Məhkəmə qərarları › İş №2(110)-321/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-321/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-321/2025 07.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, babayeva Günəş Könül qızının məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Şərur rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi qarşı “doğum faktının müəyyən edilməsi və doğum akt qeydləri kitabında qeydin aparılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1961-ci ildə Şərur rayon Alışar kəndində doğulması faktının müəyyən olunması və doğum akt qeydləri kitabında qeydin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində 01 yanvar 1961 -ci ildə Şərur rayon Alışar kəndində doğulduğunu, soyadı İbrahimova, adı Pərişan, atasının adı isə Hüseyn kimi yazıldığını, orta məktəbi bitirdikdən sonra 1980ci ildə əməək fəaliyyətinə başladığını, əmək kitabçasında düzgün olaraq 01 yanvar 1961-ci il təvəllüdlü Ərizəçi l]Hüseyn qızı kimi yazıldığını, şəxsiyyət vəsiqəsində isə yalnış olaraq təvəllüdü xx xxxx 1961-ci il göstərildiyini, onun pensiya yaşı tamam olduğunu, ondan doğum akt kitabından çıxarış tələb olunduğunu, Şərur rayon Nikah Evinə müraciət etdiyini, Şərur rayon Nikah Evindən onun doğumu barədə məlumatların olmadığından ona çıxarış verilmədiyini, ona Şərur rayon Nikah Evi tərəfindən 05 fevral 2025-ci il tarixli məktubla imtina edildiyini, o doğum akt qeydləri kitabında qeydin aparılması üçün Şərur rayon Nikah Evinə müraciət etdiyini, X19 qeydin aparılması üçün məhkəməyə müraciat olunmasını məsləhət gördüyünü bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında ad soyadının Ərizəçi olduğunu, atasının X8, anasının X9 olduğunu, xx.xx.1961-ci il tarixində doğulduğunu, doğum şəhadətnaməsini aldığını xatırlamadığını, doğum gününü hər zaman yanvar ayının 1-də qeyd etdiyini, xx.xx.1961-ci il tarixində doğulması xx.xx.1983cü il tarixdə ona verilmiş əmək kitabçası ilə öz təsdiqini tapdığını bildirərək, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixdə 12:00-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X3 bibisi qızı olduğunu, Pərişanın xx.xx.1961-ci il tarixində Alışar kəndində doğulduğunu, Pərişan doğulduğu zaman onun 6 yaşı olduğunu, Pərişanın hər il doğum gününü yanvar ayının 1-də qeyd etdiklərini xatırladığını, onun da dəfələrlə ad günündə iştirak etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 onun anasının xalası qızı olduğunu, Pərişanın xx.xx.1961-ci il tarixində doğulduğunu, həmin vaxt anası ilə onlar getdiyini, orada söz düşdüyündən xatırladığını, 1992-ci ildən Alışar kəndinə köçdüyünü, hər zaman yaxşı münasibətlərinin olduğunu, o kənddən sadəcə Pərişanla yaxşı münasibətinin olduğunu, onlar gedib-gəldiyini, hər il ona ad günündə zəng etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 həmkəndlisi olduğunu, Pərişanın xx.xx.1961-ci il tarixində Alışar kəndində doğulduğunu, onun bacısı ilə həmyaşıd olduqlarını, bacısından bir neçə ay böyük olduğunu bildiyini, bacısının 1961ci il may ayının 10-da doğulduğunu, özünün Alışar kənd orta məktəbində 40 il müəllim işlədiyini, Pərişanla eyni məktəbdə oxuduğu üçün xatırladığını, Pərişanın hər il yanvar ayında ad gününü qeyd etdiyini, onun qardaşı arvadının da Pərişanla eyni sinifdə oxuduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunun məzmunundan görünür ki, Ərizəçi barəsində Şərur rayon Yengicə kənd icra namayəndəliyinin 1958- 1964-cü illərə dair ilkin və Şərur Rayon Nikah Evinin 1961-2025-ci illərə dair bərpa doğum akt qeydləri üzrə Şərur Rayon Nikah Evində doğum akt qeydi aşkar olunmamışdır. - xx.xx.1983-cü il tarixdə verilmiş əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il təvəllüdlüdür. Məhkəmə tədqiqatı zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və xx.xx.1983-cü il tarixdə verilmiş əmək kitabçasının surəti ilə təsdiq olundu ki, Ərizəçi xx.xx.1961-ci il tarixində Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. Ərizəçi pensiya yaşı tamam olduğundan doğum akt qeydiyyatından çıxarış verilməsi ilə bağlı Şərur rayon Nikah Evinə müraciət etmiş, lakin Şərur rayon Nikah Evində onun barəsində doğum haqqında akt qeydi aşkar edilmədiyindən Şərur rayon Nikah Evi tərəfindən ona imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyrimümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə də, məhkəmədə tədqiq edilmiş sübutlarla ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Yuxarıda qeyd edilənlərə əsassən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1961-ci il tarixdə Şərur rayonu Alışar kəndində anadan olması müəyyən edilməli, Şərur rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında Ərizəçi atasının X10, anasının X9 qeyd edilməklə doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Naxçıvan MR Şərur rayonun Alışar kəndində doğulması faktı müəyyən edilsin. Şərur rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında Ərizəçi atasının X8, anasının X9 qeyd edilməklə doğum akt qeydi bərpa edilsin Qətnamə doğum haqqında şəhadətnam verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar