Məhkəmə qərarları › İş №2(110)-259/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-259/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-259/2021 11.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X20 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ilə X24 birgə nikah dövründə Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kvm olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün alınması üçün verdikləri 8600 ABŞ dolları və həmin evin təmirinə çəkilən 5860 manat xərcin yarısının hazırda həmin evin mülkiyyətçisi olan Cavabdeh alınıb, ona ödənilməsinə dair qətnamə çıxarılmasını, bütün bu proseslərdə iştirak etdikləri üçün keçmiş əri X25 evin əvvəlki mülkiyyətçisi X9 və onlarla alqı-satqı danışıqları aparmış atası X6 cavabdeh tərəfdən üçüncü şəxs qismində prosesə cəlb edilməsini, mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər hazırda yaşadığı evin yenidən üçüncü şəxslərin mülkiyyətinə keçməsinin qarşısının alınması və gələcəkdə iddiasının təmin olunacağı təqdirdə icrasını təmin etmək məqsədilə həmin yaşayış evinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2004-cü ildə Şərur rayon Danyeri kənd sakini X30 ilə ailə həyatı qurduğunu, Zəfərlə 22 dekabr 2005-ci ildə nikaha daxil olduqlarını, Zəfərin birinci həyat yoldaşının 2002-ci ildə vəfat etdiyini, evləndikdən sonra 6 ilə kimi Zəfərin adına olan evdə yaşadıqlarını, sonradan 2010-cu ildə Zəfərin oğlu Əli onları yola vermədiyindən aralarında mübahisə yarandığını və Zəfərlə evdən çıxmaq qərarına gəldiklərini, onlar kənddə satılan ev axtardıqları zaman X6 evinin satdığı məlum olduğunu, həmin dövrdə Zəfərin imkanı olmadığından məsələni qardaşı Mustafaya bildirdiyini, qardaşı da Ramazanla əlaqə saxlayaraq həmin evi onlara 8600 ABŞ dolları miqdarında satmağa razılaşdığını, evi aldıqdan sonra Zəfərlə həmin evdə yaşadıqlarını, evi adına saldırmağını istəyəndə hər dəfə Zəfərin bir münaqişə yaradıb sənədləşdirmədən yayındığını, Zəfərlə aralarında yaranan mübahisələrdən sonra Zəfər 2018-ci ilin mart ayında özünə aid əşyalarını toplayaraq evdən çıxdığını, daha 07 avqust 2018-ci il tarixində məhkəməyə nikahın pozulmasına dair müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulduğunu, nikahın pozulması ərəfəsində də məhz evin Zəfərin yoxsa onun adına rəsmiləşdirilməsi ilə bağlı mübahisələrinin davam etdiyini, məcbur qalıb əri Zəfərə qarşı 20 noyabr 2018-ci il tarixdə müqavilənin rəsmiləşdirilməsi tələbinə dair iddia qaldırdığını, həmin ərəfədə məhkəmə proseslərinin davam etdiyi dövrdə yəni, 2019-cu ilin fevral ayında isə Zəfərin təzyiqi ilə Ramazanın oğlu evin mülkiyyətçisi sayılan X15 tərəfindən Zəfərin oğlu Əlinin adına verilmiş etibarnamə əsasında Əlinin evi saxta “alqı-satqı“ müqaviləsi əsasında guya 8000 manat X10 ödəməklə yoldaşı Cavabdeh adına rəsmiləşdirdiyini, Şərur rayon Məhkəməsinin hakimi S.Qarayev tərəfindən isə 18 mart 2019-cu il tarixdə müqavilə bağlamağa məcbur etməyə qanun yol vermədiyi üçün müqavilənin rəsmiləşdirilməsi tələbinə dair iddiasının rədd edildiyini, onun birgə aldıqları və hazırda yaşadığı evdən ona çatası paydan məhrum edildiyini, Zəfər evi gəlininin adına rəsmiləşdirdikdən sonra gəlini Cavabdeh adından ona qarşı 15 mart 2019-cu il tarixdə evdən məcburi çıxarılma haqqında iddia qaldırdıqlarını, hakim S.Qarayev tərəfindən həmin iddianın təmin edildiyini verdiyi apellyasiya şikayətinə əsasən həmin iş üzrə icraatın Naxçıvan MR Ali Məhkəməsində dayandırıldığını, daha sonra min bir əziyyətlə aldıqları evdən çıxmaq təhlükəsi qarşısında qaldığından mənzildən istifadə hüququnun tanınması haqqında iddia qaldırdığını, həmin işin icraatının üçün 08 iyul 2019-cu ildə Şərur rayon Məhkəməsi (S.Qarayev) tərəfindən dayandırıldığını, 18 oktyabr 2019-cu ildə Şərur rayon Məhkəməsində “alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia qaldırdığını, Şərur rayon Məhkəməsi (hakim M.Əliyev) 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə həmin əmlakın birgə nikah dövründə faktiki alındığını müəyyən etsə də, rəsmiləşdirmə aparılmadan və onun həmin iddianı qaldırmağa hüququ olmadığı qənaətinə gələrək iddiasını rədd etdiyini, lakin həmin qətnamədə məhkəmə birgə nikah dövründə əmlakın alınması üçün pul verildiyini təstiq etdiyini, Şərur rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli 2(110)-51/2019 nömrəli qətnaməsində “həqiqətən də X30 ilə X14 22 dekabr 2005-ci ildə nikaha daxil olması, birgə nikahda olduqları dövrdə - 2010-cu ildə X10 məxsus Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kvm olan yaşayış evini 8600 ABŞ dolları qiymətinə almaqla bağlı mülkiyyətçinin atası X16 ilə razılığa gəlməsi, həmin pulun 5000 ABŞ dolları hissəsinin mülkiyyətçinin atasına Bakı şəhərində X14 bacısı oğlu X11 tərəfindən, qalan hissəsinin isə X24 bacısı oğlu Kamil adlı həmkəndliləri vasitəsilə göndərilməsi, həmin vaxtdan Məmmədov Zəfər ilə Məmmədova Südabənin mübahisəli evdə yaşaması, ailə münasibətləri pozulduqdan sonra Zəfərin 2018-ci ildə evi tərk etməsi, 2019-cu ildə nikahın pozulması, Məmmədova Südabənin isə hazırda həmin evdə yaşaması, cavabdehlər Məmmədov Zəfər və oğlu Nümayəndə həmin pulun əslində Zəfərə deyil, Əliyə məxsus olduğunu və evin Əliyə alındığını göstərmələri, lakin əvvəlki məhkəmə qərarlarının iddiaçının və evin əvvəlki mülkiyyətçisinin, onun atasının izahatları, işin digər faktiki halları həmin evin məhz birgə nikah dövründə Zəfər tərəfindən 8600 ABŞ dollarına alındığını təstiq etməsinin” müəyyən olunduğunu, həmçinin həmin ev alındıqdan sonra evin abadlaşdırılmasına xeyli vəsaitin sərf olunduğunu, həmin vəsaitin onun qardaşının köməkliyi, həm də, Zəfər tərəfindən qoyulduğunu, bu xərclərə darvaza qapısı, hasar 40 metr, suvaq işləri, tingə 70 ədəd, mətbəx mebeli, kafel, metlak və usta xərci 30 kv.m, laminat və usta xərci 40 kv.m, hamam qapısı, hamam pəncərəsi mətbəx pəncərəsi, şopen, hidrofor və s. aid olduğunu, Şərur rayon Məhkəməsinin icraatında olan həmin xərclərin keçmiş ərim Zəfərdən tutulmasına dair 2(110)-279/220 nömrəli mülki iş üzrə təyin olunmuş məhkəmə ekspertizasının 06.08.2020-ci il tarixli rəyinə əsasən həmin xərclərin bugünkü bazar dəyəri onun 6100 manat iddia tələbinə qarşı 5860.65 manat müəyyən edildiyini, göründüyü kimi Zəfərlə onun birgə nikah dövründə həmin əmlakı almaq üçün pulun verilməsi, 2018-ci ilə qədər o evdə birgə yaşamaları və evi təmir etmələri, onun hazırda da o evdə yaşaması evin isə müxtəlif yollarla digər şəxsin adına keçirilməsi, onun həmin evin alınmasına sərf olunmuş vəsaitdən yəni 8600 dollar, həmçinin evin abadlaşdırılmasına çəkilmiş 5680 manat puldan ona çatan ½ payı tələb etmək haqqının olduğunun göründüyünü, hazırda həmin evin müxtəlif yollarla faktiki olaraq evin mülkiyyətçisinə heç bir ödəniş edilmədən “alqı-satqı” müqaviləsi əsasında Zəfərin gəlini Cavabdeh mülkiyyətinə keçdiyini, belə ki, Şərur rayon Məhkəməsinin icraatında olan həmin xərclərin keçmiş əri Zəfərdən tutulmasına dair 2(110)-279/220 nömrəli mülki iş üzrə cavabdehin nümayəndəsi Zəfərin oğlu Əli məhkəmə iclasında evin 2019-cu ildə “alqı-satqı” zamanı 8000 manat pulun evi satan mülkiyyətçiyə verilmədiyini, sadəcə notariat əməliyyatı üçün pul vəsaitinin köçürülməsinin tələb olunduğunu bildirdiyini, buna görə də həmin pulun bütün proseslərdən məlumatı olan, heç bir ödəniş etmədən əmlak əldə edən və əsassız varlanan Cavabdeh tutulmalı olduğunu qeyd edərək, İddiaçı ilə X24 birgə nikah dövründə Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kvm olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün alınması üçün verdikləri 8600 ABŞ dolları və həmin evin təmirinə çəkilən 5860 manat xərcin yarısının hazırda həmin evin mülkiyyətçisi olan Cavabdeh alınıb, ona ödənilməsinə dair qətnamə çıxarılmasını, bütün bu proseslərdə iştirak etdikləri üçün keçmiş əri X25 evin əvvəlki mülkiyyətçisi X9 və onlarla alqı-satqı danışıqları aparmış atası X6 cavabdeh tərəfdən üçüncü şəxs qismində prosesə cəlb edilməsini, mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər hazırda yaşadığı evin yenidən üçüncü şəxslərin mülkiyyətinə keçməsinin qarşısının alınması və gələcəkdə iddiasının təmin olunacağı təqdirdə icrasını təmin etmək məqsədilə həmin yaşayış evinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək etiraz ərizəsində İddiaçı Şərur Rayon Məhkəməsində nümayəndəsi olduğu Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, mülki işin məhkəmə hazırlıq iclasının keçirildiyini, məhkəmə baxışı iclasının 11 iyun 2021-ci il tarixə, saat 11:00-a təyin edildiyini, qaldırılmış iddia tələbi ilə qəti razılaşmadığını və aşağıdakı əsaslara görə etiraz etdiyini, İddiaçı bundan əvvəl Şərur Rayon Məhkəməsində atası X26 qarşı eyni məbləğdə pul tələbinə dair iddia qaldırdığını və Şərur Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2(110)-279/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edildiyini, bundan sonra X24 həmin qətnamə ilə razılaşmayaraq Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verdiyini, hal-hazırda həmin işin icraatının hazırki işlə əlaqədar olaraq dayandırıldığını, İddiaçı bundan əvvəl X26 qarşı qaldırdığı iddia tələbində mübahisə predmeti olan evin birgə nikah dövründə alındığını, həmçinin həmin evə xərc çəkildiyini əsas gətirərək iddia tələbində qeyd olunmuş məbləğin Məmmədov Zəfərdən alınaraq ona ödənilməsini xahiş etdiyini, indi isə evin mülkiyyətçisinin Cavabdeh olduğuna əsaslanaraq Zəfərdən tələb etdiyi məbləğin Lalədən alınmaqla ona ödənilməsini xahiş etdiyini, iddiaçının qaldırdığı iddia tələbinin kimə qarşı qaldırılmasında konkret nəticəyə gələ bilmədiyinin buradan aydın olduğunu, həmin məbləğin əvvəlcə Zəfərdən daha sonra isə Lalədən alınmasını məhkəmədən xahiş etdiyini, iddiaçının bundan öncədə bir neçə iddia tələbi ilə Şərur Rayon Məhkəməsində iddia qaldırdığını, sonuncu iddia tələbi istisna olmaqla (icraatı dayandırılmış) digər iddia tələblərinin müvafiq qətnamələrlə rədd edildiyini, həmçinin hazırki iş üzrə cavabdeh Şərur Rayon Məhkəməsində İddiaçı qarşı evdən məcburi çıxarılma tələbinə dair iddia qaldırdığını, iddianın təmin olunduğunu, lakin apellyasiya şikayəti verilərək həmin işin də icraatının dayandırıldığını, İddiaçı məqsədinin hər hansı yolla olursa olsun iddia etdiyi pul məbləğinin kimdən alınmasından asılı olmayaraq həmin pulun ona ödənilməsi olduğunu, qaldırdığı iddia tələblərinin heç bir hüquqi əsası olmadığını, heç bir halda onun iddiasının hüquqi və faktiki əsasını sübut edə bilmədiyini, beləliklə bu iddia tələbinin nəinki rədd olunmalı, AR MPMnin tələbinə görə iddianın yolverilməzliyinə görə həmin tələbin icraata qəbul edilməsindən imtina olunmalı olduğunu, yuxarıda qeyd olunduğu kimi eyni əsas və eyni predmetə dair iddiaçının ikinci dəfə məhkəməyə müraciət etdiyini, sadəcə tələbin yönəldiyi şəxsi dəyişməklə iddiasını irəli sürdüyünü, bundan əvvəl iddia etdiyi məbləği Şərur Rayon Məhkəməsində X21 tələb etdiyini və məhkəmənin Zəfərə münasibətdə iddianı qismən təmin etdiyini, eyni məbləğin eyni əsasla Cavabdeh tələb edilməsinin hüquqi baxımdan düzgün olmadığını düşündüyünü, hal-hazırda apellyasiya qaydasında mübahisələndirilən və icraatı dayandırılan Şərur Rayon Məhkəməsinin 2(110)-279/2020 saylı qətnaməsi ilə hazırda Lalədən tələb olunan məbləğin Məmmədov Zəfərdən alınaraq İddiaçı ödənilməsinin qət edildiyini, həmin məbləğin ikinci dəfə başqa şəxsdən eyni əsasla tələb edilməsinin, fikirlərinə görə tamamilə qanunsuz və əsassız iddia olduğunu, iddiaçının iddia tələbinn kimə yönəldilməsinə dair fikrini qəti formalaşdırmadan və hüquqi əsası olmayan iddia tələbləri ilə məhkəməyə müraciət etdiyinin buradan da aydın olduğunu, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdeh qarşı Şərur Rayon Məhkəməsində qaldırdığı pul tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X26, X12 və X10 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və mülki iş materialında tədqiq olunmuş digər sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(110)- 29/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, X30 ilə X22 arasında bağlanmış 22 dekabr 2005-ci il tarixli 388 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(110)-93/2019 nömrəli qətnaməsindən görünür ki, X14 X26 qarşı “alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli 2(110)- 51/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X10, X13, Cavabdeh, Nümayəndə və X26 qarşı alqı-satqı müqaviləsinin ləğvi və mülkiyyət hüququnun tanınması barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(110)- 279/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Eyvazova Südabə Rəcəb qızının X26, X12 və X10 qarşı “nikah dövründə əldə olunmuş əmlakın ümumi birgə mülkiyyət sayılması, payların müəyyən olunması və bölünməsi” tələbinə dair iddiası qismən təmin olunmuşdur. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin X5 X12 qarşı “pul tələbinə” dair dair iddiası rədd etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Naxçıvan MR Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evi 05.03.2019-cu il tarixdə **********459-10301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan 18 fevral 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 məxsus Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evi mülkiyyətçi tərəfindən Nümayəndə verilmiş 12 fevral 2019-cu il tarixli 3216 nömrəli etibarnamə əsasında 8000 manata Cavabdeh satılmışdır. İş materiallarında olan 12 oktyabr 2018-ci il tarixli AR-İ № 144558 nömrəli etibarnamənin əslindən görünür ki, X16 nəqliyyat vasitələri istisna olmaqla ona məxsus olan əmlaklar üzərində sərəncam verməyi X19 etibar etmişdir. İş materiallarında olan 12 fevral 2019-cu il tarixli 7E-3216 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X15 **********59-10301 reyestr nömərəsi ilə mülkiyyətində olan Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan yaşayış evini özgəninkiləşdirməyi Nümayəndə etibar etmişdir. İş materiallarında olan 10 yanvar 2020-ci il tarixli teleqramın təsdiqlənmiş surətindən görünür ki, X17 mübahisəli evi 2008-ci ildə X26 8600 ABŞ dollarına satdıqlarını göstərmişdir. İş materiallarında olan 16 yanvar 2020-ci il tarixli teleqramın təsdiqlənmiş surətindən görünür ki, X15 ona məxsus olmuş mübahisəli evi 2008-ci ildə X1, həmin evin onun adına olmasına baxmayaraq bütün danışıqları atası X7 apardığını göstərmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 06.08.2020-ci il tarixli rəyinin surətindən görünür ki, Şərur rayon Danyeri kəndində yerləşən, Cavabdeh Bəhman qızının adına dövlət reyesterində mülkiyyət hüququ ilə qeydə alınmış hazırda İddiaçı yaşadığı 0,23 ha torpağın üzərində yerləşən ümumi sahəsi 119,13 kv.m olan fərdi yaşayış evində təmir-tikinti işlərinə çəkilən xərcin bugünkü bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 5860,65 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bellə ki, Məhkəmə tədqiqatı zamanı iş materialında olan sübutlarla müəyyən olunur ki, X30 ilə İddiaçı 22.12.2005-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. İş üzrə tərəflər nikahda olduqları müddətdə 2010-cu ildə X10 məxsus Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin alınması ilə bağlı X30 ilə X8 atası X16 arasında həmin evin 8600 dollara X3 barədə razılıq əldə olunmuşdur. Həmin pulun əvvəlcə 5000 ABŞ dollarının, daha sonra isə qalmış 3600 dollarının X30 tərəfindən X12 göndərilməsi iş materiallarında olan X6 Şərur Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(110)- 29/2019 nömrəli qətnaməsində şahid qismində verdiyi ifadəsi, eyni zamanda Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(008)4901/2019 nömrəli qətnaməsində cavabdeh qismində verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarında X6 və X8 10.01.2020-ci il və 16.01.2020-ci il tarixlərdə məhkəməyə vurduqları teleqramda da mübahisəli evin 2008-ci ildə 8600 ABŞ dollarına X2 bildirməklə bu faktı bir daha təsdiq etmişlər. Həmçinin keçirilmiş məhkəmə iclaslarında o da müəyyən olunmuşdur ki, X15 12 fevral 2019-cu il tarixli 7E- 3216 reyestr nömrəli etibarnamə ilə **********59-10301 reyestr nömərəsi ilə mülkiyyətində olan Şərur rayon Danyeri kəndində yerləşən 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan yaşayış evini özgəninkiləşdirməyi Nümayəndə etibar etmiş və sonuncu tərəfindən həmin əmlak 18 fevral 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi əsasında formal olaraq 8000 manata, lakin əslində mülkiyyətçiyə ödəniş edilmədən, əvvəl ödənilmiş 8600 ABŞ dollarının hesabına Cavabdeh satılmışdır. Bu isə onu deməyə əsas verir ki, bu müqavilə X30 ilə İddiaçı arasında olan nikahın pozulması ilə əlaqədar işin məhkəmənin icraatında olan dövrə təsadüf etmişdir. Bunu etməkdə də məqsəd onlar arasında nikah pozulduqdan sonra İddiaçı həmin əmlakdan payın müəyyən edilməsinin qarşısını almaq olmuşdur. Bütün bunlara baxmayaraq həmin əmlakın X30 ilə İddiaçı birgə nikahda olduqları dövrdə X4 evin əvvəlki mülkiyyətçisi tərəfindən etiraf edilmişdir. Hazırda isə həmin əmlak faktiki olaraq mülkiyyətçiyə heç bir ödəniş etmədən görüntü üçün bağlanmış əqd əsasında Cavabdeh adına keçirilmiş və o, iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanmışdır. İddiaçı isə həmin müqavilənin tərəfi olmadığından müqavilənin etibarsızlığı ilə bağlı iddiası əsassız hesab edilmişdir. Buna görə də, həmin evin alınması üçün verilmiş 8600 ABŞ dollarının yarısı, yəni 4300 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) Cavabdeh alınaraq X18 ödənilməlidir. Həmin əmlakın İddiaçı ilə X24 birgə nikahda olduqları dövrdə X26 həmin əmlakın bilavasitə satılmasında iştirak etmiş X6 şahid qismində verdiyi ifadəsi Şərur Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(110)- 29/2019 nömrəli qətnaməsi, eyni zamanda cavabdeh qismində verdiyi izahatı Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(008)-4901/2019 nömrəli qətnaməsində öz əksini tapmış, həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Ona görə də bu hal bir daha mübahisələndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Eyni zamanda məhkəmə iddia tələbinin evin təmirinə çəkilən 5860 manat xərcin yarısının Cavabdeh alınaraq iddiaçı X18 ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də əsalıdır. Belə ki, iş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 06.08.2020-ci il tarixli rəyindən görünür ki, Şərur rayon Danyeri kəndində yerləşən, Cavabdeh Bəhman qızının adına dövlət reyesterində mülkiyyət hüququ ilə qeydə alınmış, hazırda İddiaçı yaşadığı 0,23 ha torpağın üzərində yerləşən ümumi sahəsi 119,13 kv.m olan fərdi yaşayış evində təmir-tikinti işlərinə çəkilən xərcin bugünkü bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 5860,65 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X22 ilə əmmədov Zəfər Əli oğlunun birgə nikahları dövründə mübahisə predmeti olan fərdi yaşayış evinin təmir-tikinti işlərinə çəkilən 5860,65 manat məbləğində pulun yarısı, yəni 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat da Cavabdeh alınaraq iddiaçı X18 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.7-ci maddəsimnə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçı ilə onun keçmiş ərinin birgə nikah dövründə əldə etdikləri əşlakı hər hansı qanuni əsas olmadan əldə etməklə əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində həmin əmlakdan iddiaçıya çatacaqları geri qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Çünki Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X14 ilə X24 birgə nikahları dövründə Şərur rayon Danyeri kəndində əldə edilmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışla rəsmiləşdirilmiş 0.23 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 119.13 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin alınması üçün X30 tərəfindən ödənilmiş 8600 ABŞ dollarının yarısı, yəni 4300 (dörd min üç yüz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla) və həmin təmir-tikinti işlərinə çəkilən 5860.65 manat xərcin yarısı, yəni 2930.32 (iki min doqquz yüz otuz manat otuz iki qəpik) manat da Cavabdeh alınaraq X18 ödənilsin. İddia qaldırılarkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X18 aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar