Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-293/2024 31.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı1 nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Natiq Məmməd oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X6 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2 və Natiq Məmməd oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X8 adına olan, Şərur rayon Düdəngə kəndində yerləşən, ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsini etibarnaməyə əsasən alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1, İddiaçı2 və Natiq Məmməd oğlu iddia ərizəsində 1991-ci ildə X7 Şərur rayonu Düdəngə kəndində olan 1000 kv torpaq sahəsini 7000 (yeddi min) manata aldıqlarını, torpağa aid sənədlərini onlara verəcəyini desə də, torpağa aid sənədləri vermək üçün müxtəlif bəhanələr gətirdiyini, sonradan onun Rusiya Federasiyasında yaşadığını bildiklərini, mərhum X8 Şərur rayonuna gəlməsindən xəbərlərinin olduğunu və torpaq üçün sənədi tələb etdiklərini, Yusif Məmmədovun onlara xx.xx.2012-ci il tarixdə Şərur Rayon 2 Saylı Notariat Kontorunda 30 il müddətinə yəni 2042-ci il tarixə kimi ümumi etibarnamə verdiyini, sonradan onlara mərhum X8 Rusiya federasiyasında dünyasını dəyişdiyini məlum olduğunu, 1991-ci il tarixdən bugünə kimi yəni 32 il maneəsiz istifadəsində olan mülkiyyətlərini sənədləşdirə bilmədiklərini, bu yaxınlarda mərhumun oğlunun torpağın və evin onlara aid olduğunu bildirdiklərini, mərhumun vərəsələri tərəfindən zorakılığa, hədə-qorxuya və şantaja məruz qaldıqlarını, Cavabdeh1 dəfələrlə işlədiyi idarəyə hücum edərək onu evdən çıxartmaqla hədə-qorxu gəldiyini, ictimai asayişi pozmağa cəhd etdiyini, öz evində rahat yaşaya bilmədiyini, bununla bağlı DİN-nin 102 xidmətinə rəsmi müraciət etdiyini, məhkəmə sorğusu ilə təsdiqini tapacağını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərəkəlavə olaraq izahatında 1991-ci ildə X7 Şərur rayon Düdəngə kəndində yerləşən 1000 m2 torpaq sahəsini alqı-satqısı barədə 7000 rubla razılaşdıqlarını, 2000 ABŞ dollarını həmin vaxt verdiklərini, X8 Rusiya Federasiyasında yaşadığını, kəndə gəldikdən sonra xx.xx.2012-ci il tarixdə 5000 ABŞ dolları da əlavə pul verdiklərini, sənədlər düzgün olmadığı üçün alqı-satıqını rəsmiləşdirə bilmədiklərini, lakin Yusifin bizə etibarnamə verdiyini, sonradan X8 vəfat etdiyini bildiklərini, təqribən 4 il əvvəl oğlu Cavabdeh1 onlara zəng edərək, torpaq sahəsini boşaltmağımız istədiyini, ona cavabında “torpaq sahəsini aldıqlarını, 1994-cü ildən həmin torpaq sahəsində ev tikdiklərini, ailəliklə orada yaşadıqlarını, bunu Düdəngə kəndində yaşayan hər kəsin təsdiq edə biləcəyini” dediyini, lakin o israrla torpaq sahəsindən çıxmağımızı istədiyini, torpaq sahəsini sənədləşdirmək məqsədilə 2 il əvvəl arxiv idarəsinə gedərək torpağa dair arayış aldıqlarını, sonradan Hüseyn onun iş yerinə gələrək torpaq sahəsini boşaltmağımızı yenə tələb etdiyini, atasının torpaq sahəsini satmadığını dediyini, onunla razılaşa bilmədiyimiz üçün məcbur qalıb məhkəməyə müraciət etdiklərini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 1991-ci ildə X7 Şərur rayon Düdəngə kəndində yerləşən 1000 m2 torpaq sahəsini alqı-satqısı barədə 7000 rubla razılaşdıqlarını, 2000 ABŞ dollarını həmin vaxt verdiklərini, X8 Rusiya Federasiyasında yaşadığını, kəndə gəldikdən sonra xx.xx.2012-ci il tarixdə dəqiq xatırlamasamda 2500 manat da əlavə pul verdiklərini, torpağın sənədləri tam olmadığı üçün torpaq sahəsini öz adına sənədləşdirə bilmədiyini, həmin torpaq sahəsində 1996cı ildə 4 otaqlı ev tikərək bu günədək ailəliklə birlikdə orada yaşadıqlarını, bunu Düdəngə kəndində yaşayan hər kəsin təsdiq edə biləcəyini, sonradan X8 vəfat etdiyini bildiklərini, Yusifin oğlu Cavabdeh1 4 il əvvəl ona zəng edərək atasının torpağı satmasından onların heç birinin xəbərinin olmadığını, ona görədə torpaq sahəsini onlara geri qaymağımızı istədiyini onunla razılaşa bilmədiyimiz üçün məcbur qalıb məhkəməyə müraciət etdiklərini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə iddiaçıların qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında həmin torpaq sahəsinin ailəsinə məxsus olduğunu, həmin torpaq sahəsini iddiaçıların atasından deyil atasının dostu İnşallahdan aldıqlarını, həmin torpaq sahəsini onların ailə üzvlərinin xəbəri olmadan atsının İnşallaha hədiyyə etdiyini, 2021-ci ildə Şərur rayonuna 190 manat pulu almaq üçün gəldiyini, ona sizin adınıza iki ədəd torpaq sahəsi var, pul düşmür dediklərini, torpaqları maraqlandığını, həyətyanı sahəsində Nurəngizlə Natiqin ev tikdiyini, orada yaşadıqlarını bildiyini, digərinin çöl torpağı olduğunu, “Erməni kəvşəni” deyilən yerdə olduğunu, Nurəngizin oğluna zəng edib onun onların torpağı olduğunu dediyini, telefonu üzünə söndürdüyünü, 2 dəqiqə sonra Natiqin ona zəng edib onların İnşallahdan torpağı 1000 (bir min) manata aldıqlarını dediyini, sonra Nurəngizin ona zəng etdiyini, səni məhkəməyə verəcəm dediyini, onun onlara həmin torpağın müqabilində ona başqa torpaq sahəsi vermələrini dediyini, amma onların razılaşmadıqlarını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və X6 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilmiş, onlar, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasına iddiaçıların təşəbbüsü ilə dəvət edilən şahid X4 ifadəsində Nurəngiz və Natiqlə qonşu olduqlarını, 2005-ci ildə onların hazırkı evdə yaşadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçıların təşəbbüsü ilə dəvət edilən şahid X10 ifadəsində 1976-cı ildə doğulduğunu, 1993-1994-cü illərdə Nurəngiz və Natiqin onların qonşuluğuna torpaq sahəsi aldıqlarını, orada ev tikdiklərini, həmin vaxtdan orada yaşadıqlarını, övladlarının o evdə doğulduğunu bildirmişdir.. Məhkəmə baxışı iclasına iddiaçıların təşəbbüsü ilə dəvət edilən şahid X11 ifadəsində Nurəngiz və Natiqlə qonşu olduqlarını, 1970-ci ildən həmin evdə yaşadığını, təqribən 1993-1994-cü illərdə Nurəngiz və Natiqin onların qonşuluğuna torpaq sahəsi aldıqlarını, orada ev tikdiklərini, bu günədək orada yaşadıqlarını, övladlarının orada doğulduğunu bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçıların təşəbbüsü ilə dəvət edilən şahid X15 ifadəsində Nurəngiz və Natiqlə qonşu olduqlarını, 06 sentyabr 1994-cü il tarixdən hazırkı evə köçdüyünü, Nurəngiz və Natiqin 1998-ci ildən orada yaşadıqlarını, orada nə vaxt ev tikmələrini xatırlamadığını bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçıların təşəbbüsü ilə dəvət edilən şahid X1 ifadəsində Nurəngiz və Natiqlə qonşu olduqlarını, 2000-ci ildə onların qonşuluğuna köçdüklərini, Nurəngiz və Natiqin orada nə vaxt ev tikmələri barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçıların təşəbbüsü ilə dəvət edilən şahid X12 ifadəsində Nurəngiz və Natiqlə qonşu olduqlarını, 1991-ci orada yaşadığını, Nurəngiz və Natiqin 1994-1995-ci illərdən orada ev tikib yaşadıqlarını, torpaq sahəsini nə vaxt və necə aldıqları barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iş üzrə iddiaçıların, İddiaçı1 nümayəndəsinin və cavabdehin izahatına, şahid ifadələrinə və məhkəmə tərəfindən tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1991-1995-ci ilə aid təsərrüfabaşına kitabında Düdəngə kənd sakini mərhum X8 adına 1000 kv.m torpaq sahəsinin olması qeyd edilmişdir; - Şərur rayon düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 59 nömrəli arayışdan görünür ki, İddiaçı2 həqiqətən də mərhum Düdəngə kənd sakini olmuş X14 ilə öz aralarında sövdələşərək ona məxsus olan torpaq sahəsini satın almış və öz vəsaiti hesabına həmin torpaq sahəsi üzərində 1994-cü ildə yaşayış binası inşa etmişdir. - Şərur rayon 2-ci dövlət notariat kontorunun verdiyi xx.xx.2012 ci il tarixli, 7-E-1-309 nömrəli Etibarnamənin məzmunundan görünür ki, X14 adından onun əmlak və digər hüquqlarına dair onun bütün səlahiyyətlərini həyata keçirməyi İddiaçı2 etibar etmişdir. Məhkəmə tədqiqatı zamanı iş materialında olan arxiv arayışı ilə müəyyən olunmuşdur ki, Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1991-1995-ci ilə aid təsərrüfabaşına kitabında Düdəngə kənd sakini mərhum X8 adına 1000 kv.m torpaq sahəsinin olması qeyd edilmişdir. İddiaçıların və İddiaçı1 nümayəndəsinin izahatlarına əsasən mərhum X14 ilə İddiaçı2 arasındakı razılaşmaya əsasən mərhum X14 həmin torpaq sahəsini 1991-ci ildə ildə X21 satmışdır. X3 əvvəlcə torpaq sahəsinə aid sənədləri müxtəlif bəhanələrlə onlara verməmiş, sonradan isə onun Rusiya Federasiyasına getməsi səbəbindən həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini rəsmi olaraq bağlamaq mümkün olmamışdır. Sonradan xx.xx.2012 ci ildə mərhum X2 gəldiyi zaman 30 il müddətinə həmin torpaq sahəsinə dair bütün səlahiyyətləri İddiaçı2 vermişdir. Haliyədə isə iddiaçılar İddiaçı2 ilə X14 arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk öncə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1991-ci ildə ildə yarandığından hazırkı mübahisə xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 39-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir; - 41 - ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, vətəndaşlar arasında, qanunla yazılı formada olması tələb edilən digər əqdlər yazılı formada bağlanmalıdır; - 42 - ci maddəsinə əsasən əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin e`tibarsızlığına səbəb olur; - 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur; - 43-cü maddəsinin 2-ci hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur; - 44-cü maddəsinin birinci abzasına əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır; - 44-cü maddəsinin ikinci abzasına əsasən qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Yuxarıda qeyd olunan normaların hüquqi mənasına görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Belə ki, əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Həmçinin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Məhkəmə həmçinin şahid ifadələrinin sübut kimi qiymətləndirilə bilinməməsi ilə bağlı qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 may 2012-ci il tarixli qərarındakı hüququ mövqe ondan ibarət olmuşdur ki, “Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Beləliklə də, yuxarıda qeyd olunanların nəticəsi olaraq məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsini 1991-ci ildə mərhum X7 aldıqlarını iddia etsələr də, mərhum X14 ilə aralarında bağlanmış ilkin yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əks təqdirdə iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçıların formal və heç bir sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X6 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə" tələbinə dair iddiası qanunla müəyyən olunmu qaydada sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X6 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-293/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-293/2024
31.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver