Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-285/2023 18.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, cavabdeh X2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X6 ölümündən sonra miras qalmış Şərur rayon Muğancıq Mehrab kəndində harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış əmlakın miras əmlak kimi onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi anası X6 xx.xx.2015-ci il tarixində “beyin qansızması” xəstəliyindən vəfat etdiyini, ondan Şərur rayon Muğancıq Mehrab kəndində Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 saylı qərarına əsasən verilmiş 0.32 ha torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin miras qaldığını, anası X1 onun öz vəsaiti hesabına həmin torpaq sahəsində bir otaq (4x7 metr ölçüdə) tikdirərək anası ilə həmin otaqda yaşadıqlarını, qardaşı Cavabdeh3 isə köhnə evlərini sökərək yerində yeni ev tikdirib ailəsi ilə həmin evdə yaşadığını, anası X11 vəfat etdikdən sonra ondan qalmış əmlakı qardaşı tikdirdikləri fərdi yaşayış evlərində yaşamaqla faktiki olaraq qəbul etdiklərini, 2021-ci ilədək həmin miras əmlakı mübahisəsiz birlikdə idarə etdiklərini, anası X6 vərəsələrinin X3, Cavabdeh2, İddiaçı və Cavabdeh3 olduğunu, 2021-ci ildən qardaşı Cavabdeh3 onu tikdirdiyi bir otaqdan ibarət yaşayış evindən çıxararaq onu evə buraxmadığını, onun başqa yaşayış evi olmadığından Şərur şəhərində bacılarının yanında qaldığını, anasından qalmış miras əmlakdan vərəsəlik hüquq haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı Notariat Ofisinə müraciət etdiyini, notariat ofisi xx.xx.2022-ci il tarixli 37 saylı qərarında vərəsəlik şəhadətnaməsindən rəsmi olaraq imtina etdiyini, bu səbəbdən də anası X6 ölümündən sonra harada yerləşməsində və nədən ibarət olmasından asılı olmayaraq miras əmlakın onun tərəfindən qəbul edilməsinə dair məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq anasının sağlığında öz vəsaiti hesabına 1 otaqlı ev tikdiyini, anası ilə orada yaşamağa başladıqlarını, anasının 2015-ci ildə vəfat etdikdən sonra həmin evdə 1 il yaşadığını, o evi 5500 manata satdığını, lakin qardaşı Allahverdi onun tikdirdiyi bir otaqlı evi öz evinə qataraq özünə yenidən ev tikdirdiyini, onu orada yaşamağa qoymadığını, 3 ildir ki, bacılarının yanında yaşadığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddianı qəbul etdiyini, anasının 2015-ci ildə vəfat etdikdən sonra Nazlının öz evində 2-3 il yaşadığını, Sonra qardaşının onun evini öz evinə qataraq yenidən özünə ev tikdirdiyini, Nazlını isə onlarla birlikdə yaşamasına icazə vermədiyini, bacısına payının verilməsini istədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etmədiyini, 30 il bundan əvvəl 1000 kv.m torpaq sahəsini alıb Nazlıya verdiyini, Nazlının onun ailəsi ilə yola gedə bilmədiyindən Nazlıya 3x5 metr ölçüsündə ev tikdiklərini, Nazlının anası ilə orada yaşamağa başladığını, anaları vəfat etdikdən sonra Nazlının evini bacısı qızı Rəsmiyəyə 4000 manata məbləğinə satdığını, Rəsmiyəgildə yaşamağa başladığını, bir müddət orada yaşadıqdan sonra Rəsmiyəgillə yola getmədiyindən gəlib onlarla yaşamağa başladığını, onlarda 3-4 ay qaldıqdan sonra bacıları özləri ilə yaşaması üçün Nazlını apardıqlarını, Rəsmiyəyə satdığı torpağı ondan geri alıb onlara 5500 manata satdığını, oğlunun isə həmin torpağı öz adına rəsmiləşdirdiyini, anasının həmin satılan evdə rəhmətə getdiyini, anası rəhmətə getdikdən sonra Nazlının həmin evdə 1 il yaşadığını, analarının adına olan evdə yaşamadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, Cavabdeh2 məhkəmə baxış iclasında heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində və verilən suallara cavabında Gülüsüm xalanın yas mərasimində iştirak etdiyini, Gülüsüm xalanın Nazlının evində rəhmətə getdiyini, həmin evi Nazlının tikdirdiyini, anası vəfat etdikdən sonra Nazlının öz tikdirdiyi evdə 1 ildən artıq yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilən suallara cavabında xalasının Nazlının evində rəhmətə getdiyini, Nazlının anası ilə orada 30 il yaşadığını, anası vəfat etdikdən sonra evi onlara satdığını, lakin bir müddət keçdikdən sonra pulu qaytarıb satdığı evi onlardan geri aldığını, sonra gedib Allahverdigillə yaşamağa başladığını, Gülüsüm xalası rəhmətə getdikdən sonra Nazlının öz tikdirdiyi evdə 1 il yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində və verilən suallara cavabında Nazlının anası ilə birlikdə öz evində təxminən 15-20 il yaşadığını, Gülüsüm xalanın həmin evdə rəhmətə getdiyini, Anası rəhmətə getdikdən sonra Nazlının orada nə qədər yaşadığını bilmədiyini, Gülsüm xalanın həyətində iki evin olduğunu, birində Allahverdinin, birində də oğlunun yaşadığını, Nazlının orada yaşamadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cü il 06 nömrəli qərarı ilə Şərur rayon Muğancıq Mehrab kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi (JN-147A) mülkiyyət hüququ əsasında X7 məxsus olmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Az-İ № 555889 nömrəli ölüm akt qeydi üzrə çıxarışdan görünür ki, X11 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Muğancıq Mehrab kənd İƏDN-in xx.xx.2022-ci il tarixli 279 nömrəli arayışından görünür ki, X11 vəfat edəndən sonra onun vərəsləri X3, Cavabdeh2, İddiaçı və Cavabdeh3 qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X5 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 37 nömrəli qərarından görünür ki, İddiaçı mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X11 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Onun vərəsələri X3, Cavabdeh2, İddiaçı və Cavabdeh3dur. X11 öldükdən iddiaçı xx.xx.2022-ci il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Digər vərəsələr mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Şərur Rayon 2 Saylı Notariat Kontoru xx.xx.2022-ci il tarixli qərarı ilə X5 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İddiaçı bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflərin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, iddiaçı tərəfindən miras faktiki qəbul edilməmişdir. X14 miras qalan 0.32 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində həmin şəxsin sağlığında və vəfatından sonra Cavabdeh3 yaşamışdır. Buna görə də iddiaçının tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı anası X6 ölümündən sonra həmin əmlakların faktiki qəbul edilməsi ilə bağlı hər hansı hərəkət etməmiş, eyni zamanda mirasın qəbulu üçün müəyyən olunmuş 3 aylıq müddəti buraxmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-285/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-285/2023
18.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver