Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-31/2024 01.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehin vəkili-nümayəndəsi Vəkil və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət xidmətinin Şərur Regional idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılmaqla hüquqların dövlət qeydiyyatına alınması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şərur rayon Aqrar İslahat Komissiyasının 25 mart 199-cu il tarixli 03 nömrəli qərarı ilə Şərur rayon Yuxarı Aralıq kəndində torpağın mülkiyyətə verilməsinə dair JN 139A saylı şəhadətnamədə 0.32 ha torpaq sahəsindən və yaşayış evindən ona düşən 2/3 payın naturada ayrılmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon X4 25 mart 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Şərur rayon Yuxarı Aralıq kənd ərazisində 0.32 ha torpaq sahəsinin birgə mülkiyyətlərinə verildiyini, həmin torpaq sahəsi üzərində ümumilikdə 211.04 m2 yaşayış evinin inşa olunduğunu, mərhum həyat yoldaşı X1 2001-ci ildə vəfat etdiyini mərhum həyat yoldaşından qalmış miras əmlakın 2/3 hissəsinin ona, 1/3 hissəsinin isə Cavabdeh payına düşdüyünü, mülkiyyət barədə onlara 07 sentyabr 2021-ci il tarixli 3367 invertar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu və çıxarış verildiyini, lakin onun gəlin gəldiyi yaşayış evində onun yaşamağına cavabdeh və onun həyat yoldaşının maneələr yaratdıqlarını, onun başqa yaşayış evi olmadığından digər övladının himayəsində yaşadığını, bu səbəbdən də onun payına düşən torpaq sahəsinin və yaşayış evinin naturada ayrılmasını, ona ayrıca torpaq sahəsinə və yaşayış evinə mülkiyyət sənədinin verilməsini istədiyini bildirmişdir. Məhkəmə baxışından iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsədə, оnun məhkəmə baxışı iclasında iştirakı etməmişdir, lakin vəkil və nümayəndə ilə təmsil edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışından iştirak edən Cavabdeh izahatında həqiqətən də, Şərur rayon Aqrar İslahat Komissiyasının 25 mart 1999-cu il tarixli 03 nömrəli qərarı ilə Şərur rayon Yuxarı Aralıq kəndi ərazisində 0.32 ha torpaq sahəsi onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verildiyini, atası X1 2001-ci ildə öldüyünü, atasının ölümündən sonra həmin torpaq sahəsi üzərində ata evlərindən əlavə özünə ev tikdiyini, həmin torpaq sahəsində haliyədə 2 yaşayış evinin olduğunu, atasından qalmış miras əmlakın 1/3 hissəsinin onun, 2/3 hissəsinin isə anasının adına paylı mülkiyyət hüquqi üzrə dövlət qeydiyyatına alındığını, həmin əmlakın onların paylarına uyğun bölünməsinə etiraz etdiyini qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışından iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil izahatında həqiqətəndə Şərur rayon Aqrar İslahat Komissiyasının münafiq qərarı ilə Şərur rayon Yuxarı Aralıq kəndi ərazisində 0.32 ha torpaq sahəsinin cavabdehin, atasının və anasının ümumi birgə mülkiyyətinə verildiyini, cavabdehin atasının 2001-ci ildə öldüyünü, atasının ölümündən sonra həmin torpaq sahəsi üzərində cavabdeh ata evlərindən əlavə özünə ev tikdiyini, həmin torpaq sahəsində haliyədə 2 yaşayış evinin olduğunu, atasından qalmış miras əmlakın 1/3 hissəsinin onun, 2/3 hissəsinin isə anasının adına paylı mülkiyyət hüquqi üzrə dövlət qeydiyyatına alındığını, onlara təqdim edilmiş ekspertizanın rəyinə əsasən həmin əmlakın tərəflərin paylarına müvafiq naturada bölünməsinin mümkünsüz olduğunun müəyyən edildiyini, ona görədə ekspertin rəyində qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışından iştirak edən cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində iştirak edən Naxşıvan MR İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət xidmətinin Şərur Regional idarəsinin nümayəndəsi X3 izahatında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq vəsatəti əsasında nümayəndənin həmin əmlaka baxış keçirdiyini, əmlakın birgə yerləşmə plan-sxemini hazırlayaraq Ekspertiza Mərkəzinə təqdim etdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Torpağa mülkiyyət hüquqna dair JN – 139A, KOD 10202018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, Şərur rayon Yuxarı Aralıq kəndində Əliyev Yavər M.Bağır oğluna, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyət hüququ əsasında 0.32 hektar fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi verilmişdir; xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Yuxarı Aralıq kəndində 0.3226 ha torpaq sahəsi üzərində yerləşən 211.04 kvm mənzilin 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə Cavabdeh adına qeydiyyata alınmışdır; - Şərur rayon Məhkəməsinin 2(110)-862/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılmaqla hüquqların dövlət qeydiyyatına alınması” tələbi barədə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 216 nömrəli rəyində qeyd olunmuşdur ki, Şərur rayon Yuxarı Aralıq kəndində 0.3226 ha torpaq sahəsindən və üzərindəki ümumi sahəsindən və üzərindəki ümumi sahəsi 211.04 kv.metr ölçüdə olan fərdi yaşayış evlərindən paylı mülkiyyət hüquq ilə Cavabdeh düşən 1/3 hissənin və İddiaçı düşən 2/3 hissənin naturada texniki baxımdan ayrılması (bölünməsi) İnşaat Norma və Qaydaları 22.08.01.89-un bəndlərinə və metodik vəsaitdə tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir; - Şərur Rayon Məhkəməsinin 2(110)-31/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir; Məhkəmə tədqiqatı zamanı iş materialında olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Yuxarı Aralıq kəndində 0.3226 ha torpaq sahəsi üzərində yerləşən 211.04 kvm mənzilin 2/3 hissəsi İddiaçı, 1/3 hissəsi isə Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı məhkəməyə müraciət edərək ona 2/3 hissədə payı olan yaşayış evində onun yaşamağına cavabdeh və onun həyat yoldaşının maneələr yaratdıqlarını, onun başqa yaşayış evi olmadığından digər övladının himayəsində yaşadığını, bu səbəbdən də onun payına düşən 2/3 payın naturada ayrılmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etsədə, lakin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 216 nömrəli rəyindən görünür ki, Şərur rayon Yuxarı Aralıq kəndində 0.3226 ha torpaq sahəsindən və üzərindəki ümumi sahəsindən və üzərindəki ümumi sahəsi 211.04 kv.metr ölçüdə olan fərdi yaşayış evlərindən paylı mülkiyyət hüquq ilə Cavabdeh düşən 1/3 hissənin və İddiaçı düşən 2/3 hissənin naturada texniki baxımdan ayrılması (bölünməsi) İnşaat Norma və Qaydaları 22.08.01.89-un bəndlərinə və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı, həmçinin, məhkəmə araşdırması zamanı əmlakın naturada bölünməsi üçün mülkiyyətçilər arasında razılığın olmaması müəyyən edildiyindən məhkəmə bu qənaətə gəlir ki, iddi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər. Beləliklə də məhkəmə hesab edir ki, mübahisə predmeti olan evin tərəflərin paylarına mütənasib olaraq naturada ayrılması mümkün olmadığından və qətnamə yalnız irəli sürülmüş iddia tələbi üzrə çıxarılmalı olduğundan, iddiaçının “payların naturada ayrılmaqla hüquqların dövlət qeydiyyatına alınması” barədə iddia tələbi əsaslı saylı bilməz. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı qarşı “payların naturada ayrılmaqla hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Eyni zamanda məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 40 (qırx) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də, iş üzrə məhkəmə-tikinti texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul iddiaçıdan müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “payların müəyyən olunması və ayrılmaqla hüquqların dövlət qeydiyyatına alınması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə məhkəmə-xəttşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-31/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-31/2024
01.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver