Məhkəmə qərarları › İş №2(110)-26/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-26/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-26/2023 16.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29100 (iyirmi doqquz min yüz) manat pul vəsaitinin, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 179 (bir yüz yetmiş doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cu il tarixli, 2-2(087)-03/2014 sayı qərarına əsasən Cavabdeh "xxxx" ASC Şərur rayon filialına olan 202000.00 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu, bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq “Kapital Bank’" ASC Şərur rayon filialının xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutma ipoteka ilə yüklü edilmiş xx.xx.2011-cii il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində mülkiyyətində olan, 0.1083 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış, 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və bu əmlakların açıq hərracda satılıb kredit borcunun ödənilməsi, xx.xx.2011-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan, Şərur rayonu, Siyaqut kəndində mülkiyyətində olan, 0.1083 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m. yaşayış, 21.60 kv.m. qeyri-yaşayış, 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satılarsa, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin üçüncü şəxs İddiaçı verilməsi qət edilmişdir. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(110)-39/2022 saylı qətnaməsinin qərarında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X8, X6, X12, X11 və onun yetkinlik yaşına çatmayan oğlu X17 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evi tamamilə boşaldılaraq «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X3, X1, X7, X4 yetkinlik yaşına çatmayan oğlu X13 istifadə hüquqları itirilmiş hesab edilsin. Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasınin xx.xx.2022-ci il tarixli, 2(108)-57/2022 saylı qətnaməsinin qərarına əsasən Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxs, cavabdeh İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 18 aprel 2018-ci il tarixli 16/4 nömrəli bildirişi ilə iddiaçıya məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evi ipoteka pretmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişə əsasən evin ilkin satış qiyməti 29100 (iyirmi doqquz min yüz) manat qiymətləndirilmişdir. Məhz bu baxımdan da həmin pul vəsaitini iddiaçı cavabdehdən tələb edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, lakin vəkil-nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 02 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışi iclasında iştirak edən iddiaçının vəkilinümayəndəsi Bağırov X5 iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını və digər sübutları qiymətləndirərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İddiaçı, X8, X11 və X2 tərəfindən Sədərək rayon Dövlət Notariat Kontoruna verilmiş xx.xx.2011-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı məxsus olan Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evini "xxxx" ASCnin Şərur rayon filialına ipoteka (girov) qoyulmasına razıdırlar. Kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən vaxtında icra edilməməsi səbəbindən Bankın tələbi ilə notariusun icra qeydinə əsasən ipoteka predmetinə tutma yönəldiyi halda heç bir iddia irəli sürmədən həmin qeyri-yaşayış sahəsindən çıxmağı öhdələrinə götürmüşlər; - İddiaçı, X8, X11, X2 tərəfindən "xxxx" ASC-nin Şərur rayon filialına verilmiş xx.xx.2011-ci il tarixli öhdəliklərdən görünür ki, onlar 29 mart 2011-ci il tarixli 02 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 29 mart 2011-ci il tarixli 02 nömrəli İpoteka müqaviləsi ilə "xxxx" ASC-nin Şərur rayon filialına ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olmuş Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evini kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən vaxtında icra edilməməsi səbəbindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariusun icra qeydini aldıqldan sonra heç bir tələb irəli sürmədən ailə üzvləri ilə birlikdə 10 (gün) müddətində banka təhvil verəcəklər; - Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 saylı mülki iş üzrə 13 fevral 2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh "xxxx" ASC Şərur rayon filialına olan 202000.0 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC Şərur rayon filialının xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutma ipoteka yüklü edilmiş ... xx.xx.2011-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılaraq kredit borcunun ödənilməsi, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin Cavabdeh verilməsi qət edilmişdir; - xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi 29100 (iyirmi doqquz min bir yüz) manat qiymətləndirilmişdir. - Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin 18 aprel 2018-ci il tarixli, 16/4 nömrəli ipoteka predmetininalqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişdən görünür ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi 29100 (iyirmi doqquz min bir yüz) manat qiymətləndirilərək "xxxx" ASC-nin Şərur rayon filialına təklif olunmuşdur; - xx.xx.2018-ci il tarixli banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokoldan görünür ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evinin dəyərinə, yəni 29100 (iyirmi doqquz min bir yüz) manat təkrar hərracdan sonra 25 % azaldılaraq 18551 manata "xxxx" ASC-nin Şərur rayon filialına satılmışdır; - ******* saylı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şərur rayon Siyaqut kəndində yerləşən 1083 kvadratmetr torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71.80 kvadratmetr yaşayış, 21.60 kvadratmetr qeyri yaşayış, 41.04 kvadratmetr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin Şərur rayon filialının adına daşınmaz əmlakın dövlət reyestrində 21/2 nömrəli reyestr kitabının 301 nömrəli vərəqində qeydiyyata alınmışdır; - Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-38/2022 saylı qətnaəsindən görünür ki, iddia təmin edilməklə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X8, X6, X12, X11 və onun yetkinlik yaşına çatmayan oğlu X17 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evi tamamilə boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X3, X1, X7, X4 yetkinlik yaşına çatmayan oğlu X13 istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir; - Şərur rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-38/2022 saylı qətnaəsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxs, cavabdeh İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır; - Şərur rayon Siyaqut kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 75/7 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nə məxsus Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər aşağıdakılardır:

1. İddiaçı xx.xx.1960

2. X8 xx.xx.1963

3. X6 xx.xx.1988

4. X11 xx.xx.1994

5. X12 xx.xx.1994

6. X17 xx.xx.2018 Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC Şərur rayon filialı ilə Cavabdeh arasında 08 aprel 2014-cü il tarixli 02979 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 202000.00 (iki yüz iki min) manat məbləğində kredit verilmiş, bu kreditin təminatı olaraq müxtəlif şəxslərə məxsus daşınmaz əmlaklar, o cümlədən xx.xx.2011-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyriyaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti olaraq banka girov qoyulmuşdur. Lakin Cavabdeh banka olan borcunu ödəmədiyi üçün Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 saylı mülki iş üzrə 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh "xxxx" ASC Şərur rayon filialına olan 202000.0 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC Şərur rayon filialının xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutma ipoteka yüklü edilmiş həmin daşınmaz əmlaklara, həmçinin xx.xx.2011-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ İddiaçı məxsus olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyriyaşayış 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılaraq kredit borcunun ödənilməsi, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin Cavabdeh verilməsi qət edilmişdir. İş materialına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin əmlak 29100 manat məbləğində qiymətləndirilərək "xxxx" ASC Şərur rayon filialına təklif edilmiş, kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokola əsasən təkrar hərracdan sonra həmin məbləğ 25 % azaldılaraq 18551 manata "xxxx" ASCnin Şərur rayon filialına satılmış və həmin əmlak Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində "xxxx" ASC-nin Şərur rayon filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ******* saylı Çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin də Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-38/2022 saylı qətnaməsi ilə İddiaçı, X8, X6, X12, X11 və onun yetkinlik yaşına çatmayan oğlu X17 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evi tamamilə boşaldılaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X3, X1, X7, X4 yetkinlik yaşına çatmayan oğlu X13 istifadə hüquqları itirilmiş hesab edilmiş, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Ona görədə məhkəmə hesab edir ki, cavabdehin bank qarşısında öhdəliyini lazımınca icra etmədiyini və bunun nəticəsində iddiaçıya maddi ziyan vurduğunu nəzərə alaraq, kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə protokola əsasən "xxxx" ASC Şərur rayon filialına satılmış 18100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442 ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 475.1-ci mаddəsinə əsаsən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. - 1114.1-ci mаddəsinə əsаsən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 178 (bir yüz yetmiş səkkiz) manat dövlət rüsumunun 65 manatı iddiaçıya aid edilməli, 113 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Siyaqut kəndində qeydiyyatda olan Cavabdeh 18551 (on səkkiz min beş yüz əlli bir) manat məbləğində pul və 178 (bir yüz yetmiş səkkiz) manat dövlət rüsumunun 113 manatı olmaqla, ümumilikdə 18664 (on səkkiz min altı yüz altmış dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manatı iddiaçıya aid edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar