindən “xxxx” ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2021-ci il tarixdə 12308 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1 Məmədəli oğluna və Cavabdeh2 Fikrət oğluna qarşı “damın məcburi boşaldılması tələbi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “xxxx” ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2021-ci il tarixdə 12308 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılsın. X1 izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada tərəfə verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-253/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-253/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver