Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-305/2024 08.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və alimentin təyin olunması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 14 avqust 2017-ci il tarixdə Şərur rayon Arbatan kənd icra nümayəndəliyində 01 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, övladları – xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 atası – Cavabdeh alınaraq anası – İddiaçı yanında saxlanılmasının müəyyən edilməsi, övladları – xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası – Cavabdeh sabit pul məbləğində hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin alınaraq anası – İddiaçı ödənilməsi barədəd qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər, Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işlərinin “Elektron məhkəmə” idarəetmə sistemində axtarış zamanı məlum olmuşdur ki, Şərur Rayon Məhkəməsinin hakimi Mehdi Əliyevin icraatında Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında saxlanılması və alimentin təyin olunması” tələbi barədə mülki iş vardır. Həmin iş daha əvvəldən, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və məhkəmə icraatı mümkün hesab edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-303/2024 saylı qərardadından görünür ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında saxlanılması və alimentin təyin olunması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı həmin tarixdə mümkün hesab edilmiş və məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 09:30-a təyin edilmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 259.0.4-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı tərəfindən "xxxx" MMC vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və alimentin təyin olunması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən "xxxx" MMC vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-305/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-305/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver