Məhkəmə qərarları › İş №2(110)-274/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-274/2023

12.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-274/2023 12.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X27 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Şərur rayon 2 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə vəfat etmiş bacım X17 mənimlə qohumluq münasibətlərimizin müəyyən olunmasına, anam X43 və bacım X14 miras qalmış əmlakların mənim tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, atası X15 təsərrüfat başçı olmaqla onların ailəsinin 6 nəfərdən ibarət olduğunu, atası X15 40 il bundan əvvəl vəfat etdiyini, anası X28 xx.xx.2008-ci il tarixində, bacısı X11 isə xx.xx.2014-cü il tarixdə vəfat etdiklərini, anasının və bacısının adına olan torpaqlar və ata evlərindən ona miras qaldığını, onun qardaşları və bacısının özlərinin evinin olduğunu və orada yaşadıqlarını, onun anası və bacısından qalan mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, digər qardaşları və bacısı mirasdan imtina etdiklərini, onlardan qalmış əmlakları qəbul etmək üçün sənədləri topladığında anasının və bacısının doğum şəhadətnaməsi tapılmadığını, ona görə də mirası rəsmi qaydada qəbul etməyi üçün onların bacısı ilə qohumluq münasibətlərinin tam şəkildə sənəddə öz təsdiqini tapmadığını, lakin onun həmin ailənin oğlu olmağını Şərur Rayon Dövlət Arxivinin arayışının və şahidlərin təsdiq edə biləcəyini, anasından və bacısı Fatmadan miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından və qohumluq münasibətlərimiz müəyyən olunmadığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun bacısı ilə qohumluq münasibətlərini və mirasının onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilməyəcəyini, anası və bacısı vəfat edəndən sonra onlardan qalan mirasın onun tərəfindən qəbul edilməsinə qonşuları və qohumların da şahidlik edə biləcəyini bildirmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ərizəçi heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəçinin ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon 2 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X7 ilə yaxın qonşu olduqlarını, 67 ildir ki, orada yaşadığını, İsmayılın və ailəsinin yaşadıqları evin İsmayılın atası Məmmədin evi olduğunu, həmin evdə İsmayılın ailəsi, anası Xatın və bacısı Fatmə ilə yaşadığını, bundan əlavə İsmayılın Fatmadan başqa Laləzar adlı bacısının, Həsən adlı qardaşının olduğunu, İsmayılın bacısı Fatmanın fiziki qüsurlu olduğunu, Fatmanın ailə qurmadığını, İsmayıl ilə birlikdə yaşadığını, həmin evdə də vəfat etdiyini, bacısı Fatma və anası Xatın vəfat etdikdən sonra onlardan qalan bütün əmlaka İsmayılın sahiblik etdiyini, həmin əmlakları idarə etdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X8 Həsənovun onun əmisi olduğunu, Xatının onun nənəsi və Fatmanın isə onun bibisi olduğunu, eyni zamanda eyni məhəllədə yaşadıqlarını, bibisinin fiziki qüsurlu olduğunu, ailə qurmadığını, əmisi ilə yaşadıqlarını, nənəsi Xatın və bibisi Fatmanın həmin evdə vəfat etdiklərini, onlar vəfat etdikdən sonra həmin evdə əmisi İsmayılın və onun ailəsinin yaşadığını, nənəsi və bibisi vəfat etdikdən sonra əmisi İsmayılın onlardan qalan əmlaka sahiblik etdiyini, həmin əmlakş idarə etdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X4 Həsənovla yaxın qonşu olduqlarını, onun anasının Xatın, bacılarının Laləzar, Fatma və qardaşının Həsən olduğunu, Fatma və Xatının həmin evdə vəfat etdiklərini, bütün dəfn və yas xərclərini İsmayılın çəkdiyini, onlar vəfat etdikdən sonra həmin evdə İsmayılın və ailəsinin yaşadığını, onlardan qalan əmlaka sahiblik etdiklərini bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X6 Həsənovla yaxın qonşu olduqlarını, Ərizəçi anasının Xatın, bacılarının Laləzar və Fatma, qardaşının isə Həsən olduğunu, Fatmanın ailə qurmadığını, İsmayılla birlikdə yaşadığını, Xatın və Fatma vəfat etdikdən onlardan qalan əmlaka İsmayılın sahiblik etdiyini, torpaq sahələrini İsmayılın əkibbecərdiyini bildirmişdir. Məhkəmə ərizəçinin iddia ərizəsində qeyd etdiklərinə, ərizəçinin nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 02/111 saylı arayışdan görünür ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1986-1900-cı illərə aid təsərrüfatbaşına kitabında Xanlıqlar kənd sakini olmuş mərhum X18 ailə başçısı olmaqla aşağıdakı tərkibdən ibarət ailə üzvlərinin olduğu arxiv sənədlərində qeyd olunmuşdur.

1. X43-həyat yoldaşı

2. X22-qızı

3. X16-qızı - Şərur rayon 2 saylı Notariat Ofisinin notariusunun 15 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2014-cü il tarixdə vəfat etmiş, X11 və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X28 Şərur rayon Xanlıqlar kəndində həyətyanı torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir; - Ərizəçi Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu **********248 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X28 ölümündən sonra harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X43 xx.xx.2008-ci il tarixində Şərur rayon Xanlıqlar kəndində üərk dayanması nəticəsində vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X22 xx.xx.2014-cü il tarixində Şərur rayon Xanlıqlar kəndində beyinə qansızma nəticəsində vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixində Şərur rayon Xanlıqlar kəndində anadan olmuş, atası X29, anası X31r. - Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 44 saylı arayışdan görünür ki, X28 aşağıdakı tərkibdən ibarət varisləri vardır.

1. X37 oğlu -xx.xx.1948

2. Oğlu-Ərizəçi-xx.xx.1953

3. X19 qızı-xx-xx-1955 - Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 46 saylı arayışdan görünür ki, X11 aşağıdakı tərkibdən ibarət varisləri vardır.

1. X20 oğlu -xx.xx.1948

2. Qardaşı-Ərizəçi-xx.xx.1953

3. X13 qızı-xx-xx-1955 - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13 nömrəli arayış görünür ki, X28 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evi tərəfindən 1936-cı ildən 1949-cu illər üzrə bərpa akt qeydi kitabları axtarılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14 nömrəli arayış görünür ki, X11 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evi tərəfindən 1936-cı ildən 1949-cu illər üzrə bərpa akt qeydi kitabları axtarılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır; - Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 168 saylı arayışdan görünür ki, X1 07 saylı təsərrüfatbaına olan kitadın 24cü səhifəsində12.102016-cı il tarixdə vəfat etmiş kimi qeydə alınıb; - Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 171 saylı arayışdan görünür ki, X16 vəfat etdikdən sonra onun birinci dərəcəli vərəsəsi yoxdur; - X24 və X12 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, xx.xx.2008-ci ildə vəfat etmiş X25 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın bizə çatası hissəsindən imtina edirik. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı, 1261-ci1268-ci və 1269-cu maddələrinin tələbləri bizə izah edildi; - X24 və X12 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X9 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın bizə çatası hissəsindən imtina edirik. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı, 1261-ci1268-ci və 1269-cu maddələrinin tələbləri bizə izah edildi. Beləliklə də qeyd olunmalıdır ki, Şərur rayon Nikah Evinin arxivində xx.xx.2014-cü il tarixdə vəfat etmiş X11 doğum haqqında akt qeydləri müəyyən edilmədiyindən ərizəçi onunla X11 qohumluq münasibətlərinin müəyyən olunması tələbilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə tədqiqatı zamanı isə iş materialında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.2014-cü il tarixdə vəfat etmiş X11 Ərizəçi bacısı olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin ərizəçinin anası X43 xx.xx.2008-ci il tarixdə və bacısı X32 isə xx.xx.2014cü il tarixdə öldükdən sonra onların birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə onlardan miras qalmış əmlaklara faktiki sahiblik etməsi, onları idarə etməklə miras əmlak olaraq onları birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur...; Həmin qərarın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır; Həmin qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı xx.xx.2014-cü il tarixdə vəfat etmiş X11 birinci növ vərəsələrinin olmaması müəyyən edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); - 1159.1 və 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları... - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2014cü il tarixdə vəfat etmiş X11 Ərizəçi bacısı olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin X5 və mərhum X14 miras qalmış əmlakların Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi : Ərizə təmin edilsin. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X11 Ərizəçi bacısı olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı müəyyən edilsin. X5 və mərhum X14 miras qalmış əmlakların Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar